Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-10/2023 06.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və X9 qarşı cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində tikilmiş divarın öz hesablarına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X15 tərəfindən zəbt edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla onun mülkiyyətində olan Göygöl rayonunun Qızılqaya qəsəbəsinin ərazisində yerləşən 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,08 ha hissəsindən Cavabdeh və 0,03 ha hissəsindən cavabdeh X6 çıxarılmaları və Cavabdeh zəbt etdiyi torpaq sahəsində tikdirdiyi divarın onun özünün xərci hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmişdir. Qeyd olunan ərizədə göstəmişdir ki, Cavabdeh və X9 qarşı cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində tikilmiş divarın öz hesablarına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş məhkəmənin icraatındadır. Məhkəməyə təqdim edilmiş ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 iyul 2021-ci il tarixli, **********25 saylı rəyi ilə tanış olduqda məlum olmuşdur ki, iddiaçının torpaq sahəsini Cavabdeh və X3 əlavə cavabdehlər, yəni X11 və X20 da zəbt etmişdir. Ona görə də mülki işə X7 və X17 cavabdeh qismində işə cəlb edilməsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Calal oğluna, X5, X8 və X18 məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Qeyd olunan cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə İddiaçı tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəmədə Cavabdeh və X9 qarşı cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində tikilmiş divarın öz hesablarına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia qaldırmışdır. Sonradan ona iddia ərizəsində cavabdehlərin soyadının və ata adının düzgün göstərilməməsi məlum olmuşdur. Odur ki, iddia ərizəsində göstərilən cavabdehlər Cavabdeh Calal oğlu, X6 X12 olmasının nəzərə alınaraq iddia tələbinə cavabdehlərin Cavabdeh Calal oğlu, X12, X11 və X20 hissəsində baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının tələbin dəqiqləşdirilməsinə dair ərizəsini məqsədəuyğun hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 21 yanvar 2016-cı il tarixli 4Ə-141 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Göygöl rayonu Qızılqaya qəsəbəsinin ərazisində yerləşən 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alımışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və xx.xx.2016-cı il tarixdə tərtib edilmiş 048333 nömrəli torpaq sahəsinin planı və ölçüsünü almışdır. Onun 0,11 ha torpaq sahəsinin 0,08 ha hissəsi Cavabdeh Calal oğlu və 0,03 ha hissəsi cavabdeh X12 tərəfindən qanunsuz olaraq zəbt edildiyindən o, həmin torpaq sahəsini istifadə edə bilmir. Cavabdeh Calal oğlu zəbt etdiyi torpaq sahəsində divar hördürmüşdür. Dəfələrlə cavabdehlərdən onun torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar könüllü olaraq çıxmamışlar. Cavabdehlərin zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etmədiklərinə görə məcbur olub məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında iddianı müdafiə etdiyini, ekspert rəyinə etiraz etməməsini, odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının ifadəsini dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tikinti-texniki ekspertizasına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə tapşırılmış və ekspertlər qarşısında İddiaçı mülkiyyətində olan (Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış) Göygöl rayon Qızılqaya qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi Cavabdeh və X15 tərəfindən istifadə edilirmi? əgər istifadə edilirsə istifadə edilən torpaq sahəsinin ölçüsü və koordinat döngə nöqtələri ekspert mütəxəssis rəyinin nəticə hissəsində göstərilməklə sxema əlavə edilsin, İddiaçı mülkiyyətində olan (Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış) Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı tikililər (ev, əl damı, sanitar qovşağı, daş hasar) inşa edilmişdirmi? əgər edilmişdirsə həmin tikililərin torpaq sahəsinin hansı hissəsində yerləşməsi, ölçüsü, ekspert mütəxəssis rəyinin nəticə hissəsində göstərilməklə sxemə köçürülməsi barədə suallar qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 noyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ekspertiza baxışı zamanı, İddiaçı, mübahisələndirdiyi torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini bildirdi. Belə olan təqdirdə RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin, faktiki olaraq bütünlüklə digər şəxslərin istifadəsində olduğu müşahidə olundu. RX seriyalı ******* saylı Çıxarışın 048222 nömrəli planı və ölçüsü sənədindəki koordinatlara istinadən 0,11 ha torpaq sahəsinin digər şəxs və yaxud şəxslər tərəfindən 0,06 ha hissəsinin əkin sahəsi, 0,05 ha hissəsinin isə daş hasarla hasarlandığı müəyyən olundu. Cavabdehlərin ekspertiza baxışında iştirak etməməsi səbəbindən İddiaçı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin kimlər tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4087 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xidmətinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixli **********03 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən RX ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin, faktiki olaraq bütünlükdə digər şəxslərin istifadəsində olduğu müşahidə olundu, RX ******* saylı Çıxarışın 04822 nömrəli planı və ölçüsü sənəddəki koordinatlara istinadən 0,11 ha torpaq sahəsinin digər şəxs və yaxud şəxslər tərəfindən 0,06 ha hissəsi əkin sahəsi, 0,05 ha hissəsinin isə daş hasarla hasarlandığı müəyyən olundu. Cavabdehlərin ekspertiza baxışında iştrak etməməsi səbəbindən İddiaçı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin kimlər tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, RX seriyalı ******* nömrəli, **********63 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.11 ha torpaq sahəsinin 0.0377 ha hissəsi cavabdeh X16, 0.0183 ha hissəsi cavabdeh X4, 0.0320 ha hissəsi X6, 0.0222 ha hissəsi isə, X19 faktiki istifadəsində olduğu müəyyən olundu. RX seriyalı ******* nömrəli, **********63 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.11 ha torpaq sahəsində, cavabdehlərdən X15 tərəfindən 37.78 metr uzunluğunda, X13 tərəfindən isə, 16.90 metr uzunluğunda daş hasar inşa edilmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X10 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etməlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olundu ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 0.11 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh Calal oğlu, X12, X11 və X20 tərəfindən zəbt edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı və mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, İddiaçı mülkiyyətində olan Göygöl rayonunun Qızılqaya qəsəbəsinin ərazisində yerləşən 0.11 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.0222 ha hissəsindən Cavabdeh Calal oğlu, 0.0320 ha hissəsindən X12, 0.0183 ha hissəsindən X11 və 0.0377 ha hissəsindən X20 çıxarılmalı, iddiaçının mülkiyyətində olan Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsində X12 tərəfindən 37.78 metr uzunluğunda və X11 tərəfindən 16.90 metr uzunluğunda inşa edilmiş daş hasar onların öz xərcləri hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X25rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Göygöl rayonunun Qızılqaya qəsəbəsinin ərazisində yerləşən 0.11 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.0222 ha hissəsindən Cavabdeh Calal oğlu, 0.0320 ha hissəsindən X12, 0.0183 ha hissəsindən X11 və 0.0377 ha hissəsindən X20 çıxarılmalı, İddiaçı mülkiyyətində olan Göygöl rayonunun Qızılqaya qəsəbəsinin ərazisində yerləşən 0.11 ha torpaq sahəsində X12 tərəfindən 37.78 metr uzunluğunda və X11 tərəfindən 16.90 metr uzunluğunda inşa edilmiş daş hasar onların öz xərcləri hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı, İddiaçı tərəfindən ödənilmiş 526 manat ekspertiza xərclərinin 106.13 manatı Cavabdeh Calal oğlundan, 152.99 manatı X1, 87.49 manatı X2 və 180 manatı X14 alınıb İddiaçı ödənilməli, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərci Cavabdeh Calal oğlundan, X1, X2 və X14 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq Q Ə T E T D İ: İddia təmin edilsin. RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Göygöl rayonunun Qızılqaya qəsəbəsinin ərazisində yerləşən 0.11 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.0222 ha hissəsindən Cavabdeh Calal oğlu, 0.0320 ha hissəsindən X12, 0.0183 ha hissəsindən X11 və 0.0377 ha hissəsindən X20 çıxarılsın. İddiaçı mülkiyyətində olan Göygöl rayonunun Qızılqaya qəsəbəsinin ərazisində yerləşən 0.11 ha torpaq sahəsində X12 tərəfindən 37.78 metr uzunluğunda və X11 tərəfindən 16.90 metr uzunluğunda inşa edilmiş daş hasar onların öz xərcləri hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 526 manat ekspertiza xərclərinin 106.13 manatı Cavabdeh Calal oğlundan, 152.99 manatı X1, 87.49 manatı X2 və 180 manatı X14 alınıb İddiaçı ödənilsin. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərci Cavabdeh Calal oğlundan, X1, X2 və X14 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-10/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-10/2023
06.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver