Məhkəmə qərarları › İş №2(066)-132/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-132/2025

15.01.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-132/2025 15.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tel:03.04.1993xx.xx.1993-cü il təvəllüdlü oğlu Göygöl şəhəri, A.Hacıyev küçəsi 133 saylı ünvanda yaşamış X8 tel:15.06.1994xx.xx.1994-cü tarixdə yaşadıqları ünvanda anidən ölmüşdür. X3 1 yaşını tamamladıqdan sonra özləri də nə olduğunu anlamadan, qəfildən, heç bir xəstəlik yaşamadan və heç bir səbəbi olmadan anidən ölmüşdür. Öldükdən sonra təcilli tibbi yardım çağırmamışlar, çünki anidən ölmüşdür. Uşaq azyaşlı olduğu üçün ona qəbir daşı da qoyulmayıb və ölüm haqqında şəhadətnamə də almamışlar. O, vərəsəlik və sair mülki məsələlər üzrə maneələrin yaranmaması üçün oğlu barədə ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə tel:09.10.2024xx.xx.2024-cü il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq Maraqlı şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qadası"nın 8.1 və 8.5-ci bəndlərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndələri tərəfindən aparılmasnı əsas gətirərək, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, X4 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. X4 tel:15.06.1994xx.xx.1994-cü tarixdə Göygöl şəhəri A.Hacıyev küçəsi 133 saylı ünvanında qəfildən, heç bir xəstəliyi olmadan ölməsi faktını şahidlər də təsdiq edə bilərlər. İş üzrə Ərizəçi məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd etmişdir ki, məhkəmədə onun tərəfindən Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia qaldırılmışdır. Hazırda iddia tələbində dəqiqləşdirmə aparır. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsinin xx.xx.1993-cü ildə Xanlar rayonunda doğulmuş mərhum oğlu X5 xx.xx.1994-cü il tarixdə Göygöl şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması kimi oxunmasını xahiş edir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə ərizəçinin tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, 22 dekabr 1988-ci ildə İsmayıl Ağəliyevlə ailə qurmuşlar. Həyat yoldaşı İsmayıl Ağəliyev 2024-cü ilin iyul ayında vəfat etmişdir. O, sağlığında sürücü işləmişdir. Onunla birgə nikahlarından 4 uşaqları olmuşdur. Ceyhun adlı uşaq 1993-cü ildə doğulandan 1 il sonra qəfildən xx.xx.1994-cü ildə vəfat etmişdir. Həmin vaxt qaynatasının Göygöl şəhərində yerləşən evində yaşamışdır. Ceyhun adlı uşaq 2-ci uşağıdır. Oğlu ilə qızı ailə qurmuşlar, digər oğlu isə evli deyildir. Hazırda mərhum ərinin adına Bakı şəhərində yerləşən mülkü adına keçirtmək istəyir. Bu səbəbdən mərhun oğlu X11 şəhərində ölməsi faktının müəyyən edilməsinə görə məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun xalasının gəlinidir. Zəminənin həyat yoldaşı İsmayılda vəfat etmişdir. Onların Ceyhun adlı uşağı 1993-cü ildə doğulmuş, 1994-cü ildə isə birdən-birə qıcolma (epilepsiya) tutaraq vəfat etmişdir. Həmin vaxt özü başqa yerdə olduğundan dəfn mərasimində iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Ərizəçi ilə qohumdurlar. Belə ki, onun qayınanası ilə özünün qayınanası bacıdırlar. Yoldaşının Suqra adlı xalası var. Ərizəçi Zəminəgil Göyçədən gəliblər, əvvəllər onlara gediş-gəlişləri olub, sonradan özləri Rusiyaya getmişlər. Zəminənin oğlu Ceyhun xəstəxanada doğulmuşdur. Uşaq olanda da evlərinə getmişlər. Ceyhun adlı uşağın 1 yaşı tamam olanda eşitmişlər ki, o, sudurqa tutaraq qəflətən vəfat etmişdir. Həmin uşaq Göygöl şəhərində dəfn olunmuşdur. Hazırda Zəminənin 3 uşağı vardır. Zəminənin həyat yoldaşı İsmayıl vəfat edəndə onun dəfn mərasimində həyat yoldaşı da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi və onun mərhum həyat yoldaşı İsmayılı tanıyır. Onlarla qonşuluqda yaşayıblar. Ceyhun adlı uşağın yaşadığı vaxt epilepsiya xəstəliyi vardır. Qəfildən 1994-cü ildə dedilər ki, Ceyhun vəfat edib. Həmin uşaq Göyçəli qəbiristanlığında dəfn olunmuşdur. O, özü həmin yasda da iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçini və onun həyat yoldaşını uzun müddətdir tanıyır. Belə ki, ərizəçi və onun mərhum həyat yoldaşı İsmayılla divar qonşusu olmuşlar. İsmayıl sağlığında avtobus sürücüsu olmuşdur. Sonradan o, xərcəng xəstəliyindən vəfat etmişdir. ünvan 4 ünvanında onlarla yaxın qonşu olmuşlar. Ceyhun adlı uşaq qəflətən 1994-cü ildə vəfat etmişdir. O, Göygöl şəhərində yerləşən Göyçəli qəbiristanlığında dəfn olunmuşdur. Özü işi ilə əlaqədar olaraq dəfn mərasimində iştirak edə bilməmiş, lakin sonradan onlara baş sağlığı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1988ci ildən Göygöl şəhərində yaşayır. Özü Zaqatala rayonundandır, həyat yoldaşı isə Göyçədəndir. Ərizəçi Göygöl şəhərində məskunlaşandan tanıyır. 1993-cü ildə Zəminə və İsmayılın birgə nikahlarından Ceyhun adlı uşaqları olmuşdur. Aradan bir müddət keçəndən sonra eşitmişlər ki, Zəminə hamilədir. Sonradan Ceyhun adlı uşaq dünyaya gələndən sonra təxminən 1 yaşında dedilər ki, Ceyhunun epilepsiyası tutmuşdur. Səs-küyə gedəndə isə görmüşlər ki, uşaq göyərib və vəfat etmişdir. Zəminənin ölən uşağından başqa 3 uşağı da vardır. Zəminənin əri İsmayıl çox yaxşı insan idi. Onların hər işində, xeyir və şərində İsmayıl çox əziyyətlərini çəkmişdir. Sonradan İsmayıl da xərcəng xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs 09 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-A/1- 758/2024 saylı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun X4 ölüm haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə ərizəsinə baxılmış, bununla əlaqədar Göygöl rayon qeydiyyat arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, ölüm faktını təsdiq edən sənəd olmadığından onun müraciəti tərəflərindən təmin edilməmişdir. Bununla bağlı ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1993-cü il tarixdə Xanlar (indiki Göygöl) rayonunda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X17 19 noyabr 2024-cü il tarixli, 18-1-42/3-1275/2024 saylı arayışından görünür ki, xx.xx.1993-cü ildə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuş X4 xx.xx.1994-cü il tarixdə ölməsi haqqında Göygöl Rayon Mərkəzi Xəstaxanasının arxiv sənədlərində heç bir məlumat yoxdur. İş materiallarında olan Göygöl rayonu İcra Hakmiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 şəhəri Aydın Hacıyev küçəsi ev 133 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə doğulmuşdur. İş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X8 xx.xx.1994-cü il tarixdə Göygöl şəhərində ölmüş və Göygöl şəhər qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt mərhumun ölməsi barədə qeyd aparılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun anası olan ərizəçiyə vərəsəlik işi üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyrimümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X4 ölməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X4 ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Xanlar (indiki Göygöl) rayonunda doğulmuş X5 xx.xx.1994cü il tarixdə Göygöl şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar