Məhkəmə qərarları › İş №2(066)-1032/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1032/2025

03.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1032/2025 03.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisinin xx.xx.2025-ci il tarixli, 172 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə yəni, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin X1 bölməsinin hamam çamaşırxana kombinatının quruducu maşınların operatoru işinə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən əmək fəaliyyətinə başlamış və işlədiyi müddətdə həmişə işinə məsuliyyətli olmuşdur və işlədiyi kollektivdə də həmişə hörmətli olmuş və rəhbərlik də ona hörmət etmişdir. Axırıncı iş yeri kimi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin X1 bölməsinin hamam çamaşırxana kombinatının qururducu maşınların operatoru vəzifəsinə işə qəbul olunmuşdur. Axırıncı iş yerində də işinə məsuliyyətli olmuş və işlədiyi 3 il müddətində heç bir mənfi hərəkəti olmamışdır. 13 iyun 2025-ci il tarixdə o, hərbi hissədə çamaşırxanada olan zaman təxris olunan əsgərlərə aid köhnə əsgər çəkmələrini (botinka) yığmışdılar ki, yararlı olanları seçib təmizləsinlər, yararsızları isə yandırsınlar. Həmin vaxt o, iş yoldaşlarının iştirakı ilə çəkmələrdən yararsız olan bir cütünü iş yoldaşlarının iştirakı ilə götürmüşdür ki, özü istifadə etsin. O, işdən çıxanda salafan torbada çəkmələri hamının gözü önündə götürmüşdür ki, özünə məxsus avtomobilə qoymuş və avtomobili sürərək hərbi hissədən N metr məsafəyədək aralaşmışdır. Həmin vaxt bir əsgər arxasınca gələrək bildirmişdir ki, kapitan deyir ki, qara salafan paket var onu gətirsin, o da özü çəkmə olan salafanı gətirib vermiş və bildirmişdir ki, köhnə əsgər çəkməsidi, özü istifadə etmək üçün götürmüşdür. Bundan sonra 3 gün iş günü olmadı və xx.xx.2025-ci il tarixdə əmr verərək onu işdən azad etdilər. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ f ” bəndi olmuşdur. Guya o, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermişdir. Qeyd olunan əmr qanunsuz və əsassızdır, ona görə də həmin əmr ləğv edilməli, o əvvəlki işinə bərpa olunmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq, İddiaçı mediasiya prosesində iştirak etməli olduğu halda, təqdim edilmiş səndələrlə onun mediasiya prosesində iştirak etməsini müəyyən etmək mümkün olmamış və bu barədə heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə etməlidir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, məhkəməyə müraciət etməzdən əvvəl qanunverciliklə müəyyən olunmuş qaydada mediasiya prosesində iştirak edilməsini təsdiq edən sənəd əlavə etməklə iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hakim: Leyla Hüseynzadə İş № 2(066)-1032/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı tərəfindən İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan baxılır. Prosessual hərəkət saat 10:35-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:45-də başa çatdırdım. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar