Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1162/2025 04.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, Ərizəçi maraqlı şəxs 1 saylı Göygöl rayon Notariat ofisinə qarşı «mirasın faktiki qəbul edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Göygöl rayon Notariat ofisinə qarşı « mirasın faktiki qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.1980-ci ildə vəfat etmiş atası X2 və xx.xx.2007-ci ildə vəfat etmiş anası X1 birinci növbədə vərəsəsi hesab edib Göygöl şəhəri, A.Şadlınski (keçmiş Kamo küçəsi) 59 ünvanda yerləşən ümumi sahəsi 95 kv.m yaşayış sahəsi 67 kv.m olan 3 otaqlı fərdi yaşayış evə mirasın faktiki qəbuluna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, maraqlı şəxs kimi Göygöl rayon notariat ofisi qeyd edilsə də, iş materialında 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin notariat ofisinə müraciət əlavə edilmişdir. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin notariat ofisinin ərizəçinin müraciətinə cavab məktubunda qeyd edilir ki, miras əmlakın hüquqmüəyyənedici sənədi təqdim edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün hesab edilməmişdir. Göründüyü kimi Göygöl şəhəri, A.Şadlınski (keçmiş Kamo küçəsi) 59 ünvanda yerləşən ümumi sahəsi 95 kv.m yaşayış sahəsi 67 kv.m olan 3 otaqlı fərdi yaşayış evə mirasın faktiki qəbulu” qeyd etsə də əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin (hüquqi əhəmiyyəti olan) faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4–cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1, 305-310, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizəçi maraqlı şəxs 1 saylı Göygöl rayon Notariat ofisinə qarşı «mirasın faktiki qəbul edilməsi»tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №2(066)-1162/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1162/2025
04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver