Məhkəmə qərarları › İş №2(064)-539/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-539/2023

24.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-539/2023 24.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçının Cavabdeh qarşı verdiyi “torpaq sahəsindən çıxarılma, ondan istifadə etməyin qadağan edilməsi və orada çəkilmiş su arxının doldurulması” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı verdiyi iddia ərizəsində cavabdehin 12 oktyabr 1999-cu il tarixli, JN 166 KOD 60607018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş, Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 2,04 ha torpaq sahəsinin 458 m² hissəsindən çıxarılması, cavabdehə həmin torpaq sahəsindən istifadə etməyin qadağan edilməsi və orada çəkilmiş su arxının cavabdehin hesabına doldurulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. Məhkəmənin baxışı iclasında iddiaçı cavabdehə qarşı verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəməyə bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçının Cavabdeh qarşı verdiyi “torpaq sahəsindən çıxarılma, ondan istifadə etməyin qadağan edilməsi və orada çəkilmiş su arxının doldurulması” barədə iddia ərizəsi baxılmamış saxlanılsın, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar