Məhkəmə qərarları › İş №2(066)-1062/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1062/2023

21.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1062/2023 21.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi vərəsə tanınma və mirasa mülkiyyət hüququnun verilməsinə dair mülki işə 21 sentyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək özünün 10 oktyabr 1997-ci ildə vəfat etmiş X1nın vərəsəsi hesab edilməsi, 10 oktyabr 1997-ci ildə vəfat etmiş X1nın vəfatından sonra miras qalmış Göygöl rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinin və yaşayış evinin yerləşdiyi 1200.0 kv.m torpaq sahəsini miras əmlak kimi özünün faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi və Göygöl rayonu Şəhriyar kəndində yerləşən X1ndan miras qalmış fərdi yaşayış evinin və yaşayış evinin yerləşdiyi 1200.0 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Ərizəçi tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəməyə müraciət edərək 10 oktyabr 1997-ci ildə vəfat etmiş X1nın vərəsəsi hesab edilməsi, 10 oktyabr 1997-ci ildə vəfat etmiş X1nın vəfatından sonra ondan miras qalmış Göygöl rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinin və yaşayış evinin yerləşdiyi 1200.0 kv.m torpaq sahəsini miras əmlak kimi faktiki olaraq özünün qəbul etməsi faktının müəyyən edilməsi və Göygöl rayonu Şəhriyar kəndində yerləşən X1ndan miras qalmış fərdi yaşayış evinin və yaşayış evinin yerləşdiyi 1200.0 kv.m torpaq sahəsinin özünün mülkiyyətinə verilməsi və adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda tələbini dəqiqləşdirərək özünün 10 oktyabr 1997-ci ildə vəfat etmiş X1nın vərəsəsi hesab edilməsi, 10 oktyabr 1997-ci ildə vəfat etmiş X3 vəfatından sonra ondan miras qalmış Göygöl rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi özünün faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi və Göygöl rayonu Şəhriyar kəndində yerləşən X1ndan miras qalmış fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsi və adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə ərizəçinin tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. 1 saylı Gəncə Regional Maraqlı şəxs2ndə notariat ofisinin notariusu Günay Rzayeva tərəfindən 08 iyul 2023-cü il tarixli, 2046 saylı məktub məhkəməyə daxil olmuşdur. Həmin məktubda Göygöl Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə saat 10:10-da baxılacaq 2(066)-1062/2023 nömrəli mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və bildirmişdir ki, məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazı yoxdur. Ərizəçi məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, atası X17 ilə X1nın birgə nikahlarından 20 avqust 1960-cı ildə doğulmuşdur. Anasının ondan başqa uşağı olmamışdır. X1 10 oktyabr 1997-ci ildə, atası X17 07 aprel 2004-cü ildə vəfat etmişlər. Göygöl rayonu Şəhriyar kəndində yerləşən 1200.0 kvm torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi anası X4 mülkiyyətidir. Anası vəfat etdiyi günə kimi onun Göygöl rayonu Şəhriyar kəndində yerləşən evində özü və ailə üzvüləri birlikdə yaşamışlar. Özünün uşaqlarından iki oğlu Vətən müharibəsində iştirak ediblər və hər ikisi də Qazidir. Anasının vəfatından sonra ondan miras qalmış Göygöl rayonu Şəhriyar kəndində yerləşən 1200.0 kvm torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini anasının yeganə vərəsəsi olaraq yalnız özü faktiki olaraq qəbul etmiş və hal-hazırda da özünün istifadəsindədir. Ozü mirası qəbul edib, halhazırda istifadə etməyinə baxmayaraq, qanun üzrə vərəsəlik hüququnu tanıtdırmaqla vərəsəlik haqqında şəhadətnamə əldə edə bilməmişdir. Bildirir ki, o, mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq notariat ofisinə müraciət edib vərəsəlik şəhadətnaməsi almamışdır. Hazırda notariat ofisinə vərəsəlik şəhadətnaməsi almaq üçün mütaciət etdikdə isə mirası qəbul etmə müddətini ötürdüyündən sənədləri qəbul edilməmişdir. Vərəsəlik işlərini qaydasına salıb miras əmlakı adına rəsmiləşdirə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında ərizəçi Mehmanın onun baldızının oğlu olmasını, mərhum Bəstinin təkcə Mehman adlı oğlu olmasını, Bəsti Ağaməmmədovanın vəfatından sonra ondan miras qalmış mülkdə Ərizəçi yaşamasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahatında özünün Şəhriyar kəndində yaşamasını, X9 adında bir nəfər oğlu olmasını, onun başqa övladının olmamasını, Ərizəçi anası B.Ağaməmmədovanın vəfatından sonra hal-hazıra kimi anasından miras qalmış mülkdə yaşamasını təsdiq etdi. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin 20 fevral 2010-cu il tarixli məktubundan görünür ki, Göygöl rayonunun Şəhriyar kəndində yerləşən mülk Xanlar rayon Notariusunun xx.xx.1990-cı il tarixli 1-97/93 reyestrli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeyd olunmuşdur. Mülkün yaşayış evinin ümumi sahəsi 117.1 kvm, o cümlədən 5 (beş) yaşayış otağı, yaşayış sahəsi 103.1 kvm, bağlı eyvan 14.0 kvm, zirzəmi 67.5 kvm-dir. Həyət tikililəri saray 60.6 kvm, əl damı 10.8 kvm, torpaq sahəsi 1200.0 kvm-dir. İş materiallarında olan 11 iyul 1990-cı il tarixli fərdi yaşayış evinin texniki pasportunun, qeydiyyat şəhadətnaməsinin və sxemasının surətindən görünür ki, Xanlar, (indiki Göygöl) rayonunun Mirzik (inidiki Şəhriyar) kəndində yerləşən mülk Xanlar rayon Notariusunun xx.xx.1990-cı il tarixli 1-97/93 reyestrli alqı-satqı müqaviləsinə əsasən X3 adınadır. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli arayışdan görünür ki, 14 iyun 2023cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, 1938-ci il təvəllüdlü X6 aid nikah haqqında akt qeydi aşkar edilməmişdir. B.Ağaməmmədova öldüyü xx.xx.1997-ci il tarixədək subay olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 avqust 1960-cı il təvəllüdlü Ərizəçi anası X7r. İş materiallarında olan Xanlar (Göygöl) rayon İHB-nın Şəhriyar kənd nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 1997-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 oktyabr 1997-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhər Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş 17 aprel 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 07 aprel 2004-cü il tarixdə ölmüşdür İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X8 10 oktyabr 1997-ci il tarixdə Göygöl rayonunun Şəhriyar kəndində vəfat etmişdir və ölən bir günədək Göygöl rayonunun Şəhriyar kəndində qeydiyyatda olub yaşamışdır. Mərhumun ölümündən sonra sağ qalan ailə üzvü oğlu Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 iyul 2023cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi anası vəfat etdikdən sonra hal-hazıra kimi Göygöl rayonunun Şəhriyar kəndində anasına məxsus fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 sentyabr 2023-cü il tarixdə Ərizəçi verilmiş arayışdan görünür ki, mərhum X1 10 oktyabr 1997-ci il tarixdə Göygöl rayonunun Şəhriyar kəndində vəfat etmişdir və ölən bir günədək Göygöl rayonunun Şəhriyar kəndində qeydiyyatda olub yaşamışdır. Mərhumun ölümündən sonra sağ qalan ailə üzvü oğlu Ərizəçidur. Ərizəçi anasının sağ vaxtı və ölümündən sonar halhazıra kimi mərhum anasına məxsus Şəhriyar kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Mərhumun başqa övladının olub-olmaması barədə Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 19 iyun 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, müraciətə cavab olaraq ona bildirilmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, mirasın qəbulu müddəti keçirilmişdir. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, Gəncə şəhəri Puşkin küçəsi ev 18 də qeydiyyatdadır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Göygöl rayonunun Şəhriyar kəndində yerləşən fərdi yaşayış evi Xanlar (Göygöl) rayon Notariusunun xx.xx.1990-cı il tarixli 1-97/93 reyestrli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeyd olunmuşdur. Ərizəçinın mərhum X1 10 oktyabr 1997-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra ərizəçi onun yeganə vərəsəsi qalmışdır. Ərizəçi miras açılandan sonra qanunla müəyyən edilmiş müddətdə mərhum B.Ağaməmmədovadan qalan mirasın qəbulu ilə bağlı notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsi almamışdır. O, mülkiyyət hüququnun əmələ gəldiyi andan mərhum anası B.Ağaməmmədovadan miras qalmış Göygöl rayonunun Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinə sahiblik edir. Odur ki, Ərizəçi mərhum X1nın vərəsəsi hesab edilməsinə, anasından miras qalmış Göygöl rayonunun Şəhriyar kəndində yerləşən fərdi yaşayış evini miras əmlak kimi özünün faktiki olaraq qəbul etməsi faktınnı müəyyən edilməsinə və Göygöl rayonunun Şəhriyar kəndində yerləşən anası B.Ağaməmmədovadan miras qalmış fərdi yaşayış evinin özünün mükiyyətinə verilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ərizəçi 10 oktyabr 1997-ci ildə vəfat etmiş X1nın vərəsəsi hesab edilməli, 10 oktyabr 1997-ci ildə vəfat etmiş X2 miras qalmış Göygöl rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi Ərizəçi qəbul etməsi faktı müəyyən edilməli və Göygöl rayonu Şəhriyar kəndində yerləşən X2 miras qalmış fərdi yaşayış evi Ərizəçi mülkiyyətinə verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Ərizəçi 10 oktyabr 1997-ci ildə vəfat etmiş X1nın vərəsəsi hesab edilsin. 10 oktyabr 1997-ci ildə vəfat etmiş X2 miras qalmış Göygöl rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinə dair miras əmlakı Ərizəçi qəbul etməsi faktı müəyyən edilsin. Göygöl rayonu Şəhriyar kəndində yerləşən X2 miras qalmış fərdi yaşayış evi Ərizəçi mülkiyyətinə verilsin və bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar