Məhkəmə qərarları › İş №2(066)-1060/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1060/2023

07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1060/2023 07.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nigahın pozulması və aliment tələbinə dair iddiasına Göygöl şəhərində məhkəmənin inzibati binasında 07 avqust 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldırıb Cavabdeh ilə aralarında 15 may 2017-ci il tarixdə Gəncə «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 1003 nömrə ilə qeyd eilmiş nikah akt qeydinin pozulması, 29 yanvar 2020-ci ildə andan olmuş X1 və 30 iyul 2022-ci ildə anadan olmuş X2 hər birinin yetkinlik yaşına çatna kimi saxlanılması üçün sabit məbələğdə hər ay 200 manat olmaqla cəmi 400 manat alimentin, mediyasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ilə 15 may 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 29 yanvar 2020-ci ildə X3 və 30 iyul 2022-ci ildə X4 adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra normal ailə kimi yaşamışlar son vaxtlar münasibətləri pisləşmiş, faktiki olaraq ayrı yaşayırlar. Uşaqlarının hər ikisi onun yanında yaşayır. Artıq ailənin saxlanılmasını mümkün hesab etmir. Odur ki, Cavabdeh ilə aralarında bağlanmış 15 may 2017-ci il tarixli 1003 nömrəli nigah akt qeydinin pozulması, cavabdehdən birgə nigahlarından doğulmuş 29 yanvar 2020-ci ildə andan olmuş X1 və 30 iyul 2022-ci ildə anadan olmuş X2 hər birinin yetkinlik yaşına çatna kimi saxlanılması üçün sabit məbələğdə hər ay 200 manat olmaqla cəmi 400 manat alimentin, mediyasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə 15 may 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 29 yanvar 2020-ci ildə X3 və 30 iyul 2022-ci ildə X4 adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar normal ailə kimi yaşamışlar son vaxtlar münasibətləri pisləşmişdir.Ailənin saxlanılması mümkün olmadığından faktiki olaraq ayrı yaşayırlar. Uşaqlarının hər ikisi iddiaçının yanında yaşayır. Yenidən barışıb bir ailədə yaşamalarını mümkün hesab etmir. 3 ay əvvəl əməlyat olduğunu və iş qbiliyəti olmadığı üçün İddiaçı tələb etdiyi alimenti ödəməyə imkanı olmadığını bildirdi. Odur ki, iddianın boşanma hissəsinin təmin edilməsini alimen hissəsinin isə qismən təmin edilməsini xahiş edir. İşdə olan nigah şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı nigahları 15 may 2017cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1003 sayla qeydə alınmışdır. Nigah bağlandıqdan sonra kişiyə Aşırəliyev, qadına Aşırəliyeva soyadı verilmişdir. İşdə olan doğum şəhadətnaməsinin surətindən görünür ki, 29 yanvar 2020-ci ildə anadan olmuş X3 və 30 iyul 2022-ci ildə anadan olmuş X2 ataları Cavabdeh, anaları isə İddiaçıdır. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023 nömrəli arayışdan görünür ki, İddiaçı nigahın pozulması və aliment tələbi ilə bağlı müraciət etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsinin) 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar iddiaçı təkidlə nigahlarının pozulmasını tələb edir. Cavabdeh isə boşanmağa razıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 12.2-ci maddəsində nikahın pozulmasının qeydə alınması üçün alınmalı olan dövlət rüsumunun miqdarı göstərilmişdir. 12.2.2-ci maddəsinə görə nikah məhkəmə qətnaməsi əsasında pozularkən tərəflərdən dövlət rüsumu alınıb dövlət hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-76, 78-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386(XİV) saylı qətnaməsinə və xx.xx.1989-cu il tarixli Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir validleynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla gündəlik tələbatının artmasını nəzərə alaraq, iddiaçı tərəfindən cavabdehin aylıq pul gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilməsini məqsədə müvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırkı iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamənin aliment tələbinə dair hissəsi dərhal icraya yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 15 may 2017-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1003 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulsun. Tərəflərin birgə nikahlarından 29 yanvar 2020-ci ildə andan olmuş X3 və 30 iyul 2022-ci ildə anadan olmuş X4 anaları İddiaçı yanında saxlanılsınlar. Cavabdeh 29 yanvar 2020-ci ildə andan olmuş X3bun və 30 iyul 2022-ci ildə anadan olmuş X2 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 iyun 2023cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə 170 manat olmaqla cəmi 340 manat aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 23 iyun 2023-cü il tarixdən başlanılsın. Cavabdeh iddiaçının Mediasiya Şurasına ödədiyi 55 manat xidmət haqqı və 50 manat dövlət rüsumu alınıb İddiaçı və 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-23-84 İş № 2(066)-1060/2023 «07» avqust 2023-cü il İddiaçı Göygöl şəh., İsrafil Məmmədov küç., ev 79-a Cavabdeh Göygöl şəhəri Aydın Hacıyev küçəsi ev 56 Məhkəmənin 07 avqust 2023-cü il tarixli 2(066)-1060/2023 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar