Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1/2024 07.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, onların vəkili X8 və Cavabdeh1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehin adına verilmiş torpağın mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın hissəvi etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqi əsasında onun qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə və həmin torpaq sahəsinin cavabdehin zəbtindən azad olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehin adına verilmiş torpağın mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın hissəvi etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqi əsasında onun qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə və həmin torpaq sahəsinin cavabdehin zəbtindən azad olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu Topalhəsənlı kəndində yerləşən özü İddiaçı1 arxiv sənədi ilə adına olan 0,16 ha həyətyanı torpaq sahəsinin və içindəki evin və köməkçi tikililərin cavabdehlərin zəbtindən azad edilməsi, sahiblik istifadə hüquqi əsasında mülkiyyətinə verilməsi və Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən İddiaçı2 istifadəsində və zəbtində olan torpaq sahəsinin cavabdehin adına olan çıxarışdan və texniki pasportdan çıxarılması və həmin sənədlərin üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar İddiaçı2 və İddiaçı1 Göygöl rayonunun Topalhəsənli kəndində yaşayırlar və bu kənddə də böyüyüb boya başa çatmışlar. Məsələ bundan ibarətdir ki, onlarla cavabdehlər arasında babadan qalma miras əmlaka dair mübahisə olmuşdur və həmin mübahisədə cavabdeh tərəf və digər şəxslər uduzmuşlar və bütün məhkəmə instansiyaları onların tərəfindən mirasın qəbul edilməsi və miras qalmış əmlakın mülkiyyətlərinə keçməsi barədə qərar vermişlər. Həmin müvafiq məhkəmə instansiyalarının qərarları artıq qanuni qüvvəsini almışdır və həmin qətnamələr icra olunaraq, miras qalmış torpaq sahəsi və yaşayış sahəsi onların mülkiyyətlərinə və daimi istifadələrinə verilmişdir. Cavabdehlə aralarında olan mübahisə ondan ibarətdir ki, özü, yəni X4 vərəsəlik qaydasında istifadəsində olan 0,16 ha ölçüdə torpaq sahəsi qalmışdır və həmin torpaq sahəsi vərəsəlik qaydasında onun tərəfindən miras kimi qəbul edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin torpaq sahəsində qeyri qanuni şəkildə ümumi təsərrüfat işləri aparılır və həmin torpaq sahəsində olan tikiliyə tərəfindən miras kimi artıq qəbul edilməsinə baxmayaraq, qanunsuz şəkildə istifadə və sahiblik etmək istəyir. Həmin torpaq sahəsində 1978-ci il tarixdə əri X6 tərəfindən ev inşa edilmişdir və 1983-1985 illərə aid 4 nömrəli təsəruffat başına kitabda 322 nömrəli şəxsi hesab vərəqində 64 kvm olan yaşayış evi qeyd olunmuşdur. Həmin torpaq sahəsi və ev sonradan özü, yəni İddiaçı1 adına qeyd olunmuşdur və 1991-1995-ci illərə aid 1 nömrəli təsəruffat başına kitabın 82 nömrəli şəxsi hesab vərəqində onun adına qeydiyyat aparılmış və ayrıca təsəruffat kimi qeyd olunmuşdur. Digər tərəfdən özü, yəni İddiaçı2 ilə cavabdehin arasında olan hazırki mübahisə ondan ibarətdir ki, torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə cavabdehə qanunsuz şəkildə onun istifadəsi də və sahibliyində olan və məhkəmə qərarı ilə ona miras qalan torpaq sahəsinin üzərinə sənəd işlənmişdir və onun şəhadətnaməsi başqa koordinatlarda olduğu halda və yaxud da başqa koordinatlara işlənməli olduğu halda onun özünün istifadə və sahiblik etdiyi və miras kimi qəbul etdiyi torpaq sahəsinin üzərində işlənməklə, onun həmin ərazidən gələcəkdə sərəncam hüququnu məhdudlaşdırır. Ancaq məsələ bundan ibarətdir ki, şəhadətnamə ilə onun mülkiyyətində göstərilməsinə baxmayaraq, həmin torpaq sahəsi artıq 15-20 ilə yaxındır ki, özünün istifadə və sahibliyindədir və özünün qanuni istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən xx.xx.2023-cü il tarixli, 216 nömrəli cavabdan da görünür ki, həqiqətən cavabdehlərin adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və həmin şəhadətnamə ilə onların torpaq sahəsi üst-üstə düşür və hesab edir ki, bununla bağlı birmənalı şəkildə məhkəmə texniki-tikinti və torpaqşünaslıq ekspertizası təyin olunmalı və torpaq sahəsinin koordinatlarını və eyni zamanda onun torpaq sahəsinin koordinatlarının sərhədləri müəyyən edilməli və mövcud tikililərin hansı torpaq sahəsində yerləşdirilməsi aydınlaşdırıldıqdan sonra qanuni və hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında iddianı müdafiə etdiyini, mülkə dair çıxarışı olmamasını, ancaq arxiv arayışının olmasını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 verdiyi izahatında iddianı müdaifə etdiyini, zəbt edilmiş torpaq sahələrinin zəbtdən azad edilməsini istəməsini, qardaşı Sərvanla öz payının müəyyən edilməməsini, ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 vəkili X10 izahatında iddianı müdafiə edərək göstərdi ki, İradə xanımın adına çıxarış və şəhadətnamə yoxdur, ancaq arxiv arayışı vardır. Hazırda mütəxəssis rəyinin alınması vacibdir ki, zəbtin olunubolunmaması bilinsin. Həmin ərazi zəbt kimi göstərilib deyə DƏDRX çıxarış verə bilmir. Arxiv arayışı üzrə 16 sotdur, ancaq iddiaçılar torpağın az hissəsini istiadə edir. Cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahəsi 0.48 sotdur. Həmçinin mübahisə var deyə vərəsəliklə bağlı imtina sənədi də almışlar. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etməməsini, İddiaçı1 onun qardaşının yoldaşı olmasını, atasının Səxavətə evdən vərəsə kimi pay verməsini, həmin yerin də ölçülüb dəqiq müəyyən edilməsini və ondan sonra payın verilməsini, özünün heç yeri zəbt etməməsini, əksinə iddiaçıların onun torpaq sahəsini zəbt etmələrini, özündə olan texniki pasportda da 0.09 ha torpaq sahəsinin olmasını, 30 ildir həmin torpaq sahəsini özünün istifadə etməsini bildirdi və göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıların, onların vəkilinin və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində 0.09 ha torpaq sahəsində yerləşən 204.2 kv.m-dən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 oğlunun və Cavabdeh2 adlarınadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində 0.42 ha torpaq sahəsində yerləşən 110.8 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı2 və X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 13 iyun 2023-cü il tarixli, 3-21-3-33/2-5364/2023 saylı arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, məktuba cavab olaraq bildirilmişdir ki, Göygöl rayonu Topalhəsənli kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 204.2 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, **********67-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 oğlunun və Cavabdeh2 ümumi birgə hüququ üzrə adlarınadır. Fərdi yaşayış evi tikili “A”-da ümumi sahəsi 204.2 kv.m, yaşayış sahəsi 73.2 kv.m, köməkçi sahəsi 131 kv.m, yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.09 ha, faktiki torpaq sahəsi 0.4842 ha olan dörd yaşayış otağından ibarətdir. İş materiallarında olan Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin 04 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 2 İddiaçı1, xx.xx.1988-ci ildə vəfat etmiş əri-X1 miras qalmış Göygöl rayonu, Topalhəsənli kəndi ünvanında yerləşən əmlaka (arxiv arayışı №211, xx.xx.2022) dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün 1 saylı Gəncə regional «ASAN Xidmət mərkəzinə notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən İddiaçı1 mərhum- X3 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı1 həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum-X3 adına qalmış Göygöl rayonu, Topalhəsənli kəndi ünvanında yerləşən əmlaka (arxiv arayışı №211, xx.xx.2022) dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına və reyestrdən Çıxarış verilməsinə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 08 avqust 2023-cü il tarixli arayışlarından görünür ki, İddiaçı1 və İddiaçı2 Göygöl rayonunun Topalhəsənli kəndində yaşayırlar və qeydiyyatdadırlar. İş materiallarında olan Göygöl Rayon Dövlət Arxivinin 12 sentyabr 2022-ci il tarixli İddiaçı1 ünvanlanmış arxiv arayışının surətindən görünür ki, Xanlar rayon Topalhəsənli kənd X13 İcraiyyə Komitəsinin 1983-1985-ci illərə aid 4 nömrəli təsərrüfatbaşına kitabının 322 nömrəli şəxsi hesab vərəqində mərhum X3 adına 1978-ci ildə tikilmiş, ümumi sahəsi 64 kvm olan yaşayış evi qeydə alınmışdır. İş materiallarında olan Göygöl Rayon Dövlət Arxivinin 26 yanvar 2023-cü il tarixli İddiaçı2 ünvanlanmış arxiv arayışının surətindən görünür ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid 03 nömrəli təsərrüfatbaşına kitabın 250 nömrəli şəxsi hesab vərəqində mərhum X2 adına 1961-ci ildə ümumi sahəsi 88 kvm olan ev və 0.48 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan AZE saeriyalı ******** nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1963-cü ildə anadan olmuş və Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1984-cü ildə anadan olmuş və Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdehlərə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehin adına verilmiş torpağın mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın hissəvi etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqi əsasında onun qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə və həmin torpaq sahəsinin cavabdehin zəbtindən azad olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu Topalhəsənlı kəndində yerləşən özü İddiaçı1 arxiv sənədi ilə adına olan 0,16 ha həyətyanı torpaq sahəsinin və içindəki evin və köməkçi tikililərin cavabdehlərin zəbtindən azad edilməsi, sahiblik istifadə hüquqi əsasında mülkiyyətinə verilməsi və Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən İddiaçı2 istifadəsində və zəbtində olan torpaq sahəsinin cavabdehin adına olan çıxarışdan və texniki pasportdan çıxarılması və həmin sənədlərin üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, İddiaçı1 mülki iş üzrə mübahisələndirdiyi torpaq sahəsinə dair adına heç bir hüquqverici sənəd yoxdur. Bundan başqa digər İddiaçı2 miras üzrə payı müəyyən edilməmiş, cavabdehlərin mübahisəli torpaq sahəsini zəbt etmələri və bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda hazırki iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu isə, onu deməyə əsas verir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş başqasının, yəni cavabdehlərin ümumi birgə mülkiyyət hüququ üzrə adlarına olan çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi tələbi və cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilərək iddiaçıların həmin torpaqdan sərbəst və səmərəli istifadə etmək istəkləri tam əsassızdır. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümümi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq nəticəyə gəlir ki, İddiaçı1 mübahisələndirdiyi torpaq sahəsinə dair adına heç bir hüquq verici sənəd olmamasına, İddiaçı2 miras üzrə payının müəyyən edilməsinə və cavabdehlərin iddiaçılara məxsus olan torpaq sahəsini zəbt etməsinə görə iddianı əsaslandıran hər hansı sübutu iddiaçıların məhkəməyə təqdim edə bilməmələrindən hazırkı iddia ərizəsi təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul iddia təmin edilmədiyinə görə iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehin adına verilmiş torpağın mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın hissəvi etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqi əsasında onun qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə və həmin torpaq sahəsinin cavabdehin zəbtindən azad olunması barədə iddia ərizəsi təmin edilməsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1/2024
07.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver