Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-309/2023 03.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı2 Hüseynxan oğlunun, onun və digər İddiaçı1 nümayəndələri vəkil Nümayəndə və cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızının iştirakları ilə, iddiaçılar İddiaçı2 Hüseynxan oğlunun və İddiaçı1 cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 Hüseynxan oğlu və İddiaçı1 cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızının əmlakları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozunda yerləşən torpaqda inşa edimiş evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişində aşağıdakılar göstərilmişdir: Tərəflər öz aralarında məhkəmə iddiadan imtina edilməsi qarşılığında aşağıdakı şərtlərlə razılığa gəlməyi öhdələrinə götürürlər;
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynxan oğlu cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızına onun Bakı şəhəri, Maştağa subtropik sovxozunda yerləşən 0.03 ha torpağıda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxması qarşılığında 13000 (on üç min) manat pul ödəməyi öhdələrinə götürürlər.
2. Cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynxan oğlundan 13000 (on üç min) manat pul aldığı təqdirdə Bakı şəhəri, Maştağa subtropik sovxozunda yerləşən 0.03 ha torpağıda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxmağı öhdəsinə götürür.
3. Tərəflər məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən sonra müvafiq icra şöbəsi tərəfindən məhkəmənin qərardadının icrası ilə bağlı verilmiş könüllü icra müddətində qərardad üzrə öhdəliklərini icra etməyə, əgər göstərilən müddətdə icra etmədikdə isə məcburi icra tədbirlərinə məruz qalmağa razılıqlarını bildirlər.
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynxan oğlu sazişin 1 və 2-ci bəndlərində göstərilən şərtlərin cavabdeh tərəfindən qəbul edildiyi təqdirdə iddiadan imtina edirlər və mülki üzrə icraata xitam verilmısinə etiraz etmirlər.
5. Cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızı sazişin 1-ci bəndi icra edildikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozunda yerləşən 0.03 ha torpaqda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxmağı öhdəsinə götürür və həmin evlə bağlı gələcəkdə ona məxsus maddi hüququn təmini ilə bağlı hər hansı iddia irəli sürməyəcəyini öhdəsinə götürür. Cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızı barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olundu. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ:
İddiaçılar İddiaçı2 Hüseynxan oğlunun və İddiaçı1 cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynxan oğlu cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızına onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozunda yerləşən 0.03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxacağı təqdirdə 13.000 (on üç min) manat ödəməyi öhdələrinə götürürlər.
2. Cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynxan oğlundan 13.000 (on üç min) manat aldığı təqdirdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozunda yerləşən 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxmağı öhdəsinə götürür.
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynxan oğlu sazişin 1 və 2-ci bəndlərində göstərilən şərtlərin cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızı tərəfindən qəbul edildiyi təqdirdə iddiadan imtina edirlər və mülki üzrə icraata xitam verilməsinə etiraz etmirlər.
4. Cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızı sazişin 1 və 2-ci bəndləri icra edildikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozunda yerləşən 0.03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı bir daha iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür.
Barışıq sazişinin şərtləri tərəflərdən biri tərəfindən icra olunmayacağı təqdirdə digər tərəfin müraciəti ilə qərardad məcburi qaydada icraya yönəldiləcəkdir. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İddiaçılar İddiaçı2 Hüseynxan oğlunun və İddiaçı1 cavabdeh Səfərova (Qarayeva) Günay Yasin qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov