Məhkəmə qərarları › İş №2(066)-1126/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1126/2023

30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1126/2023 30.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə 30 oktyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ƏMDXnin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, Qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 60 nömrə reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışla, Göygöl rayonunun X20i M.Ə.Rəsulzadə küçəsi 70 saylı ünvanda yerləşən, 153,4 kv.m ümumi sahəsi, 0,3 ha torpaq sahəsi mərhum nənəsi X3 adına qeydə alınmış mirasin onun, yəni Ərizəçi tərəfindən qəbulu faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Maraqlı şəxs 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 26 iyul 2023-cü il tarixli məktub təqdim edilmişdir. Həmin məktubda göstərilmişdir ki, Göygöl rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə saat 09:40-da baxılacaq 2 (066)-1126/2023 nömrəli mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, Qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 60 nömrə reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarış, Göygöl rayonunun Yeni-Zod kəndi M.Ə.Rəsulzadə küçəsi 70 saylı, 153,4 kv.m ümumi sahəsi, 0,3 ha torpaq sahəsi ərizəçinin mərhum nənəsi X3 adına qeydə alınmışdır. Yuxarıda qeyd edilən çıxarışda, mövcud daşınmaz əmlak və torpaq sahəsi mərhum nənəsi X3 xüsusi mülkiyyətində olması təsdiq olunur. Mərhum nənəsi sağlığında öz iradəsini bildirərək, 23 dekabr 2005ci il tarixdə Göygöl rayon Notariat kontorunda vəsiyyətnamə ilə Göygöl (Xanlar) rayon Yeni-Zod kəndində olan evi ona vəsiyyət etmişdir. X8 (Xanlar) rayon X9 Dövlət natariusu R.A.Rzayev tərəfindən imzalanaraq, reyestrdə 2V-1-125 nömrə ilə qeyd edilmişdir. Mərhum nənəsi X5 2015-ci ilin iyun ayının 01 günündə vəfat etmişdir. Bu hal AZ.1 № 724373 saylı ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur. Mərhumun ölümündən sonra onun adına qeyd edilmiş Göygöl rayonunun X20ində M.Ə.Rəsulzadə küçəsi 70 saylı ünvanda yerləşən 0,3 ha torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış sahəsi miras qalmışdır. Ərizəçi mirası qanun üzrə qəbul edərək, heç bir maneə olmadan sahiblik və istifadə hüquqlarını həyata keçirir. Göygöl rayonunun X20ində M.Ə.Rəsulzadə küçəsi 70 saylı ünvanda yerləşən miras 0,3 ha torpaq sahəsi və üzərində olan yaşayış sahəsi vəsiyyətnamə üzrə mirasın qanun üzrə qəbul edilməsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsi üçün ərizəçi Gəncə "ASAN xidmət” mərkəzinin Notariat Kontoruna müraciət etmiş, oradan mirasın qəbulu üçün müddətin keçməsi əsas gətirilərək imtina edilmiş və mirasın qanun üzrə qəbul edilməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X10 izahatında ərizəni müdafiə etdiyini, oğlu Ərizəçi müharibə iştirakçısı olmasını, onun hazırda xəstə olmasını, başından qəlpə yarası almasını, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini, Zərəngiz Hacıyevanın adına olan evdə Pərvinin yaşamasını, həmçinin özünün də həmin evə gəlin köçməsini və hazırda oğlu Pərvinlə orada yaşamasını, başqa yerdə evlərinin olmamasını bildirdi və odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında ərizəçini və onun ailəsini yaxından tanımasını, mərhum Zərəngiz Hacıyevanın ərizəçinin nənəsi olmasını, nənəsi Zərəngizin ölümündən sonra Pərvin Haciyevin ailəsi ilə birlikdə sözügedən və miras qalmış Göygöl rayonunun X20ində yerləşən evdə yaşamalarını bildirdi. Məhkəmə iclasında iştirak edən X12 ərizəçi ilə eyni kənddən olmasını, sağlığında Zərəngiz Hacıyevanın da X20ində yaşamasını, onun ölümündən sonra ona məxsus olan mülkdə Ərizəçi və onun ailə üzvlərinin yaşamasını təsdiq etdi. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu X20i, M.Ə.Rəsulzadə küçəsi ev 70 ünvanında olan 0,3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.4 kv.m-dən ibarət fərdi yaşayış evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xanlar (Göygöl) rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 23 dekabr 2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən Xanlar (Göygöl) rayonu X20ində yerləşən evini Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan Azərbayvcan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 09 fevral 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs kimi 80 (səksən) manat məbləğində Prezident təqaüdü alır. İş materiallarında olan Göygöl rayon X20 icra nümayəndəliyi tərəfindən verilmiş AZ- İ 724373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 may 2015ci il tarixdə ölmüşdür. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının X20 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 sentyabr 2023-cü il tarixli Ərizəçi ünvanlanmış arayışından görünür ki, onun mərhum (anası, atası) X6 29 may 2015-ci il tarixdə ölmüşdür və ölən günədək Göygöl rayon X20ində qeydiyyatda olub yaşamışdır. Öləndən sonra onun heç bir vərəsəsi qalmamışdır. Ölümündən qabaq və ölümündən sonra həmin evdə X7, X10 və Ərizəçi ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının X20 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 iyul 2023-cü il tarixli Ərizəçi ünvanlanmış arayışından görünür ki, Ərizəçi həqiqətən Göygöl rayonunun X20ində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 12 oktyabr 1995-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 12 iyul 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbul müddəti keçirildiyindən mirasın qəbuluna yol verilmir. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış əsasında Göygöl rayonu X20i, M.Ə.Rəsulzadə küçəsi 70 nömrəli ünvanda 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.4 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində X3 adına qeydiyyata alınmışdır. Zərəngiz Hacıyeva 29 may 2015ci ildə vəfat etmişdir. Həmin əmlakı 23 dekabr 2005-ci il tarixdə sağlığında X5 Ərizəçi vəsiyyət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, mərhum X3 ölümündən sonra onun Ərizəçi başqa heç bir vərəsəsi qalmamışdır. Ərizəçi vəsiyyətnamə üzrə mülkiyyət hüququnun əmələ gəldiyi andan mərhum nənəsi X2 miras qalmış və Z.Hacıyevanın özünə məxsus əmlakını ərizəçiyə vəsiyyət etdiyi vaxtdan Göygöl rayonunun X20ində 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.4 kvmdən ibarət fərdi yaşayış evinə sahiblik edir. Buna baxmayaraq ərizəçi nənəsinin ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa görə notariat kontoruna müraciət etməmiş və bununla da mirasın qəbulu müddətini ötürmüşdür. Odur ki, ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 miras qalmış Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, Qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışla, Göygöl rayonunun X20ində M.Ə.Rəsulzadə küçəsi 70 saylı ünvanda yerləşən, 153,4 kv.m ümumi sahəsi, 0,3 ha torpaq sahəsinə dair Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, Qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışla, ünvan 5 ünvanda yerləşən, 153,4 kv.m ümumi sahəsi, 0,3 ha torpaq sahəsinə dair Ərizəçi tərəfindən mirasın qəbulu faktı müəyyən olunsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar