Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1262/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi maraqlı şəxslər Göygöl Rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” nə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxslər Göygöl Rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1091A, KOD-50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum həyat yoldaşı X1 miras qalmış 0.05 ha torpaq sahəsinə dair mirası qəbul etməyi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2 və 1.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Göygöl rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(066)-132/2009 saylı qətnamənin surətindən görünür ki, Göygöl şəhərinin 1 May məhəlləsinin üst hissəsində yerləşən və X2 mülkiyyəti olan 0,06 ha torpaq sahəsi ideal qaydada onun qanun üzrə vərəsələri arasında bölüşdürülməsi, həmin torpaq sahəsinə hər birinə 1/5 paylarla X3, X4, Ərizəçi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 mülkiyyət hüququ tanınması qət edilmişdir. Həmçinin ərizənin məzmunundan görünür ki, ərizəçinin bu tələbi irəli sürməkdə hüquqi marağı miras əmlakda onun payının müəyyən edilməsidir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan və eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilinmədiyindən belə bir hüquqi əhəmiyyətili fakta məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizəçi maraqlı şəxslər Göygöl Rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi”nə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İş üzrə Ərizəçi tərəfindən "xxxx" ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, qəbzin nömrəsi 27598, sənədin FİN kodu xxxxxxx, terminal nömrəsi Ko183011 ilə Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən Ərizəçi geri qaytarılsın. Ərizə ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1262/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan Ərizəçi maraqlı şəxslər Göygöl Rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” nə dair iddia ərizənin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 10:40-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilməsindən imtina edilməsi və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:50-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1262/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1262/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver