Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1314/2025 29.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və cavabdeh Göygöl Milli Parkının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Milli Parkına qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Göygöl Milli Parkına qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi və cavabdeh tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixindən başlayaraq işə bərpa olunduğu günə kimi aylar üzrə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 7 noyabr 2023-cü il tarixində Göygöl Milli Parkına mühafizə yegeri vəzifəsinə işə təyin olunmuş, əvvəl işə sınaq müddətinə götürülmüş, sonradan müddəti üç ay olmaqla işə götürən tərəfindən bağlanmış əmək müqavləsi işlədiyi 21 ay ərzində ardıcıl olaraq bir neçə dəfə hər üç aydan bir internet üzərindən SİMA proramı vastəsilə imzalanraq uzadılmışdır. Bir mühafizə yegeri olaraq ona həvalə olunmuş təbiət ərazisini, onun flora və faunasının qorunmasını təmin etmiş, bununla yanaşı rəhbərliyin şifahi tapşırığı əsasında bələdçilərə kömək məqsədilə milli parkın giriş postuna mövsümü aylarda növbəli şəkildə təhkim olunmuşdur. Burda da üzərinə düşən vəzifəni ləyiqincə yerinə yetirmiş, işinə daima məsuliyyətlə yanaşmış, heç bir qanun pozuntusuna yol verməmişdir. 01 avqust 2025-ci il tarixində saat 13-50 radələrində Göygöl Milli Parkının giriş postunda “PressXəbər” TV-nin əməkdaşının apardığı çəkilişlə əlaqədar bildirir ki, həmin vaxt nahar fasiləsində olmuş, arxa otaqda naharını etdiyi üçün həmin əməkdaşla danışıq və əlaqəsi olmamışdır. Həmin xəbər portalının əməkdaşının nəğd pulları olmadığından və POS-terminal işləmədiyindən postda növbədə olan əməkdaşlardan keçid haqqının kiminsə bir bank kart hesabına nəğdsiz ödəniş etməklə parkın ərazisinə keçmələrini xahiş etmişlər. Beləlikə milli parkın bələdçisi X1 hesabına “PressXəbər”-in əməkdaşı 10 (on) manat pul köçürmüş, həmin 10 (on) manat bələdçilər tərəfindən yerində ödəniş qəbzi yazılaraq milli parkın hesabına mədaxil edilmiş, heç bir mənimsəmə halına yol verilməmiş və bir daha bildirir ki, arxa otaqda nahar fasiləsində olduğu üçün onun bu proseslərdə heç bir vasitəçiliyi olmamışdır. Həmin çəkliş “YouTube”-da yayımlandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində və tabeli qurumu olan milli parkların baş idarəsidə-X3 Xidmətində (BMQX) dərhal böyük narazılıq yaratmış və onların təkidilə həmin vaxt giriş postunda növbədə olan işçilərin izahatı Göygöl Milli Parkın direktoru Nümayəndə tərəfindən alınmışdır. Göygöl Milli Parkının direktoru Nümayəndə BMQX-nin rəisi X.Mirzəyevə göndərdiyi xidməti məruzəsində onun da adı hallanmış və müddətili əmək müqaviləsinin bitmə müddəti həmin vaxta təsadüf etdiyindən yenidən uzadılmasına razılıq verilməmişdir. AR-nin Əmək Məcəlləsinin 68.2 (b) bəndi- müddətli əmək müqaviləsinin müddətinin bitməsi göstərilərək onunla bağlanan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş, ancaq işdən çıxarılma barədə heç bir səbəb göstərilməmişdir. Milli parkın direktoru Nümayəndə BMQX-in rəisi Xaliq müəllimə göndərdiyi xidməti məruzəsi işdən azad olmasına bilavastə səbəb olmuş, ancaq əmrdən çıxarışda heç bir səbəb bildirilməmiş, yalnız əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Yusif müəllimin xidməti məruzəsinin qaralama yazısının sürətini iddia ərizəsinə faktın sübutu kimi əlavə edir. Onu da bildirir ki, əmək müqaviləsinə xitam veriləcəyi barədə arayış ona xx.xx.2025-ci il tarixində verilsə də ancaq verilmə tarixi xx.xx.2025-ci il göstərilmişdir. Dərhal əmisi Fazil Quliyevlə birlikdə Bakı şəhərində BMQXnin rəisi Xaliq Mirzəyevin xx.xx.2025-ci il tarixində qəbulunda olmuş, ona qarşı olan haqsızlığı ona bildirmiş, həmin çəkiliş zamanı nahar fasiləsində olduğunu, çəkilişdə heç bir kadrda görünmədiyini, jurnalistlə əlaqəsi olmadığını, onun kart hesabına pul ödənilmədiyini və bu işlərdə ümumiyyətlə onun qətiyyən rolu olmadığını bildirmiş və ərizə ilə işin yenidən araşdırılmasını xahiş etmişdir. Xaliq müəllim ərizəni götürməsə də işin yenidən araşdırılacağına söz vermiş, ancaq əməli tədbir görülməmiş və beləcə bir dəfə də olsun əmək intizamını pozmadan, xəbərdarlıq, töhmət almadan işindən azad olunmuşdur. Onu da bildirir ki, mühafizə yegerinin giriş postunda vəzifəsi gələn turistləri hörmətlə və nəvazişlə qaşılamaq, maşında neçə nəfər olduğuna nəzarət etmək, şlaqbaumu açıbbağlamaqdan ibarətdir. Giriş postunda adam sayına görə ödəniş qəbzinin (talonun) yazılmasına, ödənişə və toplanan pullara bələdçilər məsuliyyət daşıyır ona görə ki, qəbz bələdçilər tərəfindən qəbul olunur və pulla birgə bir nüsxəsi idarəyə təhvil verilir. Bu hadisədən dərhal sonra həmin çəkiliş “YouTube”dan silinmiş, çəkilişi telefonuna endirmiş, faktın sübutu kimi məhkəməyə təqdim edə bilər. Əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalıdır. Milli parklar dövlət büdcəsindən maliyyələşən daima mühafizə və xidmət göstərən müəssisədir, əmək müqaviləsi nəyə gorə məcburi qaydada üç aylıq müddətə bağlanmalıdır başa düşə bilmir. Tərəflərin hüquq və bərabərliyi prinsipinə əməl etmədən, onların qarşılıqlı razılığı olmadan və nəzərə alınmadan işəgötürən tərəfindən əmək müqaviləsinin müddətli bağlanması və lazım gələndə ləğv edilməsi qanuna ziddir. Eyni zamanda bildirir ki, Xocalı rayonundan məcburi köçkündür, atası ilə birgə yaşayır, iki yaşdan kiçik iki qız övladı var, atası müharibə veteranıdır, İİ qrup əlildir, anası da milli münaqişə zəminində İİ qrup əlildir, qardaşı BDU-nin əyani söbəsinin tələbəsidir. Sosial vəziyyətinin çətinliyini və cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarılmasının nəzərə alınmasını və işdən çıxarıldığı gündən işə bərpa olunan günə kimi aylar üzrə əmək haqqının cavabdeh tərəfindən ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Bundan sonra iddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Göygöl Milli Parkının direktorunun xx.xx.2025-ci iltarixli 97 saylı İnzibati aktının ləğv edilməsini, onun öz işinə bərpa olunması və işdən məcburi çıxarıldığı gündən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, o işə bərpa və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının ödənilməsi barədə xx.xx.2025-ci il tarixində iddia ərizəs ilə Göygöl Rayon Məhkəməsininə müraciət edərək cavabdeh Göygöl Milli Parkının direktoru Nümayəndə AR-nin Əmək Məcəlləsinin 68.2 (b) bəndinə əsəslanıb onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarmasını bildirərək əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 97 saylı əmrinin ləğv edilməsini, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə çıxarıldığı gündən işə bərpa olduğu günədək aylar üzrə əmək haqqının ödənilməsini xahiş etmişdir. Bir daha bildirir ki, ona qarşı haqsızlıq olunmuş, belə ki, milli parkın giriş postundakı çəklişin “YouTube” də yayımlanması birbaşa işdən çıxarılmasına səbəb olmuş, ancaq sənədlərdə nəyə görəsə çəkiliş olub olmadığı barədə heç nə göstərilməmişdir. Tabeli qrum rəhbərlərinin-X3 Xidmətinin rəisi və Göygöl Milli Parkının direktorunun araşdırma aparmadan AR-nın ƏMnin 45.4 bəndinə zidd olaraq əmək müqaviləsinin müddətinin bitməsinə əsaslanmaqla təlim-tələsik onu işdən çıxarmaları “günahkar” cəzalandırıldı kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi qarşısında təəsürat yaratmaqla özlərini sığortalamışlar. “PressXəbər” TV-nin çəklişini işdə faktın sübutu kimi diskə köçürməklə ərizəyə əlavə edir. Həmçinin cavabdeh olan Göygöl Milli Parkının direktoru Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Göygöl Milli Parkına qarşı “işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi” barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 2(066)-1314/2025 nömrəli iş üzrə İddiaçı Azərbaycan Respublikasının Göygöl Milli Parkına qarşı “işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə Göygö Rayon Məhkəməsinə muraciət etmişdir. Hesab edirlər ki, iddiaçının “İşə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” nə dair iddia tələbi təmamilə əsassızdır. Belə ki, İddiaçı ilə son dəfə may 2025-ci il tarixindən 8 avqust 2025-ci il tarixinədək 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. 1 avqust 2025-ci il tarixli 8 nömrəli məktubla ona bildiriş göndərilməklə müddətli əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bundan sonra Göygöl Milli Parkının 8 avqust 2025-ci il tarixli 97 nömrali Əmrinı əsasən İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, onun işdən çıxarılmasının səbəbini qarşı tərəf müqavilənin bitməsi kimi göstərmiş, həmçinin qarşı tərəfin təqdim etdiyi etiraz ərizəsində də işdən çıxarılma səbəbi bu şəkildə göstərilmiş, lakin müqavilənin bitməsi səbəbi ilə o işdən çıxarılmamış, “EksPressXəbər” TV-nin etdiyi çəkiliş səbəbindən çıxarılmışdır. Onun əlində video çarxlar və kadrlar vardır və həmin kadrları məhkəməyə də təqdim etmişdir. Onun müqaviləsi ilə həmin jurnalistin postda duran əməkdaşları və Yusif müəllimin özünü çəkməsi və video kadrları qeydə alıb sosial şəbəkədə paylaşması, nazirlikdə və onların xidmətində yayılması səbəbindən göstəriş verilmişdir ki, orada hər hansı bir işçi işdən çıxarılsın və bu söhbət bağlansın. Həmin vaxt ən az onun müqaviləsinin vaxtı qaldığı üçün Nümayəndə onu işdən azad etmişdir. Onun müqaviləsi bitdiyi üçün işdən azad edilməmişdir. Qarşı tərəf etiraz ərizəsində onun işdən çıxarılması barədə bildirişi 01 avqust tarixdə təqdim edildiyi göstərilsə də, ona bu haqqda bildiriş 07 avqust tarixində təqdim edilmişdir. Belə ki, problem 01 avqust tarixində baş vermiş, 06 avqust tarixinə kimi problem uzanmış, Nümayəndə 07 avqust bildirişi ona təqdim edib 08 avqust tarixində onu işdən çıxarmışdır. Əlavə olaraq bildirdi ki, işdən çıxarılması barədə bildiriş ona 07 avqust tarixində təqdim edilmişdir. Nümayəndə onun haqqında xidməti məlumat yazaraq onların xidmətinə göndərmişdir. Onunla müqavilə bağlanarkən dəfələrlə əmək məcəlləsinin tələblərinin pozulması barədə iradını bildirmiş, lakin hər hansı quruma bununla bağlı müraciət etməmişdir. Onun heç bir günahı yoxdur və günahsız formada, jurnalistin etdiyi çəkilişlə işdən çıxarılmış, baxmayaraq ki müqaviləsinin bitməsi həmin vaxta təsadüf etmişdir. Onun iki azyaşlı uşağı var, ailədə yeganə işləyən şəxs o olmuşdur. Onun təkrar işi ilə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Göygöl Milli Parkının nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı dediyi məsələlərin onun işdən çıxarılmasına aidiyyəti yoxdur. İddiaçı əmək müqaviləsinin vaxtı bitmiş və Əmək Məcəlləsinin 68 və 73-cü maddələrinə əsasən işdən azad edilmişdir. Əlavə olaraq bildirdi ki, İddiaçı əmək müqaviləsi bitdiyi üçün onun əmək müqaviləsinə xitam verilmişdir. 01 avqust tarixli məktubla işdən çıxarılma barədə bildiriş təqdim edilmiş və həmin məktuba imza etməklə iddiaçı bildirişi qəbul etmişdir. Əgər bildiriş ona gec təqdim edilərdisə bu zaman etirazını göstərə bilərdi. Jurnalistlərin gəlməsi və çəkiliş çəkilməsi ilə bağlı İddiaçı heç bir əlaqəsi yoxdur. Onun özü də 3 aylıq müqavilə ilə işə götürülmüş, baxmayaraq ki 25 il onun Ekologiya sisteminin müxtəlif qurumlarında təcrübəsi vardır. Onlar müqavilə ilə işləyirlər və işə qəbul müqavilə ilə götürülməklə, müqavilə müddətləri 3 aydan bir uzadılır. Bütün işçilər 3 aylıq müqavilə ilə işləyirlər. İddiaçı dediyi jurnalist çəkilişinin bu işlərə heç bir aidiyyatı yoxdur. İddiaçı əmək müqaviləsi bitdiyinə görə Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq xitam verilmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlvə edilmiş Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AA seriyalı, 369532 nömrəli vəsiqənin sürətindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarına əlvə edilmiş Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-51-1/3-2-315/2025 saylı arayışdan görünür ki, İddiaçı Xocalı rayon, Kosalar kənd sakinidir. Gəncə şəhəri, Yeni qəsəbə-2 küçə 9, ev 53-də müvəqqəti məskunlaşıb. İş materiallarına əlavə edilmiş 1 saylı X23 Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 968330 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonunda anadan olmuşdur. (atası İddiaçı, anası X6r.) İş materiallarına əlavə edilmiş 1 saylı X23 Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 129538 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. (atası İddiaçı, anası X6r.) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdı verilmiş MV seriyalı, 00527 nömrəli vəsiqənin sürətindən görünür ki, X12 müharibə veteranıdır. X18 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000270 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı “işə bərpa və məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının aylar üzrə ödənilməsi” tələbi ilə bağlı təkliflə müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi xx.xx.2025-ci il tarixə saat 11:30-a təyin edilmiş Göygöl Milli Parkı Nümayəndə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat ilkin mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 167 №-li əmrlə Göygöl Milli Parkına mühafizə yegeri vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə 97 №-li əmrlə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti Göygöl Milli Parkının direktoru F.Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 167 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə” nin 5.4.7-ci bəndini rəhbər tutaraq İddiaçı Göygöl Milli Parkına və X2 Milli Parkının X5 xx.xx.2023-cü il tarixdən 3 (üç) ay müddətinə mühafizə yegeri vəzifəsinə təyin edilmələri əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti Göygöl Milli Parkının direktoru F.Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 56 nömrəli əmrdən görünür ki, Göygöl Milli Parkının mühafizə yegerləri İddiaçı və X7 əmək müqavilələrinin vaxtı xx.xx.2025-ci il tarixdən 3 (üç) ay müddətinə uzadılması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Göygöl Milli Parkı arasında xx.xx.2023-cü il tarixdən mühafizə yegeri vəzifəsi üzrə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə 3 ay müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Göygöl Milli Parkı arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Dəyişikliyin qüvvəyə minmə tarixi xx.xx.2025-ci il kimi göstərilişdir. Əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə 3 ay müəyyən olunmuşdur. Qeyd olunan əmək müqaviləsinin 9.1-ci bəndində bu Əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydada ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə biləcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Milli Parkın mühafizə yegeri İddiaçı tərəfindən Göygöl Milli Parkının direktoru Nümayəndə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə giriş postuna yaxınlaşan ekspress xəbər muxpirinə verilən kart nömrəsindən xəbri yoxdur. Həmin zaman o postun arxasında nahar fasiləsində olmuş, posta yaxınlaşan müxpirin üzünü belə görməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti Göygöl Milli Parkının xx.xx.2025-ci il tarixli, 181 nömrəli İddiaçı ünvanlanmış bildirişindən görünür ki, Azərbaycan Respublikasının əmək məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən Azərbaycan Respublikası Göygöl Milli Parkı onunla xx.xx.2025-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək (3 ay müddətinə) müddətli əmək müqaviləsi bağlanmışdır. Məlumat üçün bildirilir ki, Göygöl Milli Parkının xx.xx.2025-ci il tarixli, 56 nömrəli əmri ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə, əmək məcəlləsinin 68.2 “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi göstərilmiş. İddiaçı imza etməklə bildirişi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti Göygöl Milli Parkının direktoru Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 97 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə” nin 7.4.1-ci bəndini rəhbər tuturaq Göygöl Milli Parkının mühafizə yegeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilməsi əmr edilmişdir. (Əmrin verilməsi üçün əsas: İddiaçı ilə bağlanmış əmək müqaviləsinin bitməsi. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci bəndinin “b” bəndi.) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 462/K nömrəli əmrin sürətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Qızılağac Milli Parkının müvəqqəti təyin edilmiş direktor müavini Nümayəndə ilə bağlanmış əmək müqaviləsinə 12 iyun 2025-ci il tarixindən xitam verilməsi və həmin tarixdən 3 (üç) ay müddətinə Xidmətin Göygöl Milli Parkının direktoru vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən üç aylıq müddətə bağlanmaqla xx.xx.2025-ci il tarixədək hər üç aydan bir yenilənməklə 1 il 9 ay 1 gün müddətinədək davam etmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında sonuncu dəfə xx.xx.2025-ci il tarixdən üç ay müddətinə uzadılmaqla xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanılmışdır. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası;
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.” İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi 3 ay müddətinə bağlansa da hər üç aydan bir tərəflər əmək müqaviləsinə xitam verilməsi üçün təşəbbüs göstərməmiş, və bu səbəbdən müqavilənin müddəti müxtəlif vaxtlarda üç ay müddətinə uzadılmışdır. Sonuncu dəfə İddiaçı ilə Göygöl Milli Parkı arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə işəgötürən əmək müqaviləsinin müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi üçün təşəbbüs göstərmiş və xx.xx.2025-ci il tarixdə bu barədə işçiyə bildiriş (xəbərdarlıq) məktubu təqdim edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti Göygöl Milli Parkının xx.xx.2025-ci il tarixli, 181 nömrəli İddiaçı ünvanlanmış bildirişində Azərbaycan Respublikasının əmək məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən Azərbaycan Respublikası Göygöl Milli Parkı onunla xx.xx.2025-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək (3 ay müddətinə) müddətli əmək müqaviləsi bağlanmışdır. Məlumat üçün bildirilir ki, Göygöl Milli Parkının xx.xx.2025-ci il tarixli, 56 nömrəli əmri ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə, əmək məcəlləsinin 68.2 “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi göstərilmiş və İddiaçı imza etməklə bildirişi qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsası 5 ildən artıq olmayan müddət üçün bağlanmış əmək müqavilələrinə şamil edilir. Əgər müddətli əmək müqaviləsi qüvvədə olan qanunvericiliyə zidd olaraq bağlanmışsa və işəgötürənin müddətin bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam verməsi ilə bağlı mübahisə yaranarsa, bu zaman müqavilənin qanuniliyi məsələsi AR ƏM-in 47-ci maddəsi rəhbər tutulmaqla həll edilməlidir. Bu maddənin əsas tələbi odur ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Müddətin bitməsi ilə bağlı müqaviləyə xitam verilərkən AR ƏM-in 71-ci maddəsində nəzərdə tutulan əlavə təminatlar, həmin maddədə nəzərdə tutulan şərtlər və qaydalar tətbiq edilmir. Lakin müqaviləyə istənilən vaxt xitam verilə bilməz. Ona görə ki, həmin maddənin ikinci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilmişdir. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və AR ƏM-in 179-cu maddəsində nəzərdə tutulan hallar aid edilmişdir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə riyaət edilməlidir: a) həmin müqaviləyə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməlidir, b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həfləsi keçməmiş xitam verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Göygöl Milli Parkı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2025-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də tələbin “əmrin ləğv edilməsi” və “işə bərpa edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Göygöl Milli Parkına qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir, onun tərəfindən ödənilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216, 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Göygöl Milli Parkına qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev