Məhkəmə qərarları › İş №2(066)-11/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-11/2025

06.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-11/2025 06.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiаçılar İddiaçı1, İddiaçı2 Bayrəməli qızının, X1 və İddiaçı4 Bayrəməli qızının cavabdeh Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılaraq bərpa edilməsi, miras əmlaka dair məcburi mirasda payın tanınması, həmin paya dair vəsiyyətnamənin verilməsinin notariat ofisinə həvalə edilməsi və xx.xx.2018-ci il tarixli, **********3 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiаçılar İddiaçı1, İddiaçı2 Bayrəməli qızının, X1 və İddiaçı4 Bayrəməli qızı cavabdeh Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılaraq bərpa edilməsi, miras əmlaka dair məcburi mirasda payın tanınması, həmin paya dair vəsiyyətnamənin verilməsinin notariat ofisinə həvalə edilməsi və xx.xx.2018-ci il tarixli, **********3 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılaraq bərpa edilməsi, miras əmlaka dair məcburi mirasda pay hüququnun tanınması, həmin paya dair vəsiyyətnamənin verilməsinin notarial ofisinə həvalə edilməsi və xx.xx.2018-ci il tarixli, **********3 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçılar məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiаçılar İddiaçı1, İddiaçı2 Bayrəməli qızının, X1 və İddiaçı4 Bayrəməli qızının cavabdeh Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılaraq bərpa edilməsi, miras əmlaka dair məcburi mirasda payın tanınması, həmin paya dair vəsiyyətnamənin verilməsinin notariat ofisinə həvalə edilməsi və xx.xx.2018-ci il tarixli, **********3 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar