Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1260/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı “vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı “vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 25 may 2022-ci il tarixdə vəfat etmiş mərhum atası X2 və 02 iyul 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X4 vərəsəsi tanınması, 25 may 2022-ci il tarixdə vəfat etmiş mərhum atası X1 və 02 iyul 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X3 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnamədə göstərilən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 091F KOD 508000338 saylı Şəhadətnamədə göstərilən) 0,17 ha torpaq sahələrini və mərhum atası X1 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi, mərhum atası X1 və mərhum anası X3 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnamədə göstərilən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F KOD 508000338 saylı Şəhadətnamədə göstərilən) 0,17 ha torpaq sahələrinə və mərhum atası X1 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə onun tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi imzalanmamış (imzalar surətdir), həmçinin iddiaçı mirasın qəbul edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddiaçı miras əmlaka vərəsəlik hüququnun tanınması barədə iddia irəli sürsə də mirasın qəbul edilməsi üçün ilkin olaraq notariat kontoruna müraciət etməmiş, notariat kontorunun onun mirası qəbul etməsini rəsmiləşdirməsindən imtina etməsi barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin geri qaytarılması göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev İş № 2(066)-1260/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi tələbinə dair ərizəsininin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа baxılır. Prosessual hərəkət saat 16:35-də başladım. İşə baxan hakim olaraq ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 16:45-də başa çatdırdım. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1260/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1260/2024
24.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver