Məhkəmə qərarları › İş №2(066)-1108/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1108/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1108/2024 30.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Nikahın qeyd edilməsi faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Nikahın qeyd edilməsi faktının müəyyən edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 noyabr 1958-ci il təvəllüdlü X3 ilə 30 yanvar 1980-cı ildə bağlanmış nikahlarının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, 21 noyabr 1958-ci il təvəllüdlü X3 ilə 30 yanvar 1980-cı il tarixdə Ermənistan SSR-nin Vardanes rayonunun Nərimanlı kənd sovetliyində rəsmi nikah münasibətlərinə daxil olub evlənmişlər. Onlar evləndikdən sonra onların birgə nikahlarından 02 mart 1981-ci il təvəllüdlü X6 və 05 yanvar 1983-cü il təvəllüdlü X5 adında uşaqları olmuşdur. Hər iki uşaqlarının doğum haqqında şəhadətnamələrində ata qrafasına Ərizəçi ana qrafasına X3 qeyd edilmişdir. 1988-ci ildə Ermənistan SSR-nin Vardanes rayonundan məcburi köckün kimi ünvan 1 ünvanında məskunlaşmışlar. Həmin faktın müəyyən edilməsi ona bağışlama müqaviləsini həyata keçirmək üçün lazımdır. Ona görə də, 30 yanvar 1980-cı ildə bağlanmış nikahlarının qeyd edilməsi faktının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. Ərizəçi 21 noyabr 1958-ci il təvəllüdlü X3 ilə 30 yanvar 1980cı il tarixdə Ermənistan SSR-nin Vardanes rayonunun Nərimanlı kənd sovetliyində rəsmi nikah münasibətlərinə daxil olub evlənmişlər. Onların birgə nikahlarından 2 nəfər uşaqları olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və Göygöl MKT İB-nin tərəfindən verilmiş arayışlarıdan görünür ki, Ərizəçi xx xxxxxx 1957-ci il də, Ermənistan SSR-nin Vardanes rayonunun Qaraqoyunlu kəndində X3 21 noyabr 1958-ci ildə Ermənistan SSR-nin Vardanes rayonunun Əzizli kəndində anadan olmaqla ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”lərinin surətindən məlum olur ki, X6 02 mart 1981-ci il tarixdə və X5 05 yanvar 1983-cü il tarixdə anadan olmaqla onların atası kimi Ərizəçi anası kimi X3 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin kserosurətindən məlum olur ki, Ərizəçi ilə X1 araslnda nikah 30 yanvar 1980-cı il tarixdə Ermənistan SSR-nin Vardanes rayonunun Nərimanlı kənd sovetliyində 4 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Zeynalova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 01 oktyabr 1944-cü il təvəllüdlü X7 ilə xx xxxxxx 1957-ci il təvəllüdlü Ərizəçi ilə 21 noyabr 1958-ci il təvəllüdlü X3 arasında bağlanmış nikah 30 yanvar 1980-cı il tarixdə Ermənistan SSR-nin Vardanes rayonunun Nərimanlı kənd sovetliyində 4 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. 1988-ci ildə Ermənistan SSR-nin Vardanes rayonundan məcburi köckün kimi ünvan 1 ünvanında məskunlaşmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1957-ci il təvəllüdlü Ərizəçi ilə 21 noyabr 1958-ci il təvəllüdlü X3 arasında bağlanmış nikah 30 yanvar 1980-cı il tarixdə Ermənistan SSR-nin Vardanes rayonunun Nərimanlı kənd sovetliyində 4 nömrəli nikah qeydi ilə bağlanmış nikahlarının qeyd edilməsi faktı müəyyən edilməli, nikah haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1957-ci il təvəllüdlü Ərizəçi ilə 21 noyabr 1958-ci il təvəllüdlü X3 arasında 30 yanvar 1980-cı ildə bağlanmış nikahlarının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar