Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-7/2025 27.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı X4, Cavabdeh iştirakları ilə iddiaçı X4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçının mülkiyyətində olan Füzuli rayon Yuxarı Kürdmahmudlu kəndində yerləşən 0,055 ha torpaq sahəsindən Cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçının mülkiyyətində olan Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən AR ƏMDK DƏDRXHDQDƏ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmiş 0,055 ha ölçüdə torpaq sahəsi vardır. Qeydə alındığı 16.092023-cü il tarixdən qeyd olunan torpaq sahəsi İddiaçının mülkiyyəti hesab olunur. O, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etmək istəyərkən torpaq sahəsinin yaxınlığında məskunlaşmış Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bəhanə edərək torpaq sahəsindən çıxmır. Dəfələrlə həmin torpaq sahəsinin boşaldılması və qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdehin istifadəsində olan ev və tövlə ona maneçilik törətmir. Sadəcə olaraq Cavabdehin etdiyi hərəkətlər ona məxsus torpaqdan təyinatı üzrə istifadə etməsinə imkan vermir. Belə ki, Cavabdeh heyvandarlıqla məşğul olur və yaranmış tullantılarla torpaq sahəsini çirkləndirir. Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 32 ildir həmin sahədə yaşayır, əziyyətlə özünə təsərrüfat qurub, heyvandarlıqla məşğul olur və tək qazanc yeri bu məşğuliyyətidir. Lakin hazırda İddiaçı ona məxsus ev və tövləni tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın (xx.xx.2023-cü il tarixdə Füzuli Rayon Notariat Ofisi, X1 tərəfindən çap edilmiş) surətindən görünür ki, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 0,0550 ha torpaq sahəsi X4 mülkiyyətindədir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X4 mülkiyyətində Yuxarı Kürdmahmudlu kəndi ərazisində 0,055 ha kənd torpaq sahəsi vardır. -AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/8059 saylı ekspert rəyi əsasında müəyyən olunur ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən, AR ƏMDK DƏDRXHDQDƏ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmiş 0,055 ha ölçüdə torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir və qeyd olunan 0,055 ha torpaq sahəsi bütünlüklə cavabdeh X6 tərəfindən istifadə olunur. -AR ƏMDK DƏDRXHDQDƏ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və mübahisəli ərazinin ölçü planı əsasında müəyyən olunur ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən, AR ƏMDK DƏDRXHDQDƏ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmiş 0,055 ha ölçüdə torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir və qeyd olunan 0,055 ha torpaq sahəsi bütünlüklə cavabdeh X6 tərəfindən istifadə olunur. -Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. -İş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı X5 tərəfindən 170 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı tələbini, torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi ilə əsaslandırmışdır.Yanaşı yoxlanılmış mütəxəssis və ekspert rəyi ilə ona məxsus 0,055 ha torpaq sahəsinin bütünlüklə Cavabdeh tərəfindən istifadə olunmasına dair İddiaçının dəlilləri təsdiq edilmişdir. Məhkəmə rəyi vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və Cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinin İddiaçının mülkiyyətində olduğu nəticəsinə gəlir. Məhkəmə Cavabdehin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, istənilən halda İddiaçının 0,055 ha torpaq sahəsi hazırda Cavabdehin istifadəsindədir və Cavabdehin İddiaçıya məxsus torpaq sahəsinə qanuni əsasla sahiblik etməsi təsdiq edilmir. Bu hal isə əmlaka sahibliyi qanunsuz olan Cavabdehə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olan İddiaçının qarşısında geri qaytarma öhdəliyi yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin -84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. -111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının özünə məxsus torpaq sahəsini cavabdehin sahibliyindən geri tələb etmək hüququ olduğundan, cavabdeh iddiaçıya məxsus 0,055 ha torpaq sahəsindən çıxarılmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Beləliklə də, Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh qanunsuz zəbt etdiyi iddiaçı X4 mülkiyyətində olan AR ƏMDK DƏDRXHDQDƏ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmiş Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən 0,055 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-7/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-7/2025
27.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver