Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-506/2023 08.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “nikahın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 04 avqust 2021-ci il tarixdə Səadət sarayında (Bakı nikah evi) 908 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə göndərdiyi 08 may 2023-cü il tarixli ərizəsində iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını və iddiaçının dövlət rüsumuna görə ödədiyi 50 manat məbləğində pulun iddiaçıya qaytarmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “nikahın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı dövlət rüsumuna görə ödədiyi 50 (əlli) manat məbləğində pul “Kapital Bank” tərəfindən İddiaçı adına hazırlanmış **********627511 nömrəli plastik kartın hesabına köçürülməklə özünə qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-506/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-506/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver