Məhkəmə qərarları › İş №2(066)-1162/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1162/2023

09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1162/2023 09.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi, Göygöl şəhərində 09 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı iddia qaldıraraq Aydınova (Koçak) Səbubə Yunis qızının xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmağı, atasının X5 anasının isə X3 olmasının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edib göstərdi ki, oun valideyinləri X5 ilə X1 rəsmi nigahlarından xx.xx.1969 ildə Ermənistan Respublikasının, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. Onun doğum qeydi Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kənd sovetində aparılmış və bu barədə doğum şəhadətnaməsi olmuşdur. 1988-ci ildə məlum hadisə ilə əlaqədar Azərbaycana köçmüçdür. Həmin vaxt valideyinləri onun doğum şəhadətnaməsini gətirmişlər və sonradan ona məlum olmayan səbəbdən doğum şəhadətnaməsi itmişdir.Bəzi sənəd işlərini qaydasına salmaq üçün müvafiq orqanlar ondan doğum şəhadətnaməsini tələb edir. O isə doğum şəhadətnaməsini itirdiyindən təqdim edə bilmir. xx.xx.2022-ci il tarixdə Koçak Ahmetlə nikaha daxil olaraq Koçak soyadını götürmüşdür. Odur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı iddia qaldıraraq Aydınova (Koçak) Səbubə Yunis qızının xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmağı, atasının X5 anasının isə X3 olmasının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktub göndərərək işə onların iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X6, X4 və X2 məhkəmə iclasında ifadə verərək Ərizəçi X5 ilə X1 rəsmi nigahlarından xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmasını təsdiq etdilər. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Koçak Ahmet ilə Ərizəçi nıgahları xx.xx.2022-ci il tarixdə 4805 nömrə ilə qeydə alınmışdır. Nigah bağlandıqdan sonra ərə “Koçak”, arvada “Koçak” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 14 iyul 2023-cü il tarixli 3-16-5/7-62/2023 nömrəli məktubuna əsasən doğum faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək töfsiyyə olunur. İşdə olan Ermənistan Respublikası Amasiya rayonu Əzizbəyov kənd soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, Ərizəçi anası X3 xx.xx.1988-ci ildə vəfat etmişdir . İşdə olan Ermənistan Respublikası Amasiya rayonu Əzizbəyov kən soveti tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli doğum şəhadətnaməsindən görünür ki, Ərizəçi qardaşı X6 xx.xx.1974-cü ildə Ermənistan Respublikası Amasiya rayonu Əzizbəyov kəndində anadan olub atası X5 anası X3 olması göstərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olur ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olması, atası X5 anasının isə X3 olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ərizəçi Aydınova (Koçak) Səbubə Yunis qızının xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmağı, atasının X5 anasının isə X3 olmasının müəyyən edilməli və doğum akt qeydi bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 230, 233, 237 və 311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Aydınova (Koçak) Səbubə Yunis qızının xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olması, atasının X5, anasının X3 olması faktı müəyyən edilsin, Aydınova (Koçak) Səbubə Yunis qızının xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-1162/2023 09 oktyabr 2023-cü il Ərizəçi Göygöl rayonu Çaykənd kəndi Maraqlı şəxs rəisi cənab Eldəniz Hacıyevə Göygöl şəhəri Heydər Əliyev prospekti 53 Məhkəmənin 09 oktyabr 2023-cü il tarixli 2(066)1162/23 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar