Məhkəmə qərarları › İş №2(064)-384/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-384/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-384/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.*979-cu il tarixdə Xocalı rayonu, Xaçmaz kəndində doğumumun qeyd edilmə faktının müəyyən olunması, doğum haqqında şəhadətnamədə adı, soyadı və ata adı “Ərizəçi“, həmin şəhadətnamənin ata qrafasında “X4“, ana qrafasında “X3” yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *979-cu il tarixdə Xocalı rayonu, Xaçmaz kəndində anadan olmuşdur. X*, anası X2r. Valideynləri ona doğum haqqında şəhadətnamə götürsələr də, hazırda doğum haqqında şəhadətnaməsini itirmişdir. Doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamənin yenidən verilməsi mümkün olmamışdır. Belə ki, Maraqlı şəxsndə doğum barədə akt qeydi aşkar olunmamışdır. Hazırda hər hansı sənədləşdirmə işləri aparmaq istədikdə doğum şəhadətnaməsinin olmaması səbəbindən müxtəlif çətinliklərlə üzləşir. Doğum haqqında şəhadətnamənin bərpa olunması mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*979-cu il tarixdə Xocalı rayonunda doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Aşağı Veysəlli kəndidir. Maraqlı şəxs 23.0*.2023-cü il tarixli, 36 saylı məktubunda göstərilmişdir ki, Ərizəçi haqqında heç bir doğum akt qeydi aşkar olunmamışdır. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. AZ-İİ № 3*8563 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06.*0.*999-cu il tarixdə Beyləqan rayonunda doğulmuşdur. AZ-İ № 5*3937 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05.*0.20**-ci il tarixdə Beyləqan rayonunda doğlumuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinədairişlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.*979-cu il tarixdə Xocalı rayonunda doğulmuşdur. X*, anası X3 olmaqla hər iki valideyni vəfat etmişdir. Lakin qeydiyyat şöbəsinin arxivində Ərizəçi doğumu barədə akt qeydi saxlanılmamışdır. Belə olan halda, ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 2*6-220, 227, 233.*, 305-3**, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Ərizə təmin olunsun. Ərizəçi xx.xx.*979-cu il tarixdə Xocalı rayonu, Xaçmaz kəndində doğumunun qeyd edilməsi faktı, eləcə də atasının X4, anasının X3 olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ *900 Füzuli rayonu Tel: (026-3*5) 5*-82 Horadiz şəhəri Faks: (026-3*5) 5*-82

İş № 2(064)-384/2023 03 aprel 2023-cü il

Maraqlı şəxsnə Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-384/2023 saylı qətnaməsi sizə göndərilir.

Qoşma: qətnamə.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar