Məhkəmə qərarları › İş №2(066)-1069/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1069/2024

29.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1069/2024 29.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı «26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı «26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrlərin ləğv edilməsi tələbinə dair» məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan 26 avqust 2014-cü il tarixli, 16 nömrəli əmrin və onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edib verdiyi izahatında göstərdi ki, İddiaçı 01 yanvar 2005-ci il tarixdən Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən “8 Mart” tam orta məktəbinə kitabxanaçı vəzifəsinə bərpa edilmişdir. 15 sentyabr 2005-ci il tarixdən isə ixtisası üzrə həmin məktəbə sinif müəllimi vəzifəsinə təyin edilmişdir və hal-hazırda da həmin məktəbdə sinif müəllimi vəzifəsində işləyir. Ancaq onun xəbəri olmadan cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 26 avqust 2014-cü il tarixli, 16 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmri ilə onun müvvəqəti olaraq işdə saxlanması qərara alınmışdır. Hesab edir ki həmin əmrlər qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Halbu ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Ancaq onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndində götərilən hallar isə yoxdur. Həmçinin hesab edir ki, İddiaçı barəsində verilmiş onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014cü il tarixli 19 nömrəli əmrdə qanunsuz olmasına görə ləğv edilməlidir. Belə ki, onun işi daimi olmaqla 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin verilməsinə əsas olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və göstərdi ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 14 yanvar 2002-ci il tarixli 45(a) nömrəli “Pedoğoji işə qəbul prossesinin tənzimlənməsi” barədə sərancamında təhsil müəssislıərində saxta təhsil sənədləri ilə işə qəbul edilmə hallarının aradan qaldırılması tələb edilmişdir. İddiaçı Göygöl rayonu “8 Mart” tam orta məktəbinin 15 sentyabr 2005-ci il tarixli əmrinə əsasən həmin məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. O, həmin vaxtı Azərbaycan Respublikası X4 filalının 3-cü kursunda təhsil alması qeyd edilmişdir. İddiaçı 2013-cü il tarixdə tələb edilməsinə baxmayaraq diplomunun notarial qaydada təsdiqlənməsini təsdiq edən surətini təqdim etmədiyinə görə onun diplomunun saxta oması şühbəsi yaranmış və məktəbin drektorunun sorğuları əsasında isə İddiaçı test imtahanlarından keçməməsi, Gürcüstan Respublikası Aqrar Universtetindən Azərbaycan Respublikası X4 filalının 2-ci kursuna göcürülmə yolu ilə qəbul edilməsi müəyyən edilmişdir. Gürcüstan Respublikası Aqrar Universtetinə edilmiş sorğu zamanaı isə İddiaçı orada oxumaması məlum olmuşdur. Ona görə də Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektoru tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmr qəbul edilmişdir. Ancaq hüquq mühafizə orqanlarında İddiaçı məxsus olan diplomla bağlı araşdırma getdiyinə görə Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektoru tərəfindən onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmr qəbul edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxx 1985-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş B seriyalı 140492 nömrəli Diplomun surətindən məlum olur ki, İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası X4 filalını “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bitirmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmrinin surətindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən 26 avqust 2014-cü il l tarixdən məktəbin müəllimliyindən azad edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrinin surətindən məlum olur ki, İddiaçı diplom işi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş məktuba cavab alınandək 15 sentyabr 2014-cü il tarixdən müddətli əmək müqavuləsi ilə işə buraxılması qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 17 oktyabr 2013-cü il tarixli məktubundan məlum olur ki, İddiaçı 2002-2005-ci illər ərzində 3-cü qrup üzrə keçirilmiş test imtahanlarında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası X4 filalının 28 dekabr 2013-cü il tarixli məktubundan məlum olur ki, Məmmədova X1 Respublikası Aqrar Universtetindən Azərbaycan Respublikası X4 filalının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə 2-ci kursuna göcürülmə yolu ilə qəbul edilmiş və 2008-ci ildə oranı bitirmişdir. Mülki işə əlavə edilmiş Gürcüstan Respublikası Aqrar Universtetinin məktubundan məlum olur ki, Məmmədova X1 Respublikası Aqrar Universtetinin “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsinə qəbul edilməmişdir. Mülki işə əlavə edilmiş 10 oktyabr 2014-cü il tarixli Əmək Müqaviləsi bağlnması ilə bağlı Əmək Müqaviləsi bildirişindən məlum olur ki, İddiaçı 15 sentyabr 2014-cü il tarixli Göygöl rayonu “8 Mart” tam orta məktəbində 15 sentyabr 2014-cü il tarixli müddətli əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyir. Mülki işə əlavə edilmiş 16 oktyabr 2017-ci il tarixli Əmək Müqaviləsi bağlnması ilə bağlı Əmək Müqaviləsi bildirişindən məlum olur ki, İddiaçı Göygöl rayonu “8 Mart” tam orta məktəbində 15 sentyabr 2014-cü il tarixli, müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyir. Mülki işə əlavə edilmiş “ilkin mediasiya sessiyasında sonra prossesin davam etdirilə bilməməsi barədə” ayarışdan görünür ki, 15 iyul 2024-cü il tarixində təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər mediasiya prosessini davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı tərəfindən 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci fərdi ödəmişdir. Tərəflərə müvafiq bildirişlər göndərilmişdir. Beləliklə məhkəmə iclsasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı 01 yanvar 2005-ci il tarixdən Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən “8 Mart” tam orta məktəbinə kitabxanaçı vəzifəsinə bərpa edilmişdir. 15 sentyabr 2005-ci il tarixdən isə ixtisası üzrə həmin məktəbə sinif müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası X4 filalını “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bitirmiş, bu barədə ona B seriyalı 140492 nömrəli Diplom da verilmişdir. Cavabdeh “8 Mart” tam orta məktəbinin drektorun qeyd edilən diplomun saxta olması şühbəsi ilə 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən 26 avqust 2014-cü il l tarixdən məktəbin müəllimliyindən azad etmiş və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrinə əsasən isə onun 15 sentyabr 2014-cü il tarixdən müddətli əmək müqavuləsi ilə işə buraxılmasını müəyyən etmişdir. Ancaq hüquq mühafizə orqanlarında aparılan araşdırma zamanı isə İddiaçı məxsus olan B seriyalı 140492 nömrəli Diplomun saxta olması öz təsdiqini tapmamışdır. İddiaçı yuxarıda qeyd edilən əmrlər barəsində məlumat verilməmişdir. Cavabdeh tərəfindən isə belə məlumatın verilməsi barədə subut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin «b» bəndində göstərilir ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “C” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin, adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi: - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi qeyd edilən əmrlərin verilməsi üçün qanuni əsas olmamaışdır. Həmçinin həmin əmrlərdə də belə əsaslar qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmasına görə təmin edilməli iddia əsaslı olmasına görə təmin edilməli, Göygöl rayonu “8 Mart” tam orta məktəbinin 26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmamasına görə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı «26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin ləğv edilməsi tələbinə dair» iddiası təmin edilsin. Cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verilməsinə dair 26 avqust 2014-cü il tarixli 16 nömrəli əmri və İddiaçı müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014cü il tarixli 19 nömrəli əmri ləğv edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar