Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-101/2025 15.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdeh X2 nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «uşaqların himayədə olmasının müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı «uşaqların himayədə olmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu ildə doğulmuş X11, xx.xx.2014-cü ildə doğulmuş X7 və xx.xx.2016-cı ildə doğulmuş X12 onun himayəsində olmasının müəyyən edilməsinə və cavabdeh X5 hər ay sabit pul məbləğində hər bir uşağın saxlanılması üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 600 (altı yüz) manat aliment alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan xx.xx.2009-cu il tarixli nikahın pozulması xx.xx.2010-cu ildə doğulmuş X9, xx.xx.2014-cü ildə doğulmuş X7 və xx.xx.2016-cı ildə doğulmuş X12 anasının, yəni, İlhamə Nəcəfovanın yanında saxlanılması, hər üç uşağın ondan alınaraq İlhamə Nəcəfovaya verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları, onun aylıq qazancının (başqa gəlirlərinin) ½ hissəsi miqdarında alimentin İlhamə Nəcəfovanın xeyrinə alimentin tutulması, uşaqların ondan alınıb iddiaçının himayəsinə verildiyi tarixdən hesablanması qət edilmişdir. Uşaqlar anadan olan bir gündən hal-hazıradək onun himayəsində yaşayırlar. X3 isə bu ilin iyul ayından anasıyla görüşmək adıyla Göygöl rayonunun Hacıməlik qəsəbəsinə getmiş və həmin vaxtdan anası ilə birlikdə yaşayır. Uşaqlar onun himayəsində yaşasalar da, formal olaraq kağız üzərində analarının himayəsində olmaları göstərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Əgər uşaqlar məhkəmədə pedaqoqun iştirakı ilə dindirilərsə təsdiq edə bilərlər ki, onlar Gəncə şəhərində onun yanında yaşamaqla himayəsindədirlər. Uşaqların onun himayəsinə verilməklə onunla yaşamaların və aliment tələbinə dair Gəncə 1 saylı Mediator təşkilatına müraciət etmişdir. Mediator təşkilatının arayışını əlavə edir. Cavabdeh isə könüllü olaraq uşaqların saxlanılmasına heç bir maddi yardım etmir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Ali Məhkəmənin qətnaməsi qəbul edildikdən sonra uşaqlar ondan alınıb anasına verilməmiş və qətnamə icra edilməmişdir. Onların barəsində çıxarılmış hər üç qətnamənin çıxdığı vaxtdan uşaqlar ondan alınıb uşaqların anasına verilməmişdir. Belə ki, uşaqların heç biri getməmişdir və həmin vaxtdan heç bir dəyişiklik olmamışdır. Cavabdeh orqanlara hüquq mühafizə orqanlarına uşaqların alınıb verilməsi ilə bağlı müraciət etmiş, lakin uşaqlar getməmişdir. Böyük uşaq 4-5 aydır ki, anasının yanına getmişdir, məhkəmə qətnaməsindən sonra uşaqlarla münasibətində heç bir dəyişiklik olmamış, yeni bir əsas və yeni bir hal baş verməmişdir. Məhkəmənin cavabdeh X2 nümayəndəsi (atası) Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, məhkəmə qətnamələri icra edilməmiş, uşaqlar icraçılar tərəfindən atadan alınıb anaya verilməmişdir. Aysu adlı uşaq 8 aydır ki, qaçıb anasının yanına gəlmişdir. Qarşı tərəf polisə şikayət etmişdir ki, guya onlar uşağı oğurlamışdır. Polis gəlikdə onlar məhkəmə qətnamələrini göstərmiş və uşağın ananın yanında olmalı olmasını bildirmişlər. Həmçinin Aysu dindirilərkən də ona yaxşı baxılmamasını bildirmişdir. Hər üç məhkəmənin qətnaməsi icra edilməmişdir. Ana uşaqların alınmasını istəyir və hazırda həmin qətnamələr icra şöbəsinin icraatındadır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci iltarixli 2(066)-737/2021 saylı qətnaməsi ilə iddiaçı X10 ilə cavabdeh İddiaçı arasında olan xx.xx.2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyat şöbəsində 585 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəlüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 anasının, yəni iddiaçı X2 yanında saxlanılması, xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 cavabdeh İddiaçı alınaraq iddiaçı X4 verilməsi, xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı aylıq qazancının ½ hissəsi məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması va alimentin tutulmasına xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 cavabdehdən alınıb iddiaçının himayəsinə verildiyi tarixdən başlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-567/2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-737/2021 nömrəli qətnaməsi mühahisələndirilən, yəni “nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəlüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 anasının, yəni, X2 yanında saxlanılması, xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 cavabdeh İddiaçı alınaraq iddiaçı X4 verilməsi, xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı aylıq qazancının ½ hissəsi məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması va alimentin tutulması” hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5355/2022 saylı qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-567/2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan AZ-İİ seriyalı 459851, AZ-İİİ seriyalı 396776 və AZ-İİİ seriyalı 771354 saylı doğum şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 ataları İddiaçı, anaları isə X6r. Məkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir. Prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər; - hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; - iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). Həmçinin o da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin iddia predmetinin dəqiq göstərilməsinə dair tələbi prosessual qənaət prinsipini qorumağa yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan mövcud mübahisə və əsasa artıq hüquqi qiymət verildiyindən, bu barədə Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, həmin qətnamənin qəbul ediliyi vaxtdan icra olunmamasına baxmayaraq uşaqların və valideynlərin mövqeyində, tərəflərin ünsiyyətlə bağlı fikirlərində hər hansı bir dəyişikliyin baş verməməsi, yeni bir əsasın yaranmaması və həmçinin tərəflər arasında münasibətlərdə dəyişiklikliyin olmaması, iddiaçının yeni bir əsasının olmadığını bildirməsi belə nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X4 qarşı «uşaqların onun himayəsində olmasının müəyyən edilməsinə və aliment” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-101/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-101/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver