Məhkəmə qərarları › İş №2(066)-13/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-13/2024

28.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-13/2024 28.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və cavabdehin Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 evin 0,06 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0,02 hektar sahəsinin üzərində hörülmüş hasarın və eləcədə zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülərək torpaq sahəsinin qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə Xanlar rayon ərazisindən 0,06 hektar torpaq sahəsi mülkiyyətinə verilmiş və adına JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi ünvan 1 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsidir. Torpaq sahəsinə bitişik ərazidə cavabdehə məxsus iki mərtəbədən ibarət obyekt yerləşir və xeyli müddət bundan əvvəl 0,06 hektar torpaq sahəsinin 0,2 hektarı cavabdeh tərəfindən zəbt edilərək hasara alınmış və həmin ərazidə tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehə müraciət edib zəbt etdiyi torpaq sahəsini özünə qaytarmasını tələb etməsinə baxmayaraq cavabdeh könüllü olaraq torpaq sahəsini özünə qaytarmaqdan boyun qaçırmışdır. Ona görədə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli əraziyə ilk dəfə ekspertiza təyin edilən vaxt, ekspert gəlmiş və onun yaşadığı torpaq sahəsini ölçmüş və o şəhadətnaməsini ekspertə göstərmiş və həmin vaxt ekspert torpaq sahəsinin İddiaçı oğluna aid olduğunu bildirmişdir. Bundan sonra isə ekspert rəy verərkən torpaq sahəsinin 0.541 ha hissəsinin, cavabdeh deyil digər şəxs tərəfindən zəbt edilməsini bildirmişdir. O hakim Eyyub məllimdən təkrar gəlib yoxlanmasını xahiş etmişdir. Belə ki, evlər köhnə evlərdir və qonusu ilə onun arasından çay axır və nə o, nə də qonşusu torpağı zəbt edə bilməz. Həmçinin qarşı qonşusu ilə də eyni qaydada zəb etdilə bilməz. Cavabdeh ilə onun arasında olan torpaq təzə tikilən zabordur. O öz torpaq sahəsini və yaşadığı yeri bilir və onun orada ağacı olmuşdur. O həmin evdə böyümüşdür və zəbt olunan yeri bilir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ona 95 manat pul ödənməsini və ekspertin gəlib ərazini ölçməsini bildirmişlər. Gəlib əraziyə baxış keçirilmiş və şəkilləri çəkilmiş, bundan 3 gün keçdikdən sonra ərazinin zəb olunması, lakin Cavabdeh tərəfindən zəbt olunmaması bildirilmişdir. O torpağına çıxarış alarkən onun torpağının 4.5 sot olması 1.5 sotunun olmaması bildirilmiş, o həmin torpağın necə olmamasını soruşduqda ona məhkəməyə müraciət edilməsini bildirilmişdir. O 14-15 ildir ki, torpağa görə pul ödəyir və torpaqla bağlı bütün işləri o görür. O torpağını istəyir. Ona dəymiş ziyanın ödənməsini istəyir. Onun qonşusu Xəyal bir həftəlik daşınmaz əmlaka müdir keçmiş, o Xəyalın qəbuluna getmiş və həmin vaxt o ona gedib məhkəməyə müraciət etməsini bildirmişdir. Bundan sonra Xəyal məüllim daşınmaz əmlakdan işdən çıxmış və o daşınmaz əmlaka müraciət etdikdə ona onun torpağının Xəyal məüllim tərəfindən zəbt olunması bildirilmişdir. İkinci dəfə ekspetiza təyin edildikdə Elmar müəllim əraziyə gəlmiş və əlinə bir çöp belə almadan birinci dəfə nə rəy verilmişsə onun doğru olması bildirilmişdir. Lakin o bununla razılaşmamış və Elmar müəllimə iradını bildirmişdir. Ondan ikinci dəfə ekspert rəyinin təqdim olunması üçün 95 manat pulun ödənməsi istənildikdə o bununla razılaşmamış və smeta xərcini ödəməkdən imtina etmişdir. Belə ki, zəbt olunan torpaq ona məxsusdur, zərərçəkən odur və ondan smeta xərci üçün pul ödənməsi tələb olunur. Bu səbəbdən o smeta xərcini ödəməmişdir. Əlavə olaraq bildirdi ki, o həmin torpaq sahəsində böymüş və bu səbəbdən torpağın Niyazi tərəfindən zəbt olunmasını bilmişdir. O Rövşən adlı şəxsin evinə köçmüş və evin sənədləri Rövşənin adınadır. Rövşən isə onun evinə köçmüş və həmin evlərin sənədləri isə onun adınadır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, o, həmin binanı 2008-ci il tarixdə almış və iddiaçının zabor çəkilmiş dediyi yer ondan neçə il əvvəl çəkilmişdir. O həmin evi aldıqda iddiaçı və ya onun valideyinləri tərəfindən gəlib ona heç bir irad bildirilməmiş və torpağın zəbt edilməsi deyilməmişdir. Hazırda Mirzə tərəfindən ev satılmış və ev satıldıqdan sonra o gəlib torpaq istəmişdir. İddiaçının qeyd etdiyi hasar Şəmsi tərəfindən çəkilmiş və onun tərəfindən də ev həmin qaydada alınmışdır. O evi həmin vəziyyətdə almış və bu günədək heç bir dənə kərpic belə olsun əlavə etməmişdir. Onlar Mirzə ilə 15 il qonşu olaraq yaşamış və həmin vaxt belə söz-söhbət olmamış, lakin Mirzə öz evini satdıqdan sonra gəlib hazırkı mübahisəni çıxarmışdır. Mirzə iddiaçı olsa da 95 manat pulu ödəməmiş ki, ekspert tərəfindən təkrar rəy verilsin və zəbtin kim tərəfin edilməsi müəyyən olunsun. Eskpertin onunla heç bir münasibəti və tanışlığı yoxdur və göründüyü kimi ekspert rəyində onun tərəfindən zəbt edilməməsi göstərilmişdir. Əlavə olaraq bildirdi ki, onun tərəfindən 2008-ci ildə həmin ərazidə obyekt kimi yer alınmış və yer alındıqdan sonra orada heç bir iş görülməmişdir. Xəyal iddiaçı Mirzə ilə qonşudur və orada təzə ev tikmişdir. Ekspert əraziyə baxış keçirərkən ekspert Xəyalın zəbt etdiyini demişdir. Əvvəlki ekspert rəyi ilə tanış olmuş və rəylə razıdır. Onun ümumi torpağı 5 sotdan çoxdur. Onların Mirzə ilə aralarında 3 metrlik hasar vardır və həmin hasar 1995-ci ildə tikilmişdir. Həmin hasarı Şəmsi adlı şəxs tutulmamışdan əvvəl tikdirmiş və o təxminən 2003-2005-ci illərdə tutulmuşdur. Əgər onun torpağının Mirzəyə aid olması tədiq olunarsa o torpağı verməyə hazırdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş olan JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarialt qaydasında təsdiqlənmiş surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müətəxəssis rəyindən görünür ki, İddiaçı tərtib olunmuş JN-3158A KOD 50801004 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha həyətyanı torpaq sahəsinin, Cavabdeh tərəfindən istifadə edilmədiyi muəyyən olunmuş, iddiaçının naturada təqdim etdiyi faktiki istifadə sahəsinə əsasən, JN-3158A KOD 50801004 saylı “Torpağa Mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha həyatyanı torpaq sahəsinin 0.541 ha hissəsinin, cavabdeh deyil digər şəxslərin istifadəsində olduğunun müəyyən olunmuş, JN-3158A KOD 50801004 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mövcud olan tikililərin kimin tərəfindən inşa edildiyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/164 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Sevindik Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı adına tərtib olunmuş JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi muəyyən olunmuş, iddiaçının naturada təqdim etdiyi faktiki istifadə sahəsinə əsasən JN- 3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha həyatyani torpaq sahəsinin 0.541 ha hissəsinin, cavabdeh deyil digər şəxslərin istifadəsində olduğunun müəyyən olunmuşdur. JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mövcud olan tikililərin kimin tərəfindən inşa edilməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş MH seriyalı ******* nömrəli çıxarışın və Daşınmaz əmkakın texniki pasportunun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Xanlar şəhəri Heydər Əliyev prospektində olan 0,02888 ha torpaq sahəsində yerləşən 35 nömrəli 5 girişli, 424.9 kv.m ümumi, 325.7 kv.m əsas, 99.2 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya qanuni istifadəsində olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. İşdə olan mütəxəssis və ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı adına tərtib olunmuş JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi muəyyən olunmuş, iddiaçının naturada təqdim etdiyi faktiki istifadə sahəsinə əsasən JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha həyatyani torpaq sahəsinin 0.541 ha hissəsinin, cavabdeh deyil digər şəxslərin istifadəsində olduğunun müəyyən olunmuşdur. JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mövcud olan tikililərin kimin tərəfindən inşa edilməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mübahisəli JN-3158A KOD 50801004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətinə olan torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi öz təsdiqini tapmadığından, hazırki iş üzrə cavabdehə münasibətdə iddia tələbi əsassızdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar