Məhkəmə qərarları › İş №2(066)-1268/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1268/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1268/2025 26.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qızıdır, 1975-ci ildə doğulmuş, valideynləri ilə birlikdə onlara məxsus evdə yaşamış, qısa evlilik həyatı olsa da sonradan valideynlərinə məxsus evə qayıdaraq orada yaşamışdır. 2025-ci ilin mart ayında İddiaçı yaşadığı evdən qovulmuşdur. Hal-hazırda həmin mənzilə köçürülmə üçün məhkəmədə iddia qaldırıb.

Məhkəmədə icraat:

2. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun doğma anasıdır. ünvan 2 ünvanında yerləşən yaşayış evi anası Cavabdeh mülkiyyətindədir. O, qeyd olunan evdə yaşamış və həmin evdə böyüyüb boya-başa çatmışdır və hazırda da həmin evdə pasport qeydiyyatındadır. Buna baxmayaraq cavabdeh onu qeyd olunan mənzildən istifadə etməklə yaşamağına imkan vermir, 2025-ci ilin mart ayından onu evdən qovub. Hazırda o, kirayədə yaşayır, aldığı əmək haqqını kirayə pulunu belə ödəmir. 4.Cavabdeh xx.xx.2025-ci il tarixdə Göygöl rayon Məhkəməsinə etiraz ərizəsi ilə müraciət etmişdir. Ərizədə bildirilir ki, İddiaçı ona qarşı iddia arizəsi ilə məhkəməyə müraciət edib, ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası kimi ona istinad etmişdir ki, həmin evdə yaşamış və həmin evdə böyüyüb boya-başa çatmışdır. Hazırda da həmin evdə pasport qeydiyyatındadır. Tərəfindən onun qeyd olunan mənzildən istifadə etməklə yaşamağına imkan vermir və 2025-ci ilin mart ayından onu evdən qovmuşdur. Hazırda kirayədə yaşayır, aldığı əmək haqqı kirayə pulunu ödəmir. İddia ərizəsi Göygöl rayon Məhkəməsinin icraatına qəbul edilmiş va işin məhkəməyə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı iddia tələbinin əsası kimi göstərdikləri yanlışdır, məqsədinə uyğun düzməcədir və həqiqəti əks etdirmir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi anası mərhum X4 tərəfindən ona 1989-cu ildə bağışlamış, 22 sentyabr 1989-cu il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış və həmin vaxtdan xüsusi mülkiyyətindədir. Həmin evə 7-8 ildən sonra, həyat yoldaşı xidmətini başa çatdırandan sonra köçüblər. Həmin vaxta kimi həyat yoldaşı ayrı-ayrı rayonlarda polis rəisi işlədiyindən birində 10, digərində 5 və s. olaraq müxtəlif rayonlarda yaşamaqla, son olaraq Goranboy rayonunda yerləşən evdə yaşayıblar. İddiaçı övladıdır və xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi həmin evdə böyüyüb, boyabaşa çatmasına dair qeyd etdikləri ağlabatan olmadığı bəlli və doğru deyildir. Ev ona bağışlanandan və ona mülkiyyət sənədi alandan bir müddət sonra qeydiyyatını həmin ünvana dəyişmişdir va övladlarının, həmçinin iddiaçının ünvanını da həmin evə yazdırmışdır. Lakin övladlarının qeydiyyatları istifadə hüququ verilmədən aparılmışdır və sonradan da heç birinə həmin evdə istifadə hüququ verməmişdir. İddiaçı 2001-ci ildə Gəncə şəhər sakini Seyhun Mədətova ərə getmiş və ərinin yaşadığı Gəncə şəhərindəki ünvana köçmüşdür. Bir ildən sonra 2002-ci ildə Gəncə şəhərində yaşadığı ünvanda qızı X5 dünyaya gəlmişdir. Bir müddət Gəncə şəhərində ər evində yaşadıqdan sonra Rusiya Federasiyasına köçmüşlər və uzun müddət Moskva şəhərində yaşayıblar. X11 Rusiya Federasiyasının vətəndaşıdır. 2005-ci ildə boşanmışlar. Ər evinə köçdüyü üçün 2001-ci ildə evindəki ünvandan çıxarılmış və köçdüyü yeni ünvan üzrə qeydiyyata alınmışdır. Lakin 2 ildən sonra mülkiyyətində olan evə hansı üsulla təkrarən qeydiyyata alındığı və uşaqlarını da qeydiyyata saldığından məlumatı olmamışdır. O, boşanandan dərhal sonra 2006-cı ildə Aydın Fərzəliyevlə evlənmişdir. X6 rayonunda anadan olmuş, Rusiya Federasiyasının Moskva şəhərində daimi yaşamaqla RF-nın vətəndaşıdır. İddiaçı Aydın Fərzəliyevlə rəsmi nikaha daxil olmuş, onunla birgə Moskva şəhərində yaşamaqda davam etmiş və nikahlarından 16 may 2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Aydın Fərzəliyev rəhmətə getmişdir. İddiaçı oğlu X3 ilə birgə ərindən miras qalmış Moskva şəhərində olan mənzildə yaşamaqda davam etmişlər. İddiaçı bütün keçən illər ərzində övladı olaraq qonaq kimi evinə gəlib-getmiş, lakin yaşamamışdır. 2001-ci ildə ər evinə köçəndən sonra, həmin evdə ona məxsus heç bir əşyası olmamış və yoxdur. Son illər Moskva şəhərində olan mənzilini kirayə verib, uzun müddətə gəlmiş və Göygöl rayonunda kirayədə qalmışdır. İddiaçı 2025-ci ilin mart ayının sonlarında yanına gəlmiş, kirayədə çətinlik çəkdiyini, evinə köçüb, onunla qalmağını istədi. O da rədd edib. Bununla bağlı aralarında mübahisə zamanı evində qeydiyyata düşdüyü məlum olub. Ondan qeydiyyatdan çıxmağını, həmçinin ondan xəbərsiz evinə qeydiyyata saldırdığı övladını qeydiyyatda çıxarmasını tələb edib. İddiaçı Gülnar qeydiyyatdan çıxmaqdan imtina etdiyindən, bu barədə polisə müraciət, daha sonra da məhkəmədə iddia qaldırmışdır. İşə baxılmasına əngəl olmaq məqsədi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Göründüyü kimi İddiaçı köçürülməsi iddia etdiyi evdə qeydiyyatı 2001-ci ildə başqa ünvana köçdüyündən formal xarakter daşımışdır. Heç vaxtı həmin evdə ona istifadə hüququ verilməmiş və bu hüquqa malik olmamışdır.İndidə ondan kirayə haqqı (nədənsə həmçinin əmək haqqı) qismində kompensasiya almaq niyəti ilə hazırkı iddianı qaldırmışdır. Məqsədi "evə köçürülməklə, dolayısı evdə istifadə hüququnu əldə etməklə" buna nail olmaqdır.Göründüyü kimi İddiaçı iddiasın heç bir hüquqi əsası yoxdur. Əksinə mülkiyyətçi olaraq, hüququnun məhdudlaşdırılmasına yönələn əsassız tələbdir. Ona görə də qeyd olunanların nəzərə alınmağını və iddianın rədd olumasını xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, onun beş yaşı olanda atası qeyd olunan evi alıb. Nənəsi də həmin evi öz qızına, yəni anasına hədiyyə edib. Atasının ölümündən sonra anası bacısına vəsiyyətnamə yazıb. O, illərlə onlarla birlikdə yaşamışdır, qohum və qonşular buna şahiddirlər. Atası ona etibarnamə ilə hər şeyini ona verməsinə razılıq vermişdir. Halbuki, atasının adına heçnə yoxdur. O, hazırda imkansızlıqdan çox əziyyət çəkir və düşünür ki, o ev onun haqqıdır. Həmişə ailə üzvlərinin qulluğunda durub, yanlarında yaşayıb. Cavabdeh onun anasıdır. Atası 2 ildir, vəfat edib, o, mart ayından evdən çıxıb. Həmin evi dolandırmaq həqiqətən çətindir. Evin kommunal xərclərini belə çatdırıb, ödəyə bilmir. Vəsiyyətnamə hamıdan gizlin yazılıb. 2009-cu ildən də əvvəl o, həmin evdə yaşamışdır. Əvvəlki illərdə o, qısa müddətli evdən uzaq, hətda xaricdə də olmuşdur. Bacıları hamısı ailəlidir. Onlar öz ailələri ilə yaşayırlar. Ev 1980-ci ildə alınıb, onun onda 5 yaşı var idi. Onun şəkilləri var, hansı ki məlum olur ki, o, uşaqlıqdan o evdə yaşamışdır. 6.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, Gülnar xanımı 2003-cü ildən tanıyır. Gülnar xanım ilə qonşu olublar, aralarında 6 ev var. Onlar işə gedərkən birlikdə gedib, gəliblər. Məlumdur ki, Gülnar xanım orada yaşayıb. Keçən il Gülnar xanım onların məktəbinin yanına kirayə köçüb. Gəlməsinə səbəb anası olub, ona elə gəlirki anası biraz yaşlanıb, kobudluq edir. Hazırda anası o evdə yaşamır, o evin işıqları daimi keçili olur. Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

8.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30-cu maddəyə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

10.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 11.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. 12.İşin mübahisəsiz halı ünvan 9 yaşayış evinin cavabdeh Sevil Babayevinin mülkiyyətində olması və İddiaçı onun qızı olmasıdır.

13. Məhkəmə araşdırılmasının predmeti İddiaçı məhz valideyni olan Cavabdeh məxsus evdə yaşaması və sonradan onun mənzildən çıxarılaraq oradan istifadə hüququnun məhdudlaşması halıdır.

14. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ünvanlanmış məktubda qeyd edilir ki, ünvan 9 yaşayış evi Xanlar rayon dövlət notariat kontorunun xüsusi notariusunun 15 sentyabr 1989-cu il tarixli, r10-35-01 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 tərəfindən Cavabdeh bağışlanmış və ona 22 sentyabr 1989-cu il tarixli, 356 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

15. Göygöl rayon İHB-nın Göygöl şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, həqiqətən İddiaçı ünvan 10 ünvanda 2003-cü il tarixdən xx.xx.2025ci il tarixədək göstərilən ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Hal-hazırda həmin ünvanda qeydiyyatdadır. 16.Göygöl rayon Məhkəməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş 22 sentyabr 1989-cu il tarixli, 356 nömrəli qeydiyyat vəsiqəsinin surətinin məhkəməyə göndərilməsi barədə məktubuna cavab olaraq bildirilmişdir ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi Xanlar rayon notariat kontorunun notariusunun 15 sentyabr 1989-cu il tarixli r10-35-01 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 tərəfindən Cavabdeh bağışlanmış və sonuncunun adına 22 sentyabr 1989-il tarixli, 356 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məlumat üçün bildirilir ki, qeydiyyat vəsiqəsi bir nüsxə tərtib edilərək vətəndaşa təqdim edildiyindən arxivdə nüsxəsi saxlanılmamışdır.

17. İddiaçı mülkiyyətçinin qızı olmaqla istər Mülki Məcəllənin 228, istərsə də Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən fərdi yaşayış evindən istəfadə hüququna malik olmuşdur. İstifadə hüququ qanundan irəli gələrək hər hansı məhrumiyyətlərə məruz qalmamışdır.

18. İddiaçının istifadəçisi olduğu fərdi yaşayış evindən çıxarılması yuxarıda qeyd edilən iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Cavabdehin fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçını evdən çıxartması, onu evə qoymaması mülkiyyət hüququnun MM-nin 152-ci maddəsi üzrə məhdudiyyət tələbləri həddinə zidd hesab olunur. Belə ki, MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilən mövqeyə əsasən “MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür.

20. Belə olan halda İddiaçı Cavabdeh qızı olması, onunla ailə üzvü kimi yaşaması və fərdi yaşayış evindən istifadə hüququnun olması nəzərə alınaraq İddiaçı mənzilə köçürmə iddiası əsaslı hesab edilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

22. Beləliklə, məhkəmə işin bütün hallarını qiymətləndirərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 9 yaşayış evinə köçürülməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiа təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 9 yaşayış evinə köçürülsünlər. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar