Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-747/2023 02.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı mənzildən çıxarılmasını dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə olan nikahlarına 2019-cu ildə Füzuli Rayon Məhkəməsində xitam verilmişdir. Sonradan cavabdeh mənzildən istifadə və mənzilə köçürülmə hüququna dair Füzuli Rayon Məhkəməsində iddia qaldırmış və Füzuli Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(064)-590/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək qüvvəyə minmiş və icraya yönəldilmişdir. Füzuli rayon İcra və probasiya Şöbəsi işi icraata qəbul etmiş və qətnamə 19 fevral 2021-ci il arixli 268 №li qərarla icra olunmuşdur. Lakin, qərar icra olunduğu gündən bu günədək iki ildən artıq vaxt ötsə də, mənzilə əşyaları yığmaqla cavabdeh bir gün də olsun bu evdə yaşamamışdır. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, ev 2 otaqdan ibarətdir. Cavabdeh əşyalarını otağın birinə yığaraq otağın qapısını bağlamışdır və o, həmin otaqdan istifadə edə bilmir. O, uşağı ilə birlikdə bir otaqda rahat yaşaya bilmir. Cavabdeh məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ona hədə-qorxu gəldiyindən o, qorxusundan evə köçüb orada yaşaya bilmir. Hazırda qızı ilə birlikdə Bakı şəhərində kirayədə qalır və ailəsini dolandırmaq üçün işləyir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Füzuli rayonu, Qayıdış-3 qəsəbəsi, 139 saylı 2 otaqlı ev 4 nəfər ailə üzvü ilə birlikdə kirayəçi Aslanova (Muradova) Zahirə Allahverdi qızının sahibliyinə və istifadəsinə verilmişdir. Hazırda qeyd olunan evdə iddiaçı övladı ilə birlikdə yaşayır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2 ildən artıqdır ki, bu evdə yaşamır. Həmin ev 2 otaqdan ibarətdir. Cavabdeh əşyalarını otağın birinə yığaraq otağın qapısını bağlamışdır və o, həmin otaqdan istifadə edə bilmir. O, uşağı ilə birlikdə bir otaqda rahat yaşaya bilmir. Lakin cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ona hədə-qorxu gəldiyindən o, qorxusundan evə köçüb orada yaşaya bilmir. Hazırda qızı ilə birlikdə Bakı şəhərində kirayədə qalır və ailəsini dolandırmaq üçün işləyir. Məhkəmə hesab edir ki, cavabdeh 2 ildən artıq müddət ərzində qeyd olunan evdə yaşamasa da bu hal üzrsüz səbəblərdən, yəni cavabdehin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bununla yanaşı, iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüququnu daimi olaraq başqa yaşayış sahəsində reallaşdırmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-747/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-747/2023
02.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver