Məhkəmə qərarları › İş №2(066)-112/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-112/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-112/2024 24.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı vəkili X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətində olan yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətində olan yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri 13-cü məhəllə, 8 ünvanında yerləşən ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/3 payla mülkiyyətlərində olan ümumi sahəsi 139.6 kv.m olan yaşayış evinin hələ atası Fərruxun sağlığında yaşadıqları və istifadə etdikləri hissəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mərhum atası X3 ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 139.6 kvm olan yaşayış evi miras qalmışdır. Göygöl rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən atasının birinci növbəli vərəsəsi kimi həmin əmlaklara 1/3 payla onun da mülkiyyət hüququ tanınıb və bu gün də həmin əmlaklar onların ümumi birgə mülkiyyətlərindədir .Məhkəmənin qərarı əsasında miras əmlakdan payları müəyyən edilsə də hazırda ümumi birgə mülkiyyətdə və istifadədə olduğu üçün öz əmlakından istifadə edə bilmir, əmlaki üzərində olan hüquqlarını həyata keçirə bilmir, yaşamağa yeri yoxdur, hsazırda kirayədə yaşayır.Cavabdehlər onu öz evində yaşamağa qoymurlar, ona mülkündən istifadə etməyə maneçilik törədirlər. Atası sağlığında yaşayış evini iki hissəyə bölgüşdür. Evin bir hissəsində valideyinləri ilə o, digər hissəsində isə qardaşı Emil ailəsi ilə birlikdəyaşamışlar. 2018-ci ildə atası vəfat etdikdən sonra cavabdehlər onu evdən çıxarıblar.Ona evə qayıtmağa imkan vermirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göygöl şəhəri 13-cü məhəllə, 8 ünvanında yerləşən ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/3 payla mülkiyyətlərində olan ümumi sahəsi 139.6 kv.m olan yaşayış evinin hələ atası Fərruxun sağlığında yaşadıqları və istifadə etdikləri hissəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X7 izahatında iddia tələbini müdafiə edərək göstərdi ki, mübahisəli ev tərəflərin hər üçünün paylı mülkiyyətləridir. İddiaçının əşyaları həmin evdədir. İddiaçı evə köçürülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında şöstərdi ki, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bacısı Pərvanə ailə qurub, arada gəlir. Pərvanə hazırda xəstədir əməliyyat olunub. Fəridənin əşyaları otaqdadır.Onun əşyaları olan otağın ayrıca girişi- çıxışı var, onlara qarışmır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 Fərrx qızı iddianı qəbul edərək izahatında göstərmişdir ki, Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən atasından miras qalmış əmlaklara 1/3 payla qardaşı Eminin, bacısı Fəridənin və onun mülkiyyət hüququ tanınmışdır. Göygöl şəhəri 13-cü məhəllə, 8 ünvanında yerləşən fərdi yaşayış evi onların ümumi birgə mülkiyyətlərindədir.Fəridənin evə köçürülmsinə etiraz etmir. Məhkəmə iş üzrə tərəflərinin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 011852 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş İddiaçı Nümayəndə tərəfindən övladlığa götürülməsi Göygöl rayon Qeydiyyat şöbəsində övladlığa götürülmə haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 274859 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş İddiaçı atası X8, anası isə Nümayəndədır. İş materiallarında olan qətnamənin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qətnaməsi ilə X5 ölümündən sonra ondan miras qalmış ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən (ümumi sahəsi 143.3 kv.m o, cümlədən 3 yaşayış otağı, yaşayış sahəsi 64.3 kv.m (sahəsi 24.8 kv.m olan 5.9m*4.2m, sahəsi 21.4 kv.m olan 5.1m*4.2m və sahəsi 18.1 kv.m olan 4.3m*4.2 m yaşayış otaqları), köməkçi sahəsi 79.0 kv.m dən ibarət olan (22.6 kv.m mətbəx, 33.0 kvm ümumi otaq, 8.4 kv.m sanitar qovşağı (3.4 kv.m dəhliz, 3.2 kv.m hamam, 1.8 kv.m ayaq yolu), 13.0 kv.m mətbəx və 2.0 kv.m sanitar qovşağı), zirzəmi 20.0 kv.m, həyət tikililəri talvar 43.0 kv.m, 9.8 kv.m toyuq damı, ayaq yolu 5.0 kvm, talvar 11.0 kvm) yaşayış evinə və , 99GK884 qeydiyyat nişanlı MERCEDES BENZ E200 MİNİK markalı avtomaşına (dəyərinin) qanun üzrə vərəsələr Cavabdeh1 Cavabdeh2 və İddiaçı hər birinin bərabər vərəsəlik payları müəyyən edilmiş və həmin əmlaklara onların mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəs və 139.6 kvm -dən ibarət fərdi yaşayış evi hər birinə 1/3 pay olmaqla Cavabdeh1, Cavabdeh2 və İddiaçı paylı mülkiyyətidir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1960-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.5- ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1- ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Göygöl şəhəri 13-cü məhəllə, 8 ünvanında yerləşən ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/3 payla mülkiyyətlərində olan ümumi sahəsi 139.6 kv.m olan yaşayış evinin hələ atası Fərruxun sağlığında yaşadıqları və istifadə etdikləri hissəsinə köçürülsün. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Göygöl şəhəri 13-cü məhəllə, 8 ünvanında yerləşən ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/3 payla mülkiyyətlərində olan ümumi sahəsi 139.6 kv.m olan yaşayış evinin atası X1 yaşadıqları və istifadə etdikləri hissəsinə köçürülsün. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qələmdar Abbasov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar