Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1077/2025 16.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, Maraqlı şəxs2 İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi “daşınar əşyanın sahibsiz hesab edilməsi və Maraqlı şəxs1 mülkiyyətinə verilməsi” tələbinə dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. 23 dekabr 2024-cü il tarixli Göygöl rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilən cinayət işinin rədd edilməsi haqqında qərardan Göygöl rayonu Yeni zod kəndi ərazisində X6 boru kəsdiyinin Göygöl RPŞ Sarısu PB-nin polis əməkdaşlarının müəyyən etdiyini, bu barədə qanuni araşdırılma aparılması üçün dəvət olunduğu, yekun olaraq X6 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyi görünür. Bundan sonra X20 Sistemləri İstismarı İdarəsi tərəfindən Göygöl Rayon Prokuroruna ərizə ünvanlanaraq Göygöl RPŞ TB aparılan araşdırma üzrə 4 ədəd 2 metrlik 159 diametri aşkar olunmuş və sahibsiz qalan boruların sahibsiz elan edilməsi və idarənin balansına verilməsinə köməklik edilməsi xahiş edilmişdir.
Məhkəmədə icraat:
2. Ərizəçi Maraqlı şəxs1 olmaqla“daşınar əşyanın sahibsiz hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar zamanı saxlanılması üçün Göygöl rayon polis şöbəsinə təhvil verilmiş 4 ədəd 2 metrlik dəmir boru Maraqlı şəxs1 mülkiyyətinə verilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Polis Şöbəsinin Sarısu PB-nin polis nəfərləri Eltun Qurbanov və Əlizamin Niftəliyev raportla məruzə edərək, xx.xx.2024cü il tarixdə saat 11:40-da rayonun Yeni Zod kənd ərazisində xidmətdə olarkən hərəkətdə olan Vaz 2106 markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 4 ədəd 2 metrlik dəmir borular gördüklərini, həmin boruların oğurluq şübhəsi olduğu üçün avtomobili saxlatdırdıqlarını və avtomobilin içərisində olan X9 və sərnişin X10 bölməyə dəvət etdiklərini bildirmiş və müvafiq məlumat əsasında Göygöl RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Araşdırma müddətində dəmir boruların aşkar edildiyi yerə baxış keçirilərək, fotoşəkillər çəkilərək protokol tərtib edilmiş və ilkin digər zəruri hərəkətlər icra edilmişdir. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün araşdırma aparılmışdır. Material üzrə izahatı alınmış, X13 bildirmişdir ki, Göygöl rayon Yeni Zod kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur və izahat verməyinin səbəbi ona məlumdur. Həmçinin əlavə etmişdir ki, özünə məxsus yaşayış evinin qarşısında boş sahədə Sovetin vaxtında istifadəsiz dəmir borular vardır və həmin borulara heç kim sahib çıxmır. O da həmin boruların sahibsiz olduğunu zənn edərək həmin boruları kəsib salmaq qərarına gəlmişdir. Hüseyn Aşurov xx.xx.2024-cü il tarixdə bəmin boruları kəsmək istəyərkən (Göygöl RPŞ-nin Sarısu PB- nin polis əməkdaşları onu yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Əlavə etmişdir ki, onun bəmin boruları oğurlamaq niyyəti olmamışdır, sahibsiz olduğu üçün götürmək istəmişdir. Material üzrə izahatı alınmış X5 bildirmişdir ki, Gəncə şəhər Yeni Qəsəbədə yaşayır, rəsmi olaraq Göygöl RPŞ-nin Sarısu PB-də polis nəfəri işləyir İzahat verməyinin səbəbi ona məlumdur. xx.xx.2024-cü il tarixdə, iş yoldaşı, Göygöl RPŞ-nin Sarısu PB-nin polis nəfəri, polis kiçik serjantı Eltun Qurbanovla birlikdə Göygöl rayon Yeni Zod kəndində xidmətdə olarkən Göygöl rayon Yeni Zod kənd sakini X6 boş sahədə torpaq sahəsində olan boruları kəsdiyini görmüşlər. Bundan sonra onlar özlərini təqdim edərək X21 PB-nə dəvət etmişlər. Material üzrə izahatı alınmış, X16 bildirmişdir ki, Gəncə şəhər Yeni Qəsəbəsədə yaşayır, rəsmi olaraq Göygöl RPŞ-nin Sarısu PB-də polis nəfəri işləyir. İzahat verməyinin səbəbi ona məlumdur. xx.xx.2024-cü il tarixdə iş yoldaşı, Göygöl RPŞnin Sarısu PB-nin polis nəfəri, polis serjantı Əlizamin Niftəliyevlə birlikdə Göygöl rayon Yeni Zod kəndində xidmətdə olarkən Göygöl rayon Yeni Zod kənd sakini X6 boş sahədə torpaq sahəsində olan boruları kəsdiyini görmüşlər. Bundan sonra onlar özlərini təqdim edərək X21 PB-nə dəvət etmişlər. X15 kəsdiyi boruların qiymətləndirilməsi üçün X28 İstismar idarəsinin Göygöl X22 məktubla sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq X28 İstismar İdarəsinin Göygöl X17 cavab olaraq bildirilmişdir ki, Göygöl rayon Yeni Zod kəndi ərazisindən Çaykənd kəndi istiqamətinə gedən 159 mm-lik metal qaz boru xətti 2015-ci il tarixdə yeni 219 mm-lik metal boru xətti ilə əvəz olunmuşdur. Yeni çəkilmiş 219 mm-lik metal boru xəttinin keçən hissələri üzrə 159 mm-lik qaz xətti demontaj olunaraq “Azəriqaz" İB-nə təhvil verilmişdir. Ancaq ərazidə bəzi yerlərdə qaz xəttinin demontaj olunmasına şərait yaradılmayan və ya demontaj olunması mümkün olmayan hissələrdə 159 mm-lik metal qaz boru xətti ərazidə qalaraq həmin dövrdə aktlaşdırma aparılmışdır. Ona görə də qalıq borulara xidmət sahələri üzrə qiymətləndirmə verilməsi mümkün olmamışdır. Araşdırma zamanı əməldə cinayət tərkibi müəyyən edilmədiyindən təhqiqatçı Elməddin Kamalov tərəfindən tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında 23 dekabr 2024-cü il tarixli qərar qəbul edilmiş, aşkar olunmuş diametri 159 mm olan 4 ədəd 2 metrlik dəmir boru Göygöl rayon Polis Şöbəsinin maddi sübut otağına təhvil verilmişdir.
5. Məhkəmə icraatı zamanı Maraqlı şəxs2 İB tərəfindən ərizə təqdim edilərək iş üzrə maraqlı şəxs qismində cəlb olunmağı xahiş etmişlər. Məhkəmə icraatı üzrə Maraqlı şəxs2 İB maraqlı şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 İB nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, söhbəti gedən boru X8nə aiddir. Prokurorluqdan boruların götürülməsi ilə bağlı zəng gəlmişdir. Xidməti ərazidə olan əməkdaşlarla əlaqə saxlanılsa da, onların işləri çox olduğundan onlar bunu çatdıra bilməyəcəklərini dedilər. X7 birliyinə aiddir. Ərizənin təmin edilməməsini xahiş etdi. 7.Ərizəçi nümayəndəsi Nümayəndə3 əvvəlki məhkəmə iclasında ərizənin təmin olumasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Göygöl Rayon Polis şöbəsinin təhqiqat bölməsində toplanmış material üzrə müəyyən borular aşkar edilmişdir. Həmin boruların hansı quruma aid olması yaxud sahibsiz hesab edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Həmin dövrdə Maraqlı şəxs2 İB-nin nümayəndəsi ilə əlaqə yaradılmağa çalışılmışdır. Bildiriş və yaxud hər hansı rəsmi sənəd daxil olmadığından həmin boruların Su Meliorasiya İdarəsinə verilməsini təklif etmişlər.
8. Ərizəçi nümayəndəsi tərəfindən məhkəmə elektron qaydada ərizə göndərilərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçənin nümayəndəsinin və Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Konstitusiyası:
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 306.3. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: 306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
12. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
13. Belə ki, Göygöl Rayon Prokuroru, baş ədliyyə müşaviri Rəsul Həsənov məhkəməyə ərizə ilə müraciət edərək Göygöl rayon Polis şöbəsində aparılmış araşdırılma zamanı əldə edilərək Göygöl rayon Polis şöbəsinə təhvil verilən 4 ədəd 2 metrlik dəmir borunun sahibsiz hesab edilməsi və Maraqlı şəxs1 mülkiyyətinə verilməsini məhkəmədən xahiş etmişdir.
14. İş materialına əlavə edilən X6 Göygöl rayon Polis şöbəsinə verilmiş izahatında bildirmişdir ki, Göygöl rayon Yeni Zod kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur və izahat verməyinin səbəbi ona məlumdur. Həmçinin əlavə etmişdir ki, özünə məxsus yaşayış evinin qarşısında boş sahədə Sovetin vaxtında istifadəsiz dəmir borular vardır və həmin borulara heç kim sahib çıxmır. O da həmin boruların sahibsiz olduğunu zənn edərək həmin boruları kəsib salmaq qərarına gəlmişdir. Hüseyn Aşurov xx.xx.2024-cü il tarixdə həmin boruları kəsmək istəyərkən (Göygöl RPŞnin Sarısu PB-nin polis əməkdaşları onu yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Əlavə etmişdir k, onun həmin boruları oğurlamaq niyyəti olmamışdır, sahibsiz olduğu üçün götürmək istəmişdir.
15. X1 rayon Polis şöbəsinə verilmiş izahatında bildirmişdir ki, Gəncə şəhər Yeni Qəsəbədə yaşayır, rəsmi olaraq Göygöl RPŞ-nin Sarısu PB-də polis nəfəri işləyir, izahat verməyinin səbəbi ona məlumdur. xx.xx.2024-cü il tarixdə, iş yoldaşı, Göygöl RPŞ-nin Sarısu PB-nin polis nəfəri, polis kiçik serjantı Eltun Qurbanovla birlikdə Göygöl rayon Yeni Zod kəndində xidmətdə olarkən Göygöl rayon Yeni Zod kənd sakini X6 boş sahədə torpaq sahəsində olan boruları kəsdiyini görmüşlər. Bundan sonra onlar özlərini təqdim edərək X21 PB-nə dəvət etmişlər.
16. X2 rayon Polis şöbəsinə verilmiş izahatında bildirmişdir ki, Gəncə şəhər Yeni Qəsəbədə yaşayır, rəsmi olaraq Göygöl RPŞ-nin Sarısu PB-də polis nəfəri işləyir. İzahat verməyinin səbəbi ona məlumdur. xx.xx.2024-cü il tarixdə, iş yoldaşı, Göygöl RPŞ-nin Sarısu PB-nin polis nəfəri, polis serjantı Əlizamin Niftəliyevlə birlikdə Göygöl rayon Yeni Zod kəndində xidmətdə olarkən Göygöl rayon Yeni Zod kənd sakini X6 boş sahədə torpaq sahəsində olan boruları kəsdiyini görmüşlər. Bundan sonra onlar özlərini təqdim edərək X21 PB-nə dəvət etmişlər.
17. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 dekabr 2024-cü il tarixli qərara əsasən X6 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
18. Məhkəmə qeyd edir ki, hazırki halda ilkin araşdırılmalı hal sahibsiz hesab olunması tələb olunan daşınar əşya üzərində mülkiyyət hüququnun mövcud olubolmamasıdır.
19. Təqdim edilən X28 İstismar İdarəsinin Göygöl X22 cavab olaraq məktubunda bildirilmişdir ki, Göygöl rayon Yeni Zod kəndi ərazisindən Çaykənd kəndi istiqamətinə gedən 159 mm-lik metal qaz boru xətti 2015-ci il tarixdə yeni 219 mm-lik metal boru xətti ilə əvəz olunmuşdur. Yeni çəkilmiş 219 mm-lik metal boru xəttinin keçən hissələri üzrə 159 mm-lik qaz xətti demontaj olunaraq “Azəriqaz" İB-nə təhvil verilmişdir. Ancaq ərazidə bəzi yerlərdə qaz xəttinin demontaj olunmasına şərait yaradılmayan və ya demontaj olunması mümkün olmayan hissələrdə 159 mm-lik metal qaz boru xətti ərazidə qalaraq həmin dövrdə aktlaşdırma aparılmışdır. Ona görə də qalıq borulara xidmət sahələri üzrə qiymətləndirmə verilməsi mümkün olmamışdır.
20. X28 İstismarı İdarəsinin rəisi tərəfindən Göygöl rayon polis şöbəsinin polis polkovnik leytenantı, Samir Rüstəmova ünvanlanmış 02 iyun 2025-ci il tarixli məktubda bildirilir ki, Göygöl rayonu, Yeni Zod kəndində yaşayan X6 yaşadığı mənzilin həyətindən yerləşən dəmir boruları satmaq istəyərkən polis əməkdaşları tərəfindən aşkarlanması və həmin boruların "Azəriqaz” İstehsalat Birliyinə məxsus olması barədə məlumat verilməsi bildirilmişdir. Göygöl rayonu, Yeni Zod kənd ərazisindən Çaykənd kəndi istiqamətində gedən 159 mm-lik metal qaz boru xətti 2015-ci ildə yeni 219 mm-lik metal boru xətti iə əvəz olunmuş və yeni çəkilmiş qaz xətinin keçən hissələri üzrə 159 mm-lik qaz xətti demontaj olunaraq Maraqlı şəxs2 İstehsalat Biriyinə təhvil verilmişdir. Ancaq ərazidə bəzi yerlərdə qaz xəttinin demontaj olunmasına şərat yaradılmadığı üçün demontaj olunmayan hissələrdə 159 mm metal qaz boru xəttinin ərazidən çıxarılması mümkün olmamışdır. Yuxarıda qeyd olunan 159 mm-lik metal qaz boru xəttinin X8 X28 İstismar İdarəsinə məxsus olmasını nəzərə alaraq sökülmüş qaz xəttinin X28 İstismarı İdarəsinin anbarına təhvil verilməsinə köməklik göstərilməsini xahiş etmişdirlər.
21. X28 İstismarı İdarəsinin rəisi tərəfindən Göygöl rayon Məhkəməsinə ünvanlanmış məktubda bildirilir ki, Göygöl rayonu, Yeni Zod kəndində yaşayan X6 yaşadığı mənzilin həyətindən yerləşən dəmir boruları satmaq istəyərkən polis əməkdaşları tərəfindən aşkarlanması və həmin boruların "Azəriqaz” İstehsalat Birliyinə məxsus olması barədə məlumat verilməsi bildirilmişdir. Göygöl rayonu, Yeni Zod kənd ərazisindən Çaykənd kəndi istiqamətində gedən 159 mm-lik metal qaz boru xətti 2015-ci ildə yeni 219 mm-lik metal boru xətti ilə əvəz olunmuş və yeni çəkilmiş qaz xətinin keçən hissələri üzrə 159 mm-lik qaz xətti demontaj olunaraq Maraqlı şəxs2 İstehsalat Biriyinə təhvil verilmişdir. Ancaq ərazidə bəzi yerlərdə qaz xəttinin demontaj olunmasına şərat yaradılmadığı üçün demontaj olunmayan hissələrdə 159 mm metal qaz boru xətinin ərazidən çıxarılması mümkün olmamışdır. Yuxarıda qeyd olunan 159 mm-lik metal qaz boru xəttinin X8 X28 İstismar İdarəsinə məxsus olmasını nəzərə alaraq sökülmüş qaz xəttinin X28 İstismarı İdarəsinin anbarına təhvil verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Lakin maraqlı şəxs kimi su meliorasiya sistemlərinin istismarı idarəsi qeyd edilərək X28 İstismarı İdarəsinə məxsus boru sahibsiz elan edilmişdir. Mülki işə baxılıb hüquqi qiymət verilməsini xahiş etmişdirlər.
22. Daşınar əşyalar üzərində mülkiyyət (tam əşya) hüququ və onun realizəsini Mülki Məcəllənin 181-ci və 182-ci maddələri ilə tənzimlənir. Odur ki, həmin normaların dispozisiya şərtləri ilə hazırkı işin faktiki halları arasındakı uyğunluq təhlil edilməlidir.
23. Məhkəmə bildirir ki, daşınar əşyaya mülkiyyətin qazanılması üçün aşağıdakı şərtlər təsbit olunmalıdır: 1) tərəflər arasında razılaşma; 2) əşyanın əldə edənin sahibliyinə verilməsi; 3) əşyanı sahibliyə verən şəxsin buna səlahiyyətinin olması; 4) belə səlahiyyəti olmadıqda, əldə edənin vicdanlı olması.
24. İkinci şərt - əşyanın əldə edənin sahibliyinə verilməsi Mülki Məcəllənin 181.1-ci maddəsində belə əks olunmuşdur: “Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir”
25. Qanuna əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
26. Sahibliyin verilməsini Mülki Məcəllənin 163.1, 163.2 və 181.2-ci maddələri tənzimləyir. Həmin normalara görə, “sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi” Daşınar əşyanın mülkiyyətçisinin kim olması ilə bağlı qanuni prezumpsiya (ehtimal) vardır. Belə ki, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (MM-in 166.1-ci maddəsinin birinci cümləsi).
27. Mülki Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz.
28. Göründüyü kimi, bu hallar daha çox obyektiv vəziyyətdən irəli gələn halları ehtiva edir. Bu halları aşağıdakı kimi qruplaşdırmaq olar: - əşyanın mülkiyyətçinin sahibliyindən iradəsinə zidd şəkildə çıxması. Bu istənilən formada ola bilər – oğurluq, soyğunçuluq, digər talama formaları, itirmə və s.
29. Hazırki halda sahibsiz hesab olunması irəli sürülən Göygöl RPŞ-də aparılan təhqiqat zamanı təqdim edilən 4 ədəd 2 metrlik 159 diametri olan borular Maraqlı şəxs2 İB-nin mülkiyyətində olmuş, ilkin olaraq X6 əməli nəticəsində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaranmış, bundan sonra faktiki sahibliyinə daxil edə bilməmişlər.
30. Məhkəmə araşdırılması zamanı Maraqlı şəxs2 İB maraqlı şəxs qismində cəlb edilmiş, ərizənin predmeti olan daşınar əşya üzərində hüquqlarının olmasını iddia etmiş, bu hal iş materialları ilə təsdiqini tapmışdır.
31. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50,306, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi “daşınar əşyanın sahibsiz hesab edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə