Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-38/2023 10.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.975 manat vurulmuş zərərin əvəzinin və 40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, S.Bəhlulzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Audi Q7” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri DYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Belə ki, hadisə zamanı cavabdeh manevr etmə qaydalarını pozmuş, hadisə baş verdikdən sonra isə hadisə yerindən yayınmışdır. İddiaçıya vurulmuş zərər cəmi 1.975 manat təşkil etmiş, lakin cavabdeh bu günədək həmin zərəri könüllü olaraq ödəməkdən yayınmışdır. Odur ki, iddiaçıya dəymiş zərər cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş matreallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, S.Bəhlulzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus “Audi Q7” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsində təqsirli olması xx.xx.2022-ci il tarixli, TP 527858 inzibati tənbeh vermə haqqında elektron qərarla öz təsdiqini tapmışdır. Hadisə zamanı iddiaçıya vurulmuş maddi zərər 1.975 manat təşkil etmiş, lakin cavabdeh bu günədək həmin zərəri könüllü olaraq ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı haqlı olaraq həmin vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh vurulmuş maddi ziyana görə 1.975 manat və ödənilmiş dövlət rüsumuna görə 40 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Tel: (026-315)51-82 Füzuli rayonu Horadiz şəhəri Faks: (026-315)51-71 İş № 2(064)-38/2023 20 fevral 2023-cü il İddiaçı: "xxxx" MMC-yə Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3 Cavabdeh: Cavabdeh Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraylı 2 (APİ-nin yataqxanası) Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(064)-38/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov İş № 2(064)-38/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL Füzuli Rayon Məhkəməsi 10 fevral 2023-cü il Füzuli rayonu Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar qaydada baxdım. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri, eləcə də cavabdehə göndərilmiş məhkəmə bildirişini nəzərdən keçirdikdən sonra aşağıdakı qətnaməni qəbul etdim: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh vurulmuş maddi ziyana görə 1.975 manat və ödənilmiş dövlət rüsumuna görə 40 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. S ə d r l i k e d ə n:
Məhkəmə qərarları › İş №2(064)-38/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-38/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver