Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-427/2023 06.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə və ona əlavə olunmuş sənədlər icraata götürülmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizənin əsaslandırıcı hissəsindən görünür ki, ərizəçinin atası X2 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, hazırkı ərizə icraata götürülmədən geri qaytarılmalı və ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi icraata götürülmədən ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər: - ərizəçi atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. İş № 2(064)-427/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 06 fevral 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar qaydada baxdım. Prosessual hərəkət saat 12:00-da başlandı. Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını araşdırdıqdan sonra aşağıdakı qərardadı qəbul etdim: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi icraata götürülmədən ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər: - ərizəçi atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Prosessual hərəkət saat 12:10-da başa çatdı. AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, tel.: (026-315) 51-71 2(064)-427/2023 xx.xx.2023-cü il Ərizəçi Ünvan: Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi Ərizənin qaytarılması haqqında qərardad ərizə ilə birlikdə sizə geri qaytarılmaqla qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyiniz izah edilir. Qoşma: qərardad və digər sənədlər.
Məhkəmə qərarları › İş №2(064)-427/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-427/2023
06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver