Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-516/2024 22.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı idarəsinə qarşı hüququ əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti müddətinin, eləcə də həqiqi hərbi xidmət müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajı kimi sosial sığorta stajı olması faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci ildə Füzuli rayonu Mahmudlu-2 kəndi kəndndə anadan olmuş. A3E ******* nömrəli əmək kitabçamdakı qeydlərə əsasən sığorta stajı aşağıdakı qaydadadır: xx.xx.1973-cü ildə Füzuli rayonu N.Nərimanov adma kolxozun 7 nömrəli, 01.07.73 tarixli ərminə əsasən kolxoz üzvlüyünə qəbul edilmiş və yeni yaradılmış «Qarabağ» kolxozuna keçirilməyi ilə əlaqədar N.Nərimanov adına kolxozun 6 nömrəli, xx.xx.1989-cu il tarixli əmrinə əsasən kolxoz üzvlüyündən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 15 il 11 ay; xx.xx.1989-cu ildə «Qarabağ» kolxozu üzrə 1 nömrəli, xx.xx.1989-cu il tarixli əmrə əsasən «Qarabağ» kolxozuna üzv qəbul edilmiş. «Qarabağ» kolxozunun bazasında fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar kolxozun 4 nömrəli, xx.xx.1994-cii il tarixli əmrinə əsasən kolxoz üzvlüyündən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 5 il 5 ay 10 gün; xx.xx.1994-cü ildə «Savalan» kəndli fermer təsərrüfatının 1 nömrəli, xx.xx.1994-cü il tarixli əmrinə əsasən təsərrüfata üzv qəbul edilməklə təsərrüfatın 04 nömrəli xx.xx.1994-cii il tarixli əmrinə əsasən təsərrüfatda mexanik və uçot sazlayıcısı işinə təyin edilmiş. xx.xx.2009-cu ildə həmin vəzifədən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 14 il 10 ay; xx.xx.2009-cu ildə X1 İdarəsinin 10/1 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə əsasən idarədə maşinist vəzifəsinə qəbul edilmiş. İdarənin 4/3 nömrəli, xx.xx.2010- cu il tarixli əmrinə əsasən həmin vəzifədən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 6 ay; Beləklə, əmək kitabçasındakı qeydlərə əsasən sığorta stajı 27 il 1 əy təşkil edir.Bundan başqa, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı illər ərzində keçmiş SSSR Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətində olmuş.Beləklə, əmək kitabçasındakı qeydlərə həqiqi hərbi xidmət müddəti də əlavə olunmaqla ümumilikdə sosial sığorta stajı 29 il 1 əy təşkil edir.Lakin Azərbaycan Respublikası X2 Filialından verilmiş xx.xx.2020-ci il tarixli 18 nömrəli arxiv arayışında sosial sığorta stajının 1977-ci ildən 1989-cu ildən hesablanması göstərilmişdir.Eləcə də müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubda sosial r.ğorta stajımın 17 il 01 ay 08 gün təşkil etdiyi göstərilmişdir.Sosial sığorta stajının düzgün hesablanmaması səbəbindən ona əmək pensiyası təyin olunmamışdır. Ona görə də əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti müddətinin, eləcə də həqiqi hərbi xidmət müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajı kimi sosial sığorta stajı olmasına dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbinə dair ərizə xüsusi icraat qaydasında baxaraq qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı idarəsinin nümayyəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı idarəsinə qarşı hüququ əhəmiyyəti olan faktın müəyyən eilməsi tələbinin rədd edilməsini xahiş etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 01 il 11 ay 08 gün hərbi xidmət dövrü, X2 Filialının xx.xx.2020-ci il tarixli 18 nömrəli arayışa əsasən 1977-1988-ci illər ərzində Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov” adına kolxozda işlədiyi müddət üzrə əmək haqqı aldığı dövr 09 il 02 ay, əmək kitabçasının surətinə əsasən 1989-1994-cü illər üzrə 6 il əmək fəaliyyəti dövrü olmaqla Ərizəçi ümumi 17 il 1 ay 8 gün mübahisələndirilməyən sığorta stajı hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məxsus xx.xx.2024-cü il tarixli etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi ərizəsində xx.xx.1994-cü ildən xx.xx.2009-cu ilədək “Savalan” kəndli fermer təsərrüfatında mexanik və uçot sazlayıcısı vəzifəsində işlədiyini və əməkhaqqı aldığını iddia edir. Belə ki, iddiaçı Ərizəçi 08 dekabr 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. İddiaçıya **********0 nömrəli, xx.xx.2022 tarixli məktubla imtina cavabı verilmişdir. İddaiçaıya ümumi 17 il 1 ay 8 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 il) azdır. Belə ki, sözügedən dövrdə barədə arxivdə məlumatlar aşkar edilməmişdir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi № ******* əmək kitabçasında xx.xx.1995-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər “Savalan” Kəndli Fermer təsərrüfatında sürücü vəzifəsində işləməsi barədə qeyd mövcuddur. Sözügedən dövr Ərizəçi sosial sığorta stajına daxil edilməmiş və tərəflərindən mübahisələndirilmişdir. Belə ki, həmin dövrün əlavə araşdırılması zərurəti yaranmışdır. Tərəflərindən Milli Arxiv İdarəsinə göndərilmiş sorğu və keçirilmiş qarşılıqlı yoxlama zamanı arxivdə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən əmək kitabçasında qeyd mövcud olmasına baxmayaraq həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Bundan sonra Ərizəçi mübahisələndirilən dövrlərin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda məhkəmə prosesi davam etdirilir. Göründüyü kimi, ərizəçinin təqdim etdiyi ******* nömrəli əmək kitabçasında xx.xx.1995-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər “Savalan” Kəndli Fermer təsərrüfatında sürücü vəzifəsində işləməsi barədə qeyd mövcud olsa da, Milli Arxiv İdarəsinə göndərilmiş sorğu və keçirilmiş qarşılıqlı yoxlama zamanı arxivdə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən əmək kitabçasında qeyd mövcud olmasına baxmayaraq həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin ərizəçi ərizəsində 04 nömrəli, xx.xx.1994-cü il tarixli əmrə əsasən “Savalan” kəndli fermer təsərrüfatında mexanik və uçot sazlayıcısı vəzifəsinə keçirildiyini, xx.xx.2009-cu il tarixdə isə işdən azad edildiyini iddia edir. Lakin ərizəçinin təqdim etdiyi ******* nömrəli əmək kitabçasında həmin dövrdə sözügedən müəssisədə sürücü vəzifəsində işləməsi barədə qeyd mövcuddur. Məhkəmə hesab edir ki, bu hal ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, “ ... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. ... Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə müvafiq olaraq məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-516/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-516/2024
22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver