Məhkəmə qərarları › İş №2(064)-570/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-570/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-570/2024 22.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı verdiyi ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə iddiaçının mülkiyyətində olan Füzuli rayonu, Babı kəndində yerləşən evdən istifadənin qadağan edilməsi və cavabdehlərin qeydiyyatdan çıxarılması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələblərinə görə qeydiyyatdan çıxarılma ilə bağlı mübahisələrin məhkəmə aidiyyatı İnzibati Məhkəmələrə aiddir. Göstərilən qanunvericilik normalarına və işin müvafiq prosessual halına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən özünə geri qaytarılmalı və ona məhkəmə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə hazırki məzmunlu ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 284-3, 152.1, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı məhkəmə aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə hazırki məzmunlu ərizəsi ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar