Məhkəmə qərarları › İş №2(066)-1262/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1262/2023

24.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1262/2023 24.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs1ndə Notariat Ofisi və ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «vərəsə tanınma, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka dair mülkiyyət hüququnun tanınması» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs1ndə Notariat Ofisi və ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «vərəsə tanınma, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka dair mülkiyyət hüququnun tanınması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 309.1-ci maddəsinə əsasən, hüqüqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırkı işdən isə görünür ki, ərizəçinin faktiki yaşadığı ünvanı “ünvan 1adığı yer üzrə verilməmişdir. Göründüyü kimi, ərizəçi hazırki tələblə bağlı Samux Rayon Məhkəməsinə müraciət etməli idi. MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs1ndə Notariat Ofisi və ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «vərəsə tanınma, miras əmlaın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka dair mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılmasında nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar