Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1147/2023 05.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə, Cavabdeh2 və X3 mənzilin təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı qızı məhkəmədə Cavabdeh1 MTK-nə, Cavabdeh2 və X3 qarşı mənzilin təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia qaldıraraq Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol sahilində AVANQARD-İNŞAAT" MTK-nın inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarlarının cavabdehlər "xxxx" MTK, Cavabdeh2 və X7 tərəfindən ona təhvil verilməsi, həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzildən stifadə hüququna hər hansı digər maneənin törədilməsinin cavabdehlər AVANQARD-İNŞAAT" MTK, Cavabdeh2 və X5 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1 MTK-nin, Cavabdeh2 və X1 məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, iddiaçı tərəf olaraq o, cavabdeh "xxxx" MTK (VÖEN **********) ilə 10 yanvar 2016-cı il tarixli müqavilə bağlayaraq MTK-nın Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol hissəsində inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilini 61 600 (altış bir min altı yüz) manata satın almış, bu barədə MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. Həmin müqaviləyə əsasən "xxxx" MTK mənzili 12 ay müddətinə alıcıya təhvil verməyi öhdəsinə götürsə də, bu günədək mənzil ona təhvil verilməmişdir. Bununla bağlı özünü MTK-nın təsisçisi kimi təqdim edən X11 və özünü MTK-nın hüquqşünası kimi təqdim edən X8 dəfələrlə məlumat verilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Sonuncu dəfə ona hüquq xidməti göstərən "xxxx" MMC tərəfindən cavabdehlərə pretenziya məktubu ilə müraciət edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. MTK-nın rəhbərliyi onun mənzildən istifadə hüququna maneələr yaratmaqda davam edir. Belə ki, ona mənzilin giriş qapısının açarları verilmir, mənzili təmir etmək istəyinə mənfi cavab verilir.Cavabdehlər "xxxx" MTK, Cavabdeh2 (qanuni təmsilçi) və X4 (MTK-adından mənimlə müqavilə bağlamış səlahiyyətli şəxsi) qanunsuz hərəkətləri nəticəsində onun yaşayış hüququ pozulur. Ehtimal etmək mümkündür ki, onun mənzili MTK tərəfindən qanunsuz olaraq başqa şəxsə satılmışdır.Göstərilənlərə əsasən cavabdeh "AVANQARD-İNŞAAT” MTK-nın Göygöl rayonu R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarlarının cavabdehlər tərəfindən ona təhvil verilməsi, həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzildən istifadə hüququna hər hansı digər maneənin törədilməsinin cavabdehlər "xxxx" Mənzil Ttikinti Kooperativi, Cavabdeh2 və X5 qadağan edilməsi barədə qətnamə çıxarılması zəruridir.İşin faktiki hallarından göründüyü kimi, 10 yanvar 2016-cı il tarixli müqaviləyə əsasən "AVANQARD-İNŞAAT” MTK-nın Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar- Hacıkənd yolunun sol hissəsində inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzili cavabdeh "xxxx" MTK-dan satın almış, həmin müqaviləyə əsasən mənzilin dəyəri olan 61 600 (altış bir min altı yüz) manat pulu MTK-nın hesabına köçürmüşdür. Bu barədə ona MTK tərəfindən maliyyə arayışı təqdim olunub. Bununla da, Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar- Hacıkənd yolunun sol hissəsində inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzil üzərində onun istifadə və sahiblik hüququm yaranıb. Göygöl rayonu R.Nəsibov məhəlləsi, Xanlar- Hacıkənd yolunun sol hissəsində "xxxx" Mənzil Ttikinti Kooperativinin tikdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarlarının cavabdehlər tərəfindən ona təhvil verilməsi, həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzildən istifadə hüququna hər hansı digər maneənin törədilməsinin cavabdehlər Cavabdeh1 Cavabdeh2 və X5 qadağan edilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahatında iddianı müdafiə edərək Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol sahilində AVANQARD-İNŞAAT" MTK-nın inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarlarının cavabdehlər "xxxx" MTK, Cavabdeh2 və X7 tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzildən istifadə hüququna hər hansı digər maneənin törədilməsinin cavabdehlər AVANQARD-İNŞAAT" MTK, Cavabdeh2 və X5 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib mülki iş materiallarını nəzərdən kecirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 10 yanvar 2016-cı il tarixli İlkin müqavilədə göstərilmişdir ki,Gəncə şəhəri Qızıl Hacılı 3. Ev 2-də yerləşən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi, təsisçi Bakı şəhəri, Z.Bünyadov küçəsi, ev 58-də yaşayan X7 (gələcəkdə “icraçı” adlandırılacaq) şəxsində bir tərəfdən və ünvan 1 ünvanında yaşayan İddiaçı (gələcəkdə “Payçı” adlandırılacaq) digər tərəfdən bu müqaviləni aşağıdakı məzmunda bağladılar.
1. Müqavilənin predmeti -Müqavilənin predmeti Xanlar şəhəri R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkand yolunun sol tərəfində yerləşən 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 176 m2 olan 4 otaqlı mənzil bir pay kimi verilir. -İcraçı tərəfindən görülən işlər: Tikintinin xarici tərtibatı, daxili arakəsmələr, binanın tikinti quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır.Giriş dəmir seyf qapısının qoyulması, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, mənzillərə elektrik, qaz, su çəni və kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, PVC tipli metoplastik pəncərələrin qoyulması və şüşələnməsi. -"Payçı” müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda "Payçı"nın pulunun qaytarılması şərti ilə müqavilə ləğv olunur. -Ödəmələr qarşılıqlı razılaşmalar əsasında həll edilir -Tikinti 12 ay müddətinədək təhvil verilir -Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə uyğun bağlanmış ilkin müqavilədir. 2.Tərəflərin öhdəlikləri. -Göstərilən binanın tikintisi, "İcraçı” tərəfindən, Xanlar şəhəri İcra Hakimiyyətinin 28 sentyabr 2006-cı il tarixli 208 saylı sərəncamına əsasən aparılır. -Müqavilə üzrə mənzilin dəyəri bir m² sahə üçün 350 AZN (qç yüz əlli yeni Azərbaycan manatı təyin edilir. Cəmi 176 (yüz yetmiş altı) m 2 sahə üçün 61.600 AZN (Altmiş bir min altı yüz) Yeni Azərbaycan manatı təşkil edir. -Ödəniş "Payçı” tərəfindən Yeni Azərbaycan manatı ilə 61.600 AZN (Altmiş bir min altı yüz) ödənildi. -Tikinti başa çatdıqdan və lazımi sənədlər tərtib olunduqdan sonra yuxarıda göstərilən mənzili "İcraçı" alqı-satqı müqaviləsi bağlayaraq "Payçı"nın mülkiyyətinə verir. -"Payçı" ödəmələrini gecikdirərsə, onu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün "Avanqard-İnşaat” MTK-nin üzvlüyündən azad etməsini və bu müqaviləni birtərəfli qaydada ləğv etməyə "Avanqard-İnşaat” MTK-nın ixtiyarı var. Bu halda sahənin tam dəyərinin "Payçı tərəfindən "Avanqard-İnşaat” MTK-ya ödənilmiş hissəsinin ona qaytarılması yalnız həmin sahəni başqa bir şəxsə verildikdən sonra mümkündür. -"Payçı" öhdəsinə götürür: Müəyyən edilmiş qrafikə əsasən vaxtlı-vaxtında "Avanqard- İnşaat” MTK maliyyə vəsaitinin ödənilməsini və sahə haqlarının ödənilməsini gecikdirdiyi təqdırdə "Avanqard-İnşaat” MTK tərəfindən bu müqaviləni birtərəfli qaydada ləğv edilməsinə və ödədiyi maliyyə vəsaitlərinin müqavilədə göstərilmiş şərtlər ilə ona qaytarılmasına etiraz etməməyi 3.Təhvil-təslim -Təhvil-təslim hər iki tərəfin imzası ilə təsdiq etdiyi akt əsasında qanuniləşdirilib. -Təhvil-təslim vaxtı çatışmamazlıqlar "İcraçı” tərəfindən müəyyənləşdirilmiş akta əsasən aradan qaldırılmalıdır. 4.Fors-Major -Müqaviləyə əsasən tərəflərdən hər birinin üzərlərinə düşən vəzifəni yerinə yetirməməsi, fors-major nəticəsində baş vermişdirsə, bu həmin müqavilənin pozulması halı hesab edilmir. -Əgər fors-major nəticəsində tərəflərdən hər biri öz vəzifəsini yerinə yetirmək iqtidarında deyildirsə, onda həmin tərəf digər tərəfə vəziyyətlə bağlı məlumat verməli, öz vəzifəsinin yerinə yetirilməsinin dayandırılması və vaxtın uzadılmasını bildirməlidir. Fors-major: təbii fəlakət, yanğın 5.Müqavilənin dəyişdirilməsi. -Tərəflərdən hər biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. - Mübahisəli məsələlər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll edilir. 6.Ümumi qaydalar. Müqavilədə nəzərdə tutulmuş hallar danışıqlar yolu ilə həll edilir. Bu müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər X13 tərəfindən ödənilir. İşdə olan maliyyə arayışında İddiaçı Göygöl şəhəri R.Nəsibov məhəlləsi, Xanlar- Hacıkand yolunun sol tərəfində yerləşən 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində olan 4 otaqlı, 176 m2 –lik mənzilə görə 61.600 AZN ödədiyi, mənzilə görə heç bir borcu qalmadığı göstərilmişdir. İşdə olan Femida Hüquq və Konsaltinq Şirkəti MMC-nin "AVANQARD- İNŞAAT” Mənzil Tikinti Koorporativinin sədri cənab Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli 379/23 nömrəli (mənzilin təhvil verilməsi barədə) Pretenziya məktubunda İddiaçı Göygöl şəhəri R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkand yolunun sol tərəfində yerləşən 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində olan 4 otaqlı, 176 m2 –lik mənzili 61.600 manata satın aldığı, bu barədə İddiaçı maliyyə arayışı verildiyi, müqaviləyə əsasən "AVANQARD- İNŞAAT” MTK mənzili 12 ay müddətinə alıcıya təhvil verməyi öhtsinə götürsə də, bu günə kimi mənzili təhvil vermədiyi, bununla bağlı olaraq özünü MTK-nın təsisçisi kimi təqdim edən X11 və özünü MTK-nin hüquqşünası kimi təqdim edən X8 dəfələrlə məlumat verilsə də heç bir müsbət nəticə əldə edilmədiyi, nəticədə İddiaçı şəxsi yaşayış hüququnun pozulduğunu göstərib hazırkı pretenziya məktubu ünvana daxil olduqdan 10 gün müddətinə İddiaçı məxsus olan "AVANQARD- İNŞAAT” MTK tərəfindən Göygöl rayonu R.Nəsibov məhəlləsi, Göygöl-Hacıkand yolunun sol tərəfində Cavabdeh1 MTK-nin inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 KVM olan 4 otaqlı mənzilin İddiaçı təhvil verilməsi xahiş edilmiş və əks halda hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi nəzərə çatdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10714/2023 saylı məktubda 3 saylı Gəncə ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl rayonu R.Nəsibov məhəlləsi, Göygöl-Hacıkand yolunun sol tərəfində Cavabdeh1 MTK-nin inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 KVM olan 4 otaqlı mənzil “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsində qeydiyyata alınmadığının müəyyən olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 mart 2015-ci il tarixli qərarında da əks olunur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol sahilində AVANQARD-İNŞAAT" MTK-nın inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarları cavabdehlər "xxxx" MTK, Cavabdeh2 və X7 tərəfindən İddiaçı təhvil verilməli, İddiaçı həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneə aradan qaldırılmalı və mənzildən stifadə hüququna hər hansı digər maneənin törədilməsi cavabdehlər AVANQARD- İNŞAAT" MTK, Cavabdeh2 və X5 qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 230, 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Göygöl rayonu R.Nəsibov məhəlləsi Göygöl (Xanlar)-Hacıkənd yolunun sol sahilində AVANQARD-İNŞAAT" MTK-nın inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarları cavabdehlər "xxxx" MTK, Cavabdeh2 və X2 alınıb İddiaçı təhvil verilsin. İddiaçı həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneə aradan qaldırılsın və mənzildən istifadə hüququna hər hansı digər maneənin törədilməsinə cavabdehlər AVANQARD-İNŞAAT" MTK-nə, Cavabdeh2 və X5 qadağan edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Hakim:Qələmdar Abbasov