Məhkəmə qərarları › İş №2(066)-1089/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1089/2024

09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1089/2024 09.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu, ərizəçilər Ərizəçi1 və qeyrilərinin “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və qeyriləri “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və qeyriləri ərizəyə dövlət rüsumunun ödənilməsinə dair qəbz və ya məcburi köckün olmalarına dair sənəd (vəsiqə) əlavə etməmişdir. Halbu ki, o, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikas Qanuna əsasən 100 (bir yüz) manat dövlət rüsumu ödəməli idi. Ərizəçilər Ərizəçi1 və qeyriləri ərizəyə həmçinin doğum və ölüm haqqında şəhadətnamələrin və “Torpağın mülkiyyətə verilməsinə dair” 336F nömrəli (KOD ********) nömrəli şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətlərini deyil kserosurətlərini əlavə etmişlər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən geri qaytarılmalıdır. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilməyən iddia ərizələrində 100 (bir yüz) manat dövlət rüsumu ödənilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də hesab edirəm ki, hazırkı iddia ərizəsinə görə iddiaçı X1 müəyyənn edilmiş qaydada dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçilərə izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və qeyrilərinin “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilər Ərizəçi1 və qeyrilərinə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar