Məhkəmə qərarları › İş №2(066)-1319/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1319/2023

13.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1319/2023 13.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Gəncə şəhəri 1 saylı ASAN xidmət mərkəzinin notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Gəncə şəhəri 1 saylı ASAN xidmət mərkəzinin notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X5 Göygöl rayonu, Yeni Qızılca kəndində miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X2 rayonu, Yeni Qızılca kəndində yerləşən 0,11 ha torpaq sahəsini X1 xx.xx.2006-cı ildə AN-İ№ ******* saylı alqı satqı müqaviləsi ilə almışdır. xx.xx.2010-cu il tarixdə X9 vəfat etmişdir. Miras əmlakın qəbulu üçün Notariat kontoruna müraciət etdikdə ərizəçiyə miras əmlakın qəbulu üçün 6 ay müddətin buraxılması məlum olmuşdur. xx.xx.2018-ci ildə Göygöl rayon DƏDRX-də 0,11 ha torpaq sahəsinə dair ərizəçinin mərhum atasının adına çıxarış verilmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə Gəncə regional Asan Xidmət mərkəzinin notariat ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair məktubla müraciət etmişdir. Məktuba cavab olaraq mirasın qəbulu ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ərizəçinin mərhum atası X10 ilə anası Maraqlı şəxs3 xx.xx.1987-ci il tarixdə rəsmi nikah bağlayıb ailə qurmuşlar. Onların birdə nikahından Ərizəçi, qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs4 adlı üç övladı olmuşdur. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,11 ha torpaq sahəsini ərizəçinin atası anası ilə birgə nikah dövründə almışdır və atasının onlardan başqa vərəsəsi yoxdur. Bu səbəbə görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək bildirdi ki, doğrudan da, atası Novruzdan qalmış mirası ailə üzvülərindən ancaq qardaşı Feyruz qəbul etmişdir. O, digər qardaşı Ülfət və anaları Sevda mirası qəbul etməkdən notarial qaydada imtina etmişlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Gəncə şəhəri 1 saylı ASAN xidmət mərkəzinin notariat ofisi, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1995-ci ildə doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1988-ci ildə doğulmuşdur. AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1965-ci il tarixdə Daşkəsən şəhərində doğulmuşdur. Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində qeydiyyatdadır. Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 225403 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqnda şəhadətnamənin surətindən görünür ki, X9 28 noyabr 2010-cu il ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 12-ci ayının 01-ci günündə 13 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində yerləşən xüsusi müllkiyyət növlü 0,11 hektar torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində qeydiyyatda olan Maraqlı şəxs4 tərəfindən yazılmış Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi noatariusu tərəfindən notariat qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Maraqlı şəxs4 mərhum atası X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən 6 (altı) aylıq müddəti bilərəkdən keçirmiş və qəbul etməmişdir. O onun ölmündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasına asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində qeydiyyatda olan Maraqlı şəxs3 tərəfindən yazılmış Daşkəsən rayonu dövlət notariat ofisinin dövlət noatariusu tərəfindən notariat qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Maraqlı şəxs3 mərhum əri X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan qanunla bütün əsaslar üzrə ona çatası məcburi payı bilərəkdən nə rəsmi, nə də faktiki qəbul etməmiş və etmək fikri yoxdur. Birgə nikah dövründə əldə etdikləri əmlaka ½ mülkiyyət hüququ və eyni zamanda vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Daşkəsən rayonu, Zağalı Ə/D, Xoşbulaq kəndində qeydiyyatda olan Maraqlı şəxs2 tərəfindən yazılmış Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi noatariusu tərəfindən notariat qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Maraqlı şəxs2 mərhum atası X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxslər Gəncə şəhəri 1 saylı ASAN xidmət mərkəzinin notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin mərhum atası X2 rayonu, Yeni Qızılca kəndində yerləşən 0,11 ha torpaq sahəsini X1 xx.xx.2006-cı ildə AN-İ№ ******* saylı alqı satqı müqaviləsi ilə almışdır. xx.xx.2010-cu il tarixdə X9 vəfat etmişdir. Miras əmlakın qəbulu üçün Notariat kontoruna müraciət etdikdə ərizəçiyə miras əmlakın qəbulu üçün 6 ay müddətin buraxılması məlum olmuşdur. xx.xx.2018-ci ildə Göygöl rayon DƏDRX-də 0,11 ha torpaq sahəsinə dair ərizəçinin mərhum atasının adına çıxarış verilmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə Gəncə regional Asan Xidmət mərkəzinin notariat ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair məktubla müraciət etmişdir. Məktuba cavab olaraq mirasın qəbulu ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ərizəçinin mərhum atası X10 ilə anası Maraqlı şəxs3 xx.xx.1987-ci il tarixdə rəsmi nikah bağlayıb ailə qurmuşlar. Onların birdə nikahından Ərizəçi, qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs4 adlı üç övladı olmuşdur. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,11 ha torpaq sahəsini ərizəçinin atası anası ilə birgə nikah dövründə almışdır və atasının onlardan başqa vərəsəsi yoxdur. Bu səbəbə görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya) 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. İşin faktiki hallarından müəyyən olunur ki: X4 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X6 ölümündən sonra onların birinci növbə vərəsələri olan – Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qalmışdır. X9 vəfat etdikdən sonra onun hal-hazırda vərəsəsi Ərizəçi miras qalan əmlakda yaşayır və onu faktiki olaraq idarə edir. Məhkəmə ilk növbədə iddianın düzgün həll edilməsi üçün miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna – X5 miras qalan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,11 ha torpaq sahəsi daxildir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İşdən müəyyən edilir ki, hazırki iş üzrə Ərizəçi atası X5 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Hazırki işdən isə müəyyən edilir ki, ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur:

1. miras əmlaka faktiki sahiblik etmək;

2. miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. İşdən daha sonra isə müəyyən edilir ki, digər birinci növbəli vərəsələr miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə qanun üzrə nə də faktiki olaraq qəbul etməmişlər. Bundan başqa, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllə 1194 maddəsi). Eyni zamanda qeyd edilməlidir ki, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması da mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. (Mülki Məcəllə 1202 maddəsi). Yəni, məcburi pay almaq istəyən vərəsələrdə qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etməlidirlər. Lakin, mərhumun digər digər birinci növbədə olan vərəsləri miras əmlakı nə faktiki, nədə ki qanun üzrə qəbul etməmişlər. Belə olan halda, onlar mərhumun vərəsəsi sayıla bilməzlər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır (Mülki Prosessual Məcəllə 14; 77; 88; 217). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 miras qalmış - Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,11 ha torpaq sahəsinin - Ərizəçi tərəfindən miras əmlak olaraq qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Əyyub Kərimov

İş № 2(066)-1319/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN

QƏTNAMƏDƏNÇİXARİŞ

Göygöl Rayon Məhkəməsi

13 oktyabr 2023-cü il Göygöl şəhəri.

Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Gəncə şəhəri 1 saylı ASAN xidmət mərkəzinin notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. X5 miras qalmış - Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,11 ha torpaq sahəsinin - Ərizəçi tərəfindən miras əmlak olaraq qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar