Məhkəmə qərarları › İş №2(064)-480/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-480/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-480/2023 16.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “əsassız varlanma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının hesabına əsassız varlanması nəticəsində əldə etdiyi cəmi 1186,95 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 31,87 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvanı göstərsə də, faktiki yaşayış yerini göstərməmiş, eləcə də iddia ərizəsinə cavabdehin faktiki yaşayış yeri barədə rəsmi sənəd əlavə etməmişdir. Digər tərəfdən, cavabdehin rəsmi qeydə alındığı ünvan olan ünvan 1ə görə hazırda orada faktiki olaraq yaşayış yoxdur. Məhkəmə göstərilən qanunvericilik normaları və iddia ərizəsinin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, iddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 151, 152, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “əsassız varlanma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-yə iddia ərizəsinin qaytarılması üçün göstərilən nöqsanı iddia ərizəsinin giriş hissəsində Cavabdeh faktiki yaşayış yeri barədə məlumatı göstərmək və ərizəyə bunu təsdiq edən sənədi əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar