Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1034/2025 01.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh N saylı hərbi hissədə əmək müqaviləsi bağlanaraq yeməkxana xadiməçisi işində işləmiş, xx.xx.2025-ci il tarixli 84 saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi -əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
Məhkəmədə icraat:
2. İddiaçı Cavabdeh N saylı hərbi hissəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 il Azərbaycan Respublikası Müdafiə Nazirliyində qüsursuz xidmət edib. Silahlı qüvvələr veteranıdır. 2021-ci il fevralın 15-dən əmək müqaviləsi əsasında N saylı hərbi hissənin yeməkxanasında xadiməçi işləyib. İşlədiyi müddətdə işinin öhdəsindən gəlib. X4 göstərişi ilə onu və başqa xadiməçiləri hərbi hissənin tualetini yəni (ayaq yolunu) təmizlətdirib. O, dəfələrlə Şahin Qarayevə irad tutub. Bu səbəbdən Şahin Qarayev onun işdən azad olunmağı barədə rəhbərliyə məruzə edib. Həqiqətən o işdə olmayanda xəstə olub və xəstəlik tarixi vərəqəsinin surətlərini iddia ərizəsinə əlavə edib. O, bu barədə hərbi hissə komandirinə rəsmi ərizə ilə müraciət edib. Lakin onlar bu barədə heç bir tədbir görməyiblər. Onlar müqavilə müddətinin bitdiyinə görə işdən azad edilməyini əsas götürürlər. Qeyd edib ki, müqavilənin müddətini artırmaq olardı, çünki onun hələ işləməyə yaşı çatır. Sadəcə olaraq onu işdən azad etmək istədiklərinə görə bəhanə gətiriblər. Ona görə də məcbur olub məhkəməyə müraciət edib.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, hazırki tələb üzrə ilk olaraq Gəncə İnzibati Məhkəməsinə, daha sonra Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, əmək müqaviləsi əsasında işləməsi və hərbi hissənin yerləşdiyi yerə əsaslanaraq digər məhkəmələrdə iddia mahiyyəti üzrə baxılmamış, hazırki tələb üzrə müraciət etmişdir. Əvvəllər müddətdən artıq xidmət edən hərbiçi kimi 26 il xidmət etmiş, daha sonra səhhəti ilə əlaqədar olaraq tədaüdə çıxmışdır. Hərbi hissədə baş verən komandirin özbaşınalığına qulluq vəzifəsini və əsasnaməni bildiyindən tabe olmamış, bu səbəbdən onunla işləmək istəməmişlər.
5. Əvvəlki məhkəmə iclasında iştirak edək cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edir, iddiaçının əmək müqaviləsinin vaxtı bitdiyinə görə işdən azad olunub, ona 15 gün əvvəl işdən çıxarılmasına dair rəsmi xəbərdarlıq edilmişdir. İddiaçı zaman zaman şəxsi heyətlə problemlər yaşasa, pozuntulara yol verilsə də bununla bağlı tərbiyəvi söhbətlər aparılırdı.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməyib. AR MPM-nin 185-ci maddəsinə əsasən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməyiblərsə, məhkəmə onların iştirakı olmadan işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Konstitusiyasının:
35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər:
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 9.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
13. Belə ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2021-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə İddiaçı 3-cü divizionun təsərrüfat manqasının yeməkxana xidmətçisi işinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli 84 nömrəli əmr ilə AR ƏM-nin 68b (müqavilə müddəti bitməsi) əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.
14. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı göndərilmiş bildirişdə əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitdiyi, əmək müqaviləsinin artırılması məqsədə müvafiq hesab edilmədiyi üçün məlumatlandırılması qeyd edilir. Bildiriş “tanış oldum mülki işçi İddiaçı” qeydi ilə imzalanmış, məhkəmə araşdırılması zamanı iddiaçı imzanın ona məxsus olmasını bildirmişdir.
15. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş İddiaçı şəxsi vərəqəsində göstərilir ki, X1 xx.xx.2021-ci il tarixli, N nömrəli əmr ilə N saylı hərbi hissə yeməkxana xidmətisi işinə qəbul edilmiş, işçi barəsində xx.xx.2022-ci il tarixli, 398 nömrəli əmr ilə “26 iyun Silahlı Qüvvələr Günü” münasibəti ilə təşəkkür elan edilmiş, xx.xx.2025-ci il tarixli 128 nömrəli əmr ilə “əmək vəzifələrini kobud surətdə pozması” əsası ilə töhmət verilmişdir.
16. Məhkəmə habelə qeyd edir ki, iddiaçı tərəfindən işdən azad edildiyi tarixdə əmək qabiliyyətinin olmamasına dair iddia irəli sürülmüş, bununla bağlı “əmək qabiliyyətinin olmaması vərəqəsi” SN0669307, SN0776758, SN0871162 nömrəli vərəqələrin kserosurətləri təqdim edilmiş, müvafiq olaraq xəstəlik xx.xx.2024-cü il tarixli vərəqdə “allergik derma”,xx.xx.2025-ci il tarixli vərəqdə “ikitərəfli kəskin otit, xx.xx.2025-ci il tarixli vərəqdə “kəskin bakterial konyuktiv” olaraq qeyd edilmişdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
18. AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda “əmək qabiliyyətinin olmaması vərəqəsi” SN0669307, SN0776758, SN0871162 nömrəli vərəqələr mötəbər sübut kimi qiymətləndirilmir.
19. Məhkəmə təqdim edilmiş iş materiallarını, hər iki tərəfin izahatlarını araşdırıb işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verildiyini iddia edir. Lakin məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış İddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissədə 3-cü divizionun təsərrüfat manqasının yeməkxana xidmətçisi kimi müddətli bağlanmışdır. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin səlahiyyətləri çərçivəsində olduğundan qeyd edilən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Belə halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməsi səbəbindən xitam verilmiş və işəgötürən tərəfindən əmək müqavilənin müddəti uzadılmamışdır. Bu isə əmək qanunvericiliyinin tələblərinə zidd deyildir.
20. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin müddətinin bitdikdən sonra uzadılmaması əmək münasibətlərin təməl priniplərindən olan tərəflərin bərabərliyi və iradə sərbəstliyinin təzahürüdür.
21. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Hüseynzadə