Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-126/2024 01.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul etmə faktının müəyyən edilməsinə dair mülki işə 01 fevral 2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayonunun Mollacəlili kəndində yerləşən mərhum X2 və X13 miras qalmış 0.09 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş evin vərəsəlik qaydasında özünün qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Həmçinin Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl rayonunun Mollacəlili kəndi əvvəllər Yeni Əlibayramli kəndi adlanmışdır. Hal-hazırda isə Göygöl rayonunun Mollacəlili kəndidir. Xanlar rayon İnventarlaşdırma İdarəsi tərəfindən 09 avqust 1988-ci il tarixli Qeydiyyat vəsiqəsinə Yeni Əlibayramlı kəndində yerləşən ümumi sahəsi 0.13 ha torpaq sahəsi üzərində inşa edilmiş ev X4 mülkiyyətinə verilmişdir. Xanlar rayon X12 1997-ci il tarixli 12 iyul 09 saylı qərarı ilə Xanlar rayon Mollacəlili kəndində yerləşən 0.09 ha torpaq sahəsinə aid X4 adına JN-095F KOD 50812018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X16 ərizəçinin ata nənəsidir və nənəsinin sağlığında o, atası ilə birlikdə həmin evdə yaşamışlar. X1 16 dekabr 2006-cı ildə vəfat etmiş və onun vəfatından sonra X7 miras əmlakı qəbul etmişdir. Ərizəçinin atası 31 yanvar 2019-cu ildə vəfat etmiş və həmin vaxtdan da miras əmlakı ərizəçi qəbul etmiş və indiyə kimi də həmin miras əmlakda ailəsi ilə birlikdə yaşayır. Nəzərə çatdırır ki, mərhun nənəsi öz sağlığında Göygöl rayonunun Mollacəlili kənd Nümayəndəliyinə müraciət edərək ölümündən sonra ondan miras qalan miras əmlakı ərizəçinin adına keçirilməsini xahiş edir və bununla əlaqədar olaraq 02 dekabr 2006-cı il tarixdə AKT tərtib edilmiş və həmin AKT-da göstərilmişdir ki, həyətyanı torpaq sahəsini və evi nəvəsi Ərizəçi verir. Həmin AKT 7 nəfər kənd sakini tərəfindən təsdiq edilmişdir. Nənəsi savadsız olduğu üçün imzasını baş barmaqla imza etmişdir. Vərəsə olaraq mirası qəbul etməsi barədə şəhadətnamənin verilməsi ilə əlaqədar Göygöl rayon Notariat ofisinə müraciət etdikdə ərizəçiyə imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə edərək göstərdi ki, onu nənəsi saxlayıb böyütmüşdür. Həmin evin kommunal xərclərini özü ödəyir. Bacısı, qardaşı və bibisi qızı vərəsə qalmışdır. Nənəsi Züleyxanın oğlu və qızı vəfat etmişlər. Nənəsinin sağlığında onunla özü bir yerdə yaşamışdır. Həmin torpaq sahəsində yerləşən evə dair çıxarış alınmamışdır. Vərəsələrdən Səlim və Gülnarə mirası qəbul etməmələrinə dair ərizə vermişlər. Nənəsi sağlığında çöl torpağı Maraqlı şəxs4 vermişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən Maraqlı şəxs3 izahatında göstərdi ki, ərizəçinin bacısıdır. Özü ailəlidir. İddiaya qarşı etirazı yoxdur. Qardaşı Səməd körpəlikdən nənəsi Züleyxanın himayəsində yaşamışdır. Onun hər bir xərcini özü çəkmişdir. Nənələri Züleyxa rəhmətə gedənə kimi orada ərizəçi yaşayıb və nənəsinin dəfn xərcini də özü çəkmişdir. Ataları 2019-cu ildə vəfat etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən Maraqlı şəxs4 izahatında göstərdi ki, Ərizəçi onun dayısı oğludur. Özləri bacı-qardaş kimi bir yerdə böyümüşlər. Özü hazırda başqa yerdə yaşayır. Ərizəçi isə nənəsindən qalan miras torpaqda ev tikdirib orada yaşayır. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-095F saylı, KOD 50812018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli, 09 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayon sakini X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 207640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 16 dekabr 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Mollacəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Göygöl rayonunun Mollacəlili kəndində yaşayır. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Mollacəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2006-cı il tarixli arayışından görünür ki, Xanlar (Göygöl) rayon Mollacəlili kənd sakini mərhum X5 dəfn xərcini nəvəsi Ərizəçi öz hesabına ödəmişdir və mərhum ölənədək nəvəsi Ərizəçi ilə birlikdə yaşamışdır. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Mollacəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 iyun 2023-cü il tarixli arayışından görünür ki, mərhum Z.Əsgərovaya məxsus olmuş Mollacəlili kəndindəki 0.09 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evində mərhum ölənədək nəvəsi Ərizəçi, arvadı Məmmədova Başxanım Qoşqar qızı, oğlu X30, oğlu X31 və qızı X23 ilə birlikdə yaşamışlar. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Mollacəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 yanvar 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X5 xx.xx.2019-ci il tarixdə vəfat etmiş oğlu X32 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş qızı X24 adlı ailə üzvüləri olmuşdur. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Mollacəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 yanvar 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X18 1959-cu il təvəllüdlü oğlu Ərizəçi, 1962-ci il təvəllüdlü oğlu Maraqlı şəxs2 və qızı Maraqlı şəxs3 adlı ailə üzvüləri var. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1959-cu ildə anadan olmuş Ərizəçi X7, anası isə X8r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 dekabr 1964-cü ildə anadan olmuş Əsgərova (Qurbanova) Gülnarə Nəsib qızının X7, anası isə X8r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X6 nikahları 21 oktyabr 1987-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada isə Qurbanova soyadı verilmişdir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli 657 nömrəli arayışdan görünür ki, 05 may 1939-cu ildə anadan olmuş X19 atası X37, anası isə X9r. İş materiallarında olan AZ-İ 921180 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 31 yanvar 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZP 447222 nömrəli arayışdan görünür ki, X37 06 oktyabr 1972-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X4 02 dekabr 2006-cı il tarixli ərizəsindən görünür ki, Z.Əsgərova göstərmişdir ki, özü hal-hazırda yataq xəstəsidir. Ona nəvəsi Ərizəçi baxır. Bunun üçün də ona məxsus olan mülkünün və həyətyanı torpağının nəvəsinə verilməsi üçün lazım olan sənədləşmənin aparılmasını artıq dərəcədə xahiş etmişdir. İş materiallarında olan 02 dekabr 2006-cı il tarixdə Xanlar rayonunun Mollacəlili kəndində Xanlar rayonu Mollacəlili kənd sakini X26, Mollacəlili kənd sakini X14, Mollacəlili kənd sakini X20, Mollacəlili kənd sakini X21, Mollacəlili kənd sakini X15, Xanlar rayon İHBnin Mollacəlili kənd İƏD üzrə nümayəndəsinin müavini X27, Xanlar rayon İHB-nin Mollacəlili kənd İƏD üzrə nümayəndəsinin mühasibi X28 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Xanlar rayon İHB-nin Mollacəlili kənd İƏD üzrə nümayəndəsinin müavini X27 yataq xəstəsi olan X2 ona məxsus olan mülkü ölərkən kimə verəcəyi barədə soruşduqda X4 evi və həyətyanı torpaq sahəsini nəvəsi Ərizəçi verməsini bildirmiş və bu haqda yazılmış ərizəyə yuxarıda adları göstərilən şəxslərin yanında imza yerinə barmağını basması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinin notariat ofisinin 20 iyun 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbul müddətini keçirdiyindən mirasın qəbuluna yol verilmir. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. İşdə olan Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş Maraqlı şəxs3 ərizəsindən görünür ki, X1 xx.xx.2006-cı ildə vəfat etmişdir. Onun ölümündən sonra torpaq sahələri miras qalmışdır. X7 anasından qalmış miras əmlakı qəbul etməsinə baxmayaraq vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, həmin miras əmlakı qəbul etməmişdir və indidə etmir. İşdə olan Azərbaycan Respublikasının notariusuna Maraqlı şəxs2 tərəfindən ünvanlanmış və təsdiq edilmiş ərizədən görünür ki, Ərizəçi 31 yanvar 2019-cu ildə vəfat etmiş X7nun vəfatından sonra 16 dekabr 2006-cı ildə vəfat etmiş nənəsi vətəndaş X10 təmsil etmək, miras əmlakını qəbul etmək hüququna əsasən varisi, mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş altı aylıq müddəti ötürdüyünə görə mirası qəbul etməmiş, Maraqlı şəxs2 bununla bəyan edir ki, mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası iddiası ilə məhkəməyə müraciət etməyəcəkdir. O, bununla 16 dekabr 2006-cı ildə vəfat etmiş vətəndaş X5 vəfatından sonra qalan əmlakdan xx xxxxxx 1959-cu il təvəllüdlü vətəndaş Ərizəçi xeyrinə bütün əsaslarla imtina edir. Mirası lazımi qaydada və bütün əsaslarla qəbul etmiş xx xxxxxx 1959-cu il təvəllüdlü vətəndaş Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etirazı yoxdur. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə Xanlar rayonunun Y.Ə.Bayramlı kəndində anadan olmuş, Göygöl rayonunun Mollacəlili kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 16788128 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 20 dekabr 1964-cü ildə Xanlar rayonunun Y.Ə.Bayramlı kəndində anadan olmuş, Gəncə şəhəri Kəpəz rayonu, A.Sultanov küçəsi ev 29-da qeydiyyatdadır. İşdə olan AZE seriyalı,04832765 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 10 avqust 1956-cı ildə Xanlar rayonunun Y.Ə.Bayramlı kəndində anadan olmuş, Göygöl rayonunun Mollacəlili kəndində qeydiyyatdadır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, JN-095F saylı, KOD 50812018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» üzrə keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli, 09 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayon sakini X4 mülkiyyətinə verilmişdir. X22 16 dekabr 2006-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra nəvəsi olan Ərizəçi, Z.Əsgərovanın xx.xx.2019-ci il tarixdə vəfat etmiş oğlu X32 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş qızı X24 adlı ailə üzvüləri qalmışdır. Nəsib Əkbərov və Dilarə Əsgərovanın vəfatından sonra isə 1959-cu il təvəllüdlü oğlu Ərizəçi, 1962-ci il təvəllüdlü oğlu Maraqlı şəxs2 və 1964-cü il təvəllüdlü qızı Maraqlı şəxs3 adlı ailə üzvüləri qalmışdır. Vərəsələrdən Maraqlı şəxs3 və Maraqlı şəxs2 miras açılandan sonra nə qanunla müəyyən edilmiş müddətdə mərhum Z.Əsgərovadan qalan mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişlər nə də ki, miras əmlakdan istifadə etməmişlər. Maraqlı şəxs3 və Ərizəçi notariat ofisinə yazdığı ərizələrdən də aydın olur ki, onlar mərhum nənələri X11 məxsus olan bütün miras qalmış əmlakdan onlara çatası payı bilərəkdən qəbul etməmişlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. Həmçinin mərhum Züleyxa Əsgərova öz sağlığında nəvəsi Ərizəçi ona baxmasına görə özünə məxsus olan torpaq sahəsinin və mülkün ərizəçinin adına keçirilməsini xahiş etmiş və bu barədə Mollacəlili kənd nümayəndəsinin müavininin və digərlərinin iştirakı ilə akt da tərtib etmişlər. Ərizəçi mülkiyyət hüququnun əmələ gəldiyi andan mərhum nənəsi Z.Əsgərovadan miras qalmış Göygöl rayonunun Mollacəlili kəndində yerləşən 0.09 ha torpaq sahəsinə sahiblik edir. Bu səbəbdən də vərəsə kimi miras qalmış torpağa dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizə mərhum X2 və X13 miras qalmış 0.09 ha torpaq sahəsinin üzərində inşa edilmiş evə dair mirasın qəbul edilməsi hissəsində təmin edilə bilməz. Belə ki, mərhum X4 və X19 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış və qeyd olunan evə dair onların adına heç bir hüquqmüəyyənedici sənəd işlənilməmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, mərhum X3 (JN- 095F saylı, KOD 50812018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) miras qalmış Göygöl rayonunun Mollacəlili kəndində yerləşən 0.09 ha torpaq sahəsinə dair vərəsəliyin və mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. X3 (JN-095F saylı, KOD 50812018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) miras qalmış Göygöl rayonunun Mollacəlili kəndində yerləşən 0.09 ha torpaq sahəsinə dair vərəsəliyin və mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-126/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-126/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver