Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-11/2024 04.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-yə qarşı qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-nin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı İddiaçı «X2 Xidməti» MMC-yə qarşı iddiasının təmin edilməməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-yə qarşı qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl rayon Qızılca kəndi ərazisində yerləşən və mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə cavabdeh şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Qeyd olunan cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İlkin iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl rayon Qızılca kəndi ərazisində mülkiyyətində 0.02 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi var. Qeyd olunan torpaq sahəsi qanuni və əsaslı olaraq iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq mülkiyyətindən istifadəyə maneçilik törədilir. Belə ki, iddiaçı torpaq sahəsində tikinti işləri aparmaqla mülkiyyət hüququndan istifadə etmək istəyir, lakin cavabdeh orqanın əməkdaşları gələrək maneçilik törədir. Səbəb kimi isə guya torpaq sahəsinin Respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağına düşməsi qeyd olunur. Halbu ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə aid yol Respublika əhəmiyyətli yox, yerli əhəmiyyətli avtomobil yoludur ki, bununla da iddiaçıya məxsus torpaq sahəsi ilə yolun mühafizə zolağı arasındakı məsafə 15 metrdən çoxdur. Yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Göründüyü kimi hazırda iddiaçıya məxsus torpaq sahəsi Gəncə-Daşkəsən rayonunu birləşdirən yerli əhəmiyyətli yolun ətrafında yerləşir ki, həmin yolun mühafizə zolağı 12,5 metr təşkil edir. Odur ki, cavabdehin iddiaçının qanuni mülkiyyətində olan mülkdən istifadə etməyə maneçilik törətməsi onu mülkiyyət hüququndan mərhum edir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə hüquqlarını müdafiə etdiyi İddiaçı Azərbaycan X1rşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarıılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC tərəfindən məhkəməyə çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Həmin ərizədə göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi və yaradılan maneənin qadağan edilməsi tələbinə dair cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "X2 Xidməti" MMC-yə qarşı Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsi məhkəmənin icraatındadır. Bildirilir ki, iddia ərizəsi ilə razılaşmırlar və qarşılıqlı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edirlər. Belə ki, vətəndaş İddiaçı R-20 Gəncə-Daşkəsən respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşən 0,02 ha torpaq sahəsinə verilmiş ********** nömrəli, 26.09 2017-ci il tarixli çıxarış qanunvericiliyin tələblərinə ziddir. Hesab edirlər ki, mübahisələndirilən çıxarış verilərkən qanunvericiliyin aşağıda qeyd olunan tələbləri pozulmuşdur. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından mövcud qanunvericiliyə əsasən "X5" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı mülkiyyətinə verilmiş ********** nömrəli 26.09 2017-ci il tarixli çıxarışa əsasən R-20 indeksli Respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunda 0.02 ha torpaq sahəsinin avtomobil yolunun qorunma və mühafizə zolağına düşməsi müəyyən edilmişdir. Bununla da İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli Qərarını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin və X5 Azərbaycan Respublikasının Qanununun 17-ci maddələrinin tələblərini kobud surətdə pozur. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı mülkiyyətinə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən hesab edirlər ki, iddia ərizələri əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 izahatında ilkin iddiadan imtina etmələrini, qarşılıqlı iddianın isə əsassız olmasına görə təmin edilməməsini, mütəxəssis rəyində anlaşılmazlıq olmasını, iddiaçının özünə məxsus olan torpaq sahəsinə dair çıxarış almasını, mütəxəssis rəyində düzgün qeyd edilməməsini, rəyin natamam yazılmasını, ona görə də ilkin iddianın baxılmamış saxlanmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə olunmuş və ekspert qarşısında
1. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi yolların qorunma zonasına (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma zolağı) düşürmü? əgər həmin torpaq sahəsi qorunma zonasına düşürsə, düşən torpaq sahəsinin ölcüsü və koordinat döngə nöqtələri mütəxəssis rəyində əlavə edilməklə sxemdə göstərilməsi barədə sual qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1399/2024 nömrəli mütəxəssis rəyinə əsasən araşdırmanın nəticəsi olaraq qeyd edilənlər müəyyən olunmuşdur. Daxil olmuş mülki iş materialları və istifadələrində olan elektron baza materiallarında, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsinin yaxınlığından keçən asfalt yolun mühafizə zonası barədə məlumat aşkarlanmadı. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında, Avtomobil və şosse yolu olmaqla infrastruktur sahəyə aid ərazidə yerləşir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və qarşılıqlı iddia ərizəsini, mütəxəssis rəyini və həmçinin mülki iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. Lakin Mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi və mülkiyyətində olan 0.02 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında, Avtomobil və şosse yolu olmaqla infrastruktur sahəyə aid ərazidə yerləşir. Belə olan halda qarşılıqlı iddia əsaslı hesab edilərək təmin edilməli və İddiaçı mülkiyyətinə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları X7- Daşkəsən avtomobil yolunun 3-cü km-də sol tərəfdə 0.02 ha torpaq sahəsinin yolun qorunma (mühafizə) zolağına düşüb-düşməməsi barədə xx.xx.2022-ci il tarixli müraciətə yerində baxılmış və bildirilmişdir ki, R-20 Gəncə-Daşkəsən respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağının ölçüləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarı ilə təsdiq edilmişdir. Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində məsafə müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağına düşür. İşdə olan AZE seriyalı, 16893182 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Xanlar (Göygöl) rayonu Yenikənd kəndində anadan olmuş, Göygöl rayonunun Göyçəkənd kəndində qeydiyyatdadır. "X5" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Respublika ərazisində dövlət mülkiyyətinə aid edilən, bütün yaşayış məntəqələri, dövlət müəssisələri və ictimai infrastruktur obyektləri arasında yük və sərnişin daşınmasına, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsinə təminat yaradan respublika və yerli əhəmiyyətli, şəhər və sahə avtomobil yolları dövlət avtomobil yollarının tərkibinə daxil edilir. Dövlət avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı- təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir; Həmin qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Həmin Qanunun 15-ci maddəsinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Beləliklə məhkəmə hazırki mübahisə ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 ilkin iddianın baxılmamış saxlanması və sənədlərin geri qaytarılmasına dair ərizəsi nəzərə alınaraq ilkin iddia baxılmamış saxlanmalı, qarşılıqlı iddia ərizəsi təmin edilərək İddiaçı mülkiyyətinə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-yə qarşı qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneənin qadağan edilməsi tələbinə dair iddiası baxılmamış saxlanmalı, qarşılıqlı iddia təmin edilərək İddiaçı mülkiyyətinə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməli, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 215 (iki yüz on beş) manat ekpertiza xərci iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq DƏDKR PHŞ-nin 3 saylı Gəncə Əİ, VÖEN **********, H/H AZ73AİİB******************** hesaba ödənilməli və işə baxılması ilə əlaqədar tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-nin ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Qarşılıqlı iddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 215 (iki yüz on beş) manat ekpertiza xərci iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq DƏDKR PHŞ-nin 3 saylı Gəncə Əİ, VÖEN **********, H/H AZ73AİİB******************** hesaba ödənilsin. İşə baxılması ilə əlaqədar tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Qələmdar Abbasov