Məhkəmə qərarları › İş №2(066)-1126/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1126/2025

20.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1126/2025 20.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1na qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dаir xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Ərizəçi X30in nəvəsi olmuş, bir yaşayıb bir təsərrüfatı idarə etmişlər. Verdiyev Əkbər 30 oktyabr 1973-cü ildə ölmüşdür. Babası rəhmətə gedəndən sona mirası anası X17 qəbul edib idarə etmiş, anası rəhmətə getdikdən sonra isə miras əmlak olan torpağı o, qanuni vərəsə kimi qəbul edib idarə edib.

Məhkəmədə icraat: 2.Ərizəçi Maraqlı şəxs1na qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək babası X6 adına olan Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,24 ha miras torpaq sahəsinin onun tərəfindən faktiki qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Tülallar kəndində babası X6 adına 0.24 ha torpaq sahəsi vardır. Bildirir ki, babası rəhmətə gedəndən sona mirası anası X17 qəbul edib idarə etmiş, anası rəhmətə getdikdən sonra isə miras əmlak olan torpağı o, qanuni vərəsə kimi qəbul edib idarə edib. O, miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət edib. Orada ona bildiriblər ki, o, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürüb. Bildirir ki, miras əmlakı o qəbul edib idarə edib, hal-hazırda miras əmlakı o idarə edir, Məhkəməyə dəvət edəcəyi şahidlər də təsdiq edəcəklər ki, o, babası X7 məxsus 0.24 ha torpaq sahəsini qəbul edib idarə edib. 4.Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək ərizəsini müdafiə etdi və əlavə olaraq göstərdi ki, həyat yoldaşının babasından mirası var. 2 yaşından bəri onu həmin babası saxlayır. Miras bacı və qardaşa qalır, hansı ki, bacı da onun qardaşa verilməsinə razıdır. Mərhum Əkbərin 4 övladı olub, onlardan heç biri həyatda qalmayıb. Onlar Xanım, Əsli, Əliqulu və Zəhra olmuşlar. Maraqlı şəxs2 həyat yoldaşının bacısıdır, o yaşayır. Hazırda həyatda olan yalnız Maraqlı şəxs2dir. 5.Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş Maraqlı şəxs2 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Baba və nənəsi balaca vaxtdan Cavadı götürüb saxlayıblar. Vərəsəlikdən imtina etdiyini, miras əmlakın qardaşı Ərizəçi verilməsinə etiraz etmədiyini bildirdi. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün sayır.

Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.

8. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 218.3-cü maddəsinə əsasən o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 10.Məhkəmə işdə iştirak edən ərizəçinin və şahidin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməlidir. 11.Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli arayışından görünür ki, həqiqətən mərhum ana babası X13 30 oktyabr 1973-cü ildə vəfat etmişdir və ölən bir günə kimi Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündən sonra aşağıdakı ailə üzvləri qalmışdır: qızı-X18; qızı- X19. Mərhumun ölümündən əvvəl vəfat etmişdir: oğlu-X10; qızı-X17; Mərhum ölən günədək Ərizəçi ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. 12.Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli Maraqlı şəxs2 verilmiş arayışdan görünür ki, həqiqətən mərhum anası X18 06 yanvar 1999-cu ildə vəfat etmişdir və ölən bir günə kimi Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündən sonra aşağıda adları göstərilən ailə üzvü qalmışdır: qızı-Maraqlı şəxs2; oğlu-X8. Mərhum ölən günədək X8 ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. 13.Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən mərhum ana nənəsi X3 14 iyun 1971-ci ildə vəfat etmişdir və ölən bir günə kimi Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündə sonra aşağıda adları göstərilən ailə üzvü qalmışdır: H/y-X13; qızı-X18; qızı-X19. Mərhumun ölümündən əvvəl vəfat etmişdir:oğlu-X10; qızı-X17. Mərhum ölən günədək X13 ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. 14.Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən mərhum atası X22 06 mart 1971-ci ildə vəfat etmişdir və ölən bir günə kimi Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündə sonra aşağıda adları göstərilən ailə üzvü qalmışdır: H/y- X18;oğlu-Ərizəçi; oğlu-X8; qızı-Maraqlı şəxs2. Mərhum ölən günədək X18 ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. 15.Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən mərhum anası X17 01 iyun 1958-ci ildə vəfat etmişdir və ölən bir günə kimi Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündə sonra aşağıda adları göstərilən ailə üzvü qalmışdır:H/y- X22; oğlu-Ərizəçi. Mərhum ölən günədək X22 ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. 16.Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamış X10 və X9 övladları olmamışdır. 17.Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Göygöl rayonu Tülallar kəndində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli arayışla X7 məxsusdur. 18.İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30 oktyabr 1973-cü ildə ölmüşdür. 19.Göygöl rayon Notariat Ofisindən Ərizəçi göndərilmiş məktubda göstərilir ki, ərizələrində mərhum babaları-X6 xx.xx.1973-cü il tarixdə vəfat etdiyini və həmçinin qanunla nəzərdə tutulmuş mirasın qəbul müddətini ötürdüklərinə baxmayaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi istənilir. Bununla əlaqədar olaraq izah olunur ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Ona görə də izah olunur ki, qanunla nəzərdə tutulmuş mirasın qəbul müddətini ötürdüklərindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. 20.Daşkəsən Rayon Dövlət Arxivindən Ərizəçi verilmiş arxiv arayışından görünür ki, Daşkəsən rayon X24 1950-1953-cü illəri əhatə edən 42 №-li təsərrüfatbaşına kitabının 79 №-li şəxsi hesabından Ərizəçi dayısı, mərhum X10 xx.xx.1952-ci il tarixdə Daşkəsən rayonu Tülallar kəndində ölmüşdür. 21.Daşkəsən Rayon Dövlət Arxivindən Ərizəçi verilmiş arxiv arayışından görünür ki, Daşkəsən rayon X24 1950-1953-cü illəri əhatə edən 42 №-li təsərrüfatbaşına kitabının 79 №-li şəxsi hesabından Ərizəçi xalası, mərhum X19 1934-cü il tarixdə doğulmuşdur. 22.Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda göstərilir ki, X19 xx.xx.1994-cü ildə Daşkəsən rayon Dəstəfur kəndində vəfat etmiş, onun ölümü Daşkəsən rayon Dəstəfur kənd İ.N. xx.xx.1994-cü il tarixli 09 nömrəli ölüm haqqında akt qeydi ilə qeydə alınmışdır. 23.Daşkəsən Rayon Dövlət Arxivindən Ərizəçi verilmiş arxiv arayışından görünür ki, Daşkəsən rayon X24 1950-1953-cü illəri əhatə edən 42 №-li təsərrüfatbaşına kitabının 79 №-li şəxsi hesabından Ərizəçi xalası, mərhum X14 1935-ci il tarixdə Daşkəsən rayonu Tülallar kəndində doğulmuşdur. 24.Daşkəsən Rayon Dövlət Arxivindən Ərizəçi verilmiş arxiv arayışından görünür ki, Daşkəsən rayon X24 1950-1953-cü illəri əhatə edən 42 №-li təsərrüfatbaşına kitabının 79 №-li şəxsi hesabından Ərizəçi dayısı, X10 1927-ci il tarixdə Daşkəsən rayonu Tülallar kəndində doğulmuşdur. 25.Daşkəsən Rayon Dövlət Arxivindən Ərizəçi verilmiş arxiv arayışından görünür ki, Daşkəsən rayon X24 1950-1953-cü illəri əhatə edən 42 №-li təsərrüfatbaşına kitabının 79 №-li şəxsi hesabından Ərizəçi anası mərhum X20 1930-cu il tarixdə Daşkəsən rayonu Tülallar kəndində doğulmuşdur. 26.Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 18 noyabr 2021-ci il tarixli arayışında göstərilir ki, X13 30 oktyabr 1973-cü il tarixdə vəfat etmişdir və ölən bir günə kimi Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündən sonra aşağıda göstərilən ailə üzvləri qalmışdır: nəvəsi-Ərizəçi. 27.İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 fevral 2023-cü il tarixdə ölmüşdür. 28.Daşkəsən rayon Dövlət Arxivindən Ərizəçi verilmiş arxiv arayışında qeyd edilir ki, Daşkəsən rayon Çıxaqlı kəndi İƏDÜN-nin 1950-1953-cü illəri əhatə edən Tülallar kəndinə dair 42 saylı təsərrüfatbaşına kitabının 79 №-li şəxsi hesabından Ərizəçi ana babası X2 torpaq sahəsi barədə məlum olur: Tülallar kəndində yerləşən 1937-ci ildə tikilmiş 76 kvadrat metr ev və 0,24 ha torpaq sahəsi X7 məxsusdur. 29.Daşkəsən rayon Dövlət Arxivindən Ərizəçi verilmiş arxiv arayışında qeyd edilir ki, Daşkəsən rayon X24 1950-1053-cü illəri əhatə edən 42 №-li təsərrüfatbaşına kitabının 79№-li şəxsi hesabından Ərizəçi ana baba-nənəsi mərhum X13 ilə Verdiyeva Pərnisə M.Alı qızı barədə məlum olur ki, onlar ər-arvaddılar. 30.Göygöl Rayon Məhkəməsinin 2(066)-799/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Ərizəçi, cavabdeh Göygöl Rayon Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair” iddia icraatı qaydasında iddiası təmin edilməmişdir. 31.Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2167/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsindən iddiaçı Ərizəçi nümayəndəsi X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Göygöl rayon məhkəməsinin 2(066)- 799/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. 32.Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən Göygöl rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(066)-1126/2025 nömrəli sorğularına cavab olaraq bildirilir ki, 1896-cı il təvəllüdlü X6 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış nikahı haqqında akt qeydi aşkar edilməmişdir. 33.Göygöl Rayon Notariat Ofisinin Göygöl rayon Məhkəməsinin 2(066)-1126/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, Göygöl rayon Notariat Ofisində mərhum X5 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı hər-hansı notariat hərəkəti həyata keçirilməmişdir.

34. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan X13 30 oktyabr 1973-cü ildə ölmüşdür. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Övladları birinci növbə vərəsələr qızı-X18 xx.xx.1999-cu ildə, qızı-X19 xx.xx.1994-cü ildə, oğlu-X10 xx.xx.1952-ci ildə, qızı-X15 xx.xx.1958-ci ildə ölmüşdür. Verdiyeva Əsli, Əliqulu və Zəhrənin övladı olmadığı üçün vərəsəlik X1. Bağırova Xanımın övladı X8 01 fevral 2023-cü ildə ölmüşdür. Qanuni vərəsə qismində Maraqlı şəxs2 və Ərizəçi həyatdadır. Maraqlı şəxs2 vərəsəlikdən imtina etdiyini bildirdi. Yeganə vərəsə qismində Ərizəçi qalmışdır.

35. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, X2 adına Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 ha miras torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 adına Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 ha miras torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar