Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-610/2024 07.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair idia ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək onun istifadə və sahibliyində olan, Füzuli rayonu, Babı kəndində yerləşən evdən cavadehin ailə üzvləri ilə birlikdə çıxarılması, evdən istifadəyə maneə yaradan hərəkətlərin cavabdehə qadağan edilməsi və vurulmuş maddi və mənəvi ziyana görə 10 000 manat məbləğində vəsaitin onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh ilə öz aralarında razılığa gəldiyini bildirmiş və iddiadan imtina etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddiadan imtina edilməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə müvafiq olaraq, … iddiadan imtina etmə … bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə … məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmənin qənaətinə görə iddiaçının ərizədən imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263,264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq olunsun və 2(064)-610/2024 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində tərəflər işə baxan Füzuli Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-610/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-610/2024
07.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver