Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-578/2023 11.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi - Beyləqan rayon vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “cavabdehin qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsindən çıxarılması, cavabdehə bu hərəkətin qadağan edilməsi və həmin torpaq sahəsindəki maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin icrarə hüququ əsasında onun istifadəsində olan, Bakı-Füzuli avtomobil yolunun sağ tərəfində yerləşən 15 ha torpaq sahəsindən çıxarılması, cavabdehə bu hərəkətin qadağan edilməsi və həmin torpaq sahəsindəki maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. Məhkəmənin hazırlıq iclasında iddiaçı verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “cavabdehin qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsindən çıxarılması, cavabdehə bu hərəkətin qadağan edilməsi və həmin torpaq sahəsindəki maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-578/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-578/2023
11.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver