Məhkəmə qərarları › İş №2(066)-1262/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1262/2025

20.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1262/2025 20.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 X3 qarşı “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.Ərizəçi xx.xx.1975-ci ildən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Zod Təmir Tikinti İdarəsində (SMU) və xx.xx.1989-cu ildən xx.xx.2000-ci il tarixədək Xanlar rayon 162 saylı X4 yük qaldıran işləmişdir. Lakin pensiya təyin edilərkən xx.xx.1975-ci ildən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Zod Təmir Tikinti İdarəsində (SMU) və xx.xx.1989-cu ildən xx.xx.2000-ci il tarixədək Xanlar rayon 162 saylı X4 yük qaldıran işləməsi nəzərə alınmamış, ona yaşa görə müavinət təyin edilmişdir. Hazırki halda qeyd edilən illərə dair əmək kitabçası olmamasını nəzərə alaraq iş stajı faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə icraat:

2. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1975-ci ildən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Zod Təmir Tikinti İdarəsində (SMU) və xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək Xanlar rayon 162 saylı X4 yük qaldıran işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində olan texniki səhvə düzəliş edilməsini xx.xx.1975-ci ildən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Zod Təmir Tikinti İdarəsində (SMU) və xx.xx.1989-cu ildən xx.xx.2000-ci il tarixədək Xanlar rayon 162 saylı X4 yük qaldıran işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Zod təmir tikinti İdarəsində (SMU) yük qaldıran (kranovşik) işləyib. 1988-ci ildə məlum hadisələrdə sonra Azərbaycan Respublikasına gəlib və yenə də peşəsi ilə xx.xx.1988-ci ildən xx.xx.1998-ci il tarixədək Xanlar rayon 162 saylı X4 yük qaldıran (kranovşik) işləyib. Hazırda onun 71 yaşı var. Ona pensiya təyin edilsə də pensiyası əmək pensiyası kimi sosial pensiya təyin edilib. O, 1988-ci ildə Ermənistandan gələn vaxtı ona məxsus əmək kitabçası orada qalıb. xx.xx.1988-ci ildən xx.xx.1998-ci il tarixədək Xanlar rayon 162 saylı X4 işləməyi barədə aidiyyəti üzrə arxivə müraciət etsə də, ona cavab verilib ki, müəssisənin sənədləri arxivə təhvil verilməyib.Yuxarıda qeyd etdiyi kimi o, 23 il zərərli peşə olan yük qaldıran (kranovşik) işləsə də əmək kitabçası və arxiv sənədləri olmadığı üçün onun işlədiyi illər nəzərə alınmır və buna görə də ona yaşa görə əmək pensiyası yox, sosial pensiya hesablanır. O, 23 il zərərli işdə işləyib, həyatı hər an təhlükədə olub, buna baxmayaraq hazırda hüquqlarını həyata keçirə bilmir. Qeyd olunanları yalnız məhkəməyə gətirəcəyi iş yoldaşları təsdiq edə bilərlər. Həmin şahidlər aşağıdakılardır: X8, Şahid2, Şahid3, Şahid4, Şahid1, X12, X13 və Şahid5. O, qeyd olunan faktı başqa yolla təsdiq etdirə bilmir, ona görə də məhkəməyə müraciət edib.

5. Maraqlı şəxs “Elektron məhkəmə” nsistemi vasitəsi ilə ərizəyə qarşı etiraz ərizəsi göndərərk bildirmişdir ki, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda məhkəmənin qanuni qüvvəsini almış qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə ifadə verən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər.

6. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o,1972-ci ildə hərbi xidmətə gedib, 1974-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra, 1988-ci ilədək Basarkeçər rayonunda 30-a yaxın binanın tikinti işlərində iştirak edib. Əmək kitabçası isə məlum səbəblərə görə orada qalıb. 1988-ci ilin martında o, Basarkeçər rayonunda olub. O, arxivə müraciət edib, həmin müəssisənin arxiv arayışları arxiv idarəsində yoxdur. Xanlar arxivinin yanması səbəbi ilə ona aid olan arxiv arayışları orada yoxdur. Arxivin yanmasına dair hazırda əlində heç bir sənəd yoxdur. Ərizədə qeyd etdiyi şahidlər onun hər iki müəssisədə iştirak etdiyini təsdiqləyə bilərlər. 7.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 çıxış edərək bildirdi ki, Ərizəçi ilə 1995-ci ilə qədər biryerdə işləyiblər. İdarədə slesar vəzifəsində işlədiyini, Məzahiri icra hakimiyyətinə gələndə gördüyünü bildirdi. Dəqiq vaxt xatırlamadığını qeyd etdi. Xanlar Mexanikləşdirmə İdarəsindən xüsusi şərtlərlə çıxdığını bildirdi. Hazırda əmək pensiyasında işlədiyi dövrün nəzərə alındığını bildirdi. Onu da qeyd etdi ki, Məzahirin əmək kitabçası arxiv yandığına görə yoxdur. 8.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 çıxış edərək bildirdi ki,1980- 1981-ci illərdə Şəmkir su Elektrik stansiyasını tikilməsində işləyib. 1989-cu ildən 2000-ci ilə qədər Xanlar Mexanikləşdirmə İdarəsində baş idarənin müdiri vəzifəsində işləyib. 1990-cı ildən isə obyektin tikintisinə başlanılıb. İşlədiyi müddətin əmək pensiyası təyin edilərkən nəzərə alınmadığını bildirdi. Məzahirin həmin müddətdə işlədiyini təsdiq etdi. 9.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 çıxış edərək bildirdi ki,1981ci ildən Tresdə sürücü işləyib. Ali təhsilli olduğuna görə Ermənistan qaçqınları gələndən sonra mexanik vəzifəsinə təyin edilib. Məzahir Ermənistandan qaçqın olaraq gəlib burada yerləşib. Özü 1988-ci ildən kran mütəxəssisi işləyib. Məzahir də həmin vaxtdan yük qaldıran (kranovşik) işləyib. 1995-ci ildə idarə dağılanadək biryerdə işləyiblər. Əmək kitabçası var və əmək pensiyası təyin edilərkən işlədiyi müddət nəzərə alınıb. Məzahirin ərizədə qeyd edilən müddətdə idarədə işlədiyini təsdiq etdi. 10.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 çıxış edərək bildirdi ki, Məzahir ilə bir kəndli olublar. Basarkeçər rayonu 2 nömrəli Avtobaza deyilən yerdə biryerdə işləyiblər. Məzahir 1983-cü ildən 1988-ci ilə qədər yük qaldıran işləyib. Əmək pensiyası təyin edilərkən işlədiyi müddətin nəzərə alınmadığını qeyd edir. 11.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 çıxış edərək bildirdi ki, bir kəndli olublar. Məzahir Zod kəndində Qızıl mədəni deyilən yerdə yük qaldıran işləyib. Təxminən 1973-1974-cü illərdən işləyib. Əmək pensiyası təyin edilərkən işlədiyi müddət nəzərə alınıb. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 X1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün sayır.

Tətbiq edilən hüquq: 13.Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının: 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;

15. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı Qərarı: Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

16. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (bundan sonra-Fond) daxil olmuş ərizələrinə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından Ərizəçi ünvanlanmış məktubda bildirilir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən onlara xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarxinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesablarının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onlara avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə uyğun olaraq bildirilir ki, sığorta stajlarını təsdiq edən zəruri sənədlərin (əmək kitabçası, təhsil haqqında diplom və hərbi bilet) əslini və ya notariat qaydada təsdiq olunmuş surətlərini DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətləri əsasında yaşa görə əmək pensiyası hüquqlarına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.

18. Göygöl Rayon Dövlət Arxivindən alınmış arayışda bildirilir ki, Xanlar rayon 162 saylı X2 sənədləri Göygöl rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Bu səbəbdən də Ərizəçi 1988-1997-ci illərdə iş stajı barədə məlumat vermək mümkün olmamışdır.

19. Göygöl rayon Dövlət Arxivi tərəfindən Göygöl rayon Məhkəməsinə göndərilmiş məktubda bildirilir ki, Xanlar rayon 162 saylı X2 1988-1998-ci illərə aid əmr kitabları, əmək haqqı cədvələri və iş stajı ilə bağlı digər sənədlər Göygöl rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Odur ki, Ərizəçi işləyib işləməməsi barədə məlumat vermək mümkün olmamışdır.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin (26 sentyabr 2006-cı ilədək qüvvədə olmuşdur) 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. İİİ bölmə bənd 16ya əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Bənd 17-yə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). 22.“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 23.Məhkəmə qeyd edir ki, istər ərizəçinin təqdim etdiyi arayışdan, istərsə məhkəmə araşdırılması zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən arxiv arayışında Göygöl rayonu Dövlət arxivində yanğın (və ya hər hansı fəlakət) olması qeyd edilməmiş, ərizəçinin işlədiyini iddia etdiyi Xanlar rayonu 162 saylı X2 sənədlərinin təqdim edilmədiyi qeyd edilmişdir. Bu hal yuxarıda qeyd edilən Əsasnamənin 16-cı bəndinə əsasən iş stajını müəyyən edən sənədlərin arxivə verilməsini istina edən halların olmadığını əks etdirir.

24. Digər tərəfdən məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında ərizəçinin 162 saylı Xanlar səyyar dəstədə nə zamandan işləməsini bilmədiyini, həmin səyyar dəstənin 1995-ci ildə ləğv edildiyini və həmin vaxta kimi Ərizəçi orada işlədiyini, Şahid2 162 saylı Səyyar Dəstədə müdir işləməsini, Ərizəçi 2000-ci ilədək həmin müəssisədə işlədiyini, onun özünə münasibətdə də həmin müəssisədə işlədiyi illərin pensiya təyini zamanı nəzərə alınmadığını bildirmişlər. Qeyd edilənlər ərizəçinin işlədiyini iddia etdiyi xx.xx.1089-cu ildən xx.xx.2000-ci ilədək işləməsinə dair şahid ifadələrinin ziddiyyətini əks etdirir.

25. Habelə, məhkəmə araşdırılması zamanı şahid qismində dindirilən Şahid4, Surxay Ərizəçi Mustafayevlə birlikdə Basarkeçər rayonunda işlədiklərini bildirsə də məhz hansı illərdə Ərizəçi işləməsi və müəssisənin adı barədə məlumat verə bilməmişlər. Bu hal 01.011975- xx.xx.1988-ci illərə dair Ermənistan Res Zod Təmir Tikinti İdarəsində (SMO) dair Ərizəçi işləməsinə dair natamam ifadə kimi qiymətləndirilir.

26. Məhkəmə araşdırılması zamanı şahid kimi dinlənilən Şahid3 ifadəsində M,Mustafayevin qaçqın gəldikdən 1995-ci ilədək onunla eyni müəssisədə işləməsinə, ona pensiya təyini zamanı qeyd edilən illərin staj kimi nəzərə alındığını bildirmişdir.

27. Məhkəmə qeyd edir ki, təqdim edilən şahid ifadələri ərizəçinin qeyd edilən müəssisədə işləməsinə dair sübut kimi qəbul ediləcək məqbul ifadələr verməmiş, yalnız bir şahid ifadəsi bunu əks etdirmişdir. Habelə, ərizəçi 2000-ci ilədək Xanlar 162 saylı Tikinti dəstədə işlədiyini bildirsə də şahid ifadələrində 1995-ci ildə həmin müəssisənin ləğv edildiyi müəyyən edilmişdir. 28.Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. 29.Beləliklə məhkəmə sübutları qiymətləndirirmiş və hesab edir ki, hazırki iş üzrə ərizəçi tərəfindən təsdiq edilməsi xahiş edilən iş fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, ərizə təmin edilməməlidir. 30.Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

Ərizəçi iş faktının təsdiqi barədə ərizəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar