Məhkəmə qərarları › İş №2(066)-1098/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1098/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1098/2025 23.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı “Bank Respublika ASC-nin adına olan 1,70 ha torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı “Bank Respublika ASC-nin adına olan 1,70 ha torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə tələbi üzrə öhdəlik müddəti başa çatdığından və iş xitam olduğundan Cavabdeh2 ASC-nin adına olan 1,70 ha torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçıların və cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən məlumatlar qeyd edilməmiş, bu səbəbdən məhkəmə tərəfindən iddiaçılar və cavabdehlərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddia ərizəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu ödənilməmiş və ya ödənilmiş dövlət rüsumu qəbzi iddia ərizəsinə əlavə olunmamışdır. Bununla da iddiaçı məhkəməyə iddia ərizəsini verərkən iddia ərizəsinin forma və məzmununa riayət etməməklə, habelə iddia ərizəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 150.1.2-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda qeyd olunur ki, iddia ərizəsi məzmunundan iddiaçıların hüquqi marağını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddia ərizəsində ilkin halda Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 22 may 2012-ci il tarixli, 8(043)-97/2012 nömrəli qərardadı ilə edilmiş “1,70 ha torpaq sahəsinin daş sexinə aid olması, eyni zamanda əmlak satıldıqdan sonra mülkiyyətindən çıxarılması” qətnaməyə düzəliş edilməsinə dair qərardadından və bu əsaslan aparılmış icra işindən narazı qalınması müəyyən edilir.Belə olan halda hazırki iddia icraatı qaydasında verilmiş tələb ilə mübahisələndirilən hallar arasında uyğunsuzluq yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Odur ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı “Bank Respublika ASC-nin adına olan 1,70 ha torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar