Məhkəmə qərarları › İş №2(066)-10/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-10/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-10/2025 21.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı «mülkiyyətində olan torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsindən cavabdehlərin və digər şəxslərin istifadəsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar, tərəflərin iştirakı olmadan baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni mülkiyyətində olan, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.474 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, həmin torpaq sahəsindən cavabdehin və digər şəxslərin istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-43/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətində olan torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsindən cavabdehlərin və digər şəxslərin istifadəsinin qadağan edilməsi» tələbinə dаir mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icrааt dаyаndırılmışdır. Bundan sonra İddiaçı tərəfindən məhkəməyə ərizə göndərilərək, mübahisəli torpaq sahəsinin hazırda ona qaytarılması və onun istifadəsində olması, işin icraatının təzələnərək iddiasının baxılamamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «mülkiyyətində olan torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsindən cavabdehlərin və digər şəxslərin istifadəsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar