Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1340/2025 14.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi,Cavabdeh1 hüquqi varisi X2 və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bəhram oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Bəhram oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə (daxil olma xx.xx.2021-ci il) məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin əsas iştirakçısı və payçısı olan İddiaçı ilə xx.xx.2004-cü il tarixdə MMC-nin iştirakçılarından Cavabdeh2 arasında, xx.xx.2004-cü il tarixdə Cavabdeh1 Bəhram oğlu arasında və xx.xx.2004-cü il tarixdə Cavabdeh3 arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdə 01 №-li yığıncaq protokolu ilə "xxxx" MMC iştirakçılarının yığıncaq protokolu ilə "xxxx" MMC-nin nizamnaməsi təsdiq edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində "xxxx" MMC 0302-A1-16 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin iştirakçıları 5 fiziki şəxs olmaqla 5 paydan ibarət olmuşdur: 1.İddiaçı-5.641.760 (beş milyon altı yüz qırx bir min yeddi yüz altmış) manat vəsait, nizamnamə kapitalının 72.04 %-i, 2.Cavabdeh1 Bəhram oğlu-547.560 (beş yüz qırx yeddi min beş yüz altmış) manat vəsait, nizamnamə kapitalının 6.99 %-i.3.Cavabdeh2-547.560 (beş yüz qırx yeddi min beş yüz altmış) manat vəsait, nizamnamə kapitalının 6.99 %-i, 4.Cavabdeh3-547.560 (beş yüz qırx yeddi min beş yüz altmış) manat vəsait, nizamnamə kapitalının 6.99 %-i. 5.X6- 547.560 (beş yüz qırx yeddi min beş yüz altmış) manat vəsait, nizamnamə kapitalının 6.99 %-i. xx.xx.2004-cü il tarixdə MMC-nin iştirakçılarından Cavabdeh2 MMC-də öz payını 547.560 (beş yüz qırx yeddi min beş yüz altmış) manat vəsait, nizamnamə kapitalının 6.99 %) yazılı akta əsasən İddiaçı satmışdır. xx.xx.2004-cü il tarixdə MMC-nin iştirakçılarından Cavabdeh1 Bəhram oğlu MMC-də öz payını 547.560 (beş yüz qırx yeddi min beş yüz altmış) manat vəsait, nizamnamə kapitalının 6.99 %) yazılı akta əsasən İddiaçı salmışdır. xx.xx.2004-cü il tarixdə MMC-nin iştirakçılarından Cavabdeh3 MMC-də öz payını (547.560 (beş yüz qırx yeddi min beş yüz altmış) manat vəsait, nizamnamə kapitalının 6.99%) yazılı akta əsasən İddiaçı satmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi MMC-nin əsas iştirakçısı və payçısı İddiaçı MMC-nin 3 iştirakçısının payını dəyərini ödəməklə almışdır. Göygöl rayon Məhkəməsinin 2(066)-367/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddianın təmin edilməsi, "xxxx" MMC-nin əsas iştirakçısı və payçısı olan İddiaçı ilə xx.xx.2004-cü il tarixdə MMC-nin iştirakçılarından Cavabdeh2 arasında, xx.xx.2004-cü ildə tarixdə Cavabdeh1 Bəhram oğlu arasında və xx.xx.2004-cü il tarixdə Cavabdeh3 arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması qət edilmişdir. Bundan sonra Cavabdeh1 hüquqi varisi X5 tərəfindən məhkəməyə ərizə təqdim edilərək qiyabi qətnamənin ləğv olunması xahiş edilmişdir. Göygöl rayon Məhkəməsinin 2(066)-1340/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Göygöl rayon Məhkəməsinin 2(066)-367/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin hüquqi varisi və vəkili tərəfindən məhkəməyə yazılı ərizə təqdim edilərək işə iddiaçının iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, AR MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 hüquqi varisi X5 iddia ərizəsinin baxılmasından, yekun olaraq qətnamənin qəbulundan məlumatlı olmadıqlarını, mərhum əri Cavabdeh1 isə 2008-i ildə vəfat etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin hüquqi varisinin vəkili və nümayəndəsi Nümayəndə hazırki tələbin əsassız olduğunu, alqı-satqı müqavilələrinin mövcud olmadığını bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və araşdıraraq hesab edir ki, hazırki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumata və eyni zamanda ölüm haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Habelə digər cavabdeh barədə“Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumata əsasən Cavabdeh2 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Hazırki iddia tələbi isə məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Habelə, iş materiallarında Göygöl RİHB Topalhəsənli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 38 nömrəli məktubunda qeyd olunmuşdur ki, Almədətov X1 qeydiyyatda olub və xx.xx.2008-ci il tarixdə vəfat edib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 48.Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Hazırki halda iddia ərizəsi məhkəmə icraatına daxil olanadək cavabdehlərdən ikisi ölmüşdür. Bir Cavabdeh3 münasibətdə isə şəxsin hazırda yaşayış yeri, həyatda olması və digər məlumatları müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s..) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Qanunun qeyd olunan normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırki işdə isə cavabdeh kimi göstərilmiş Cavabdeh1 və Cavabdeh2 tərəf kimi qəbul edilə bilməz. Belə ki, cavabdehlər iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırki işdə tərəf statusu əldə etməmişdir. Lakin iddia ərizəsi icraata qəbul edilmişdir. Belə olan halda, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ölmüş şəxslərə qarşı iddia qaldırıldığından və bu qaydada şəxslərin heç bir prosessual statusu olmadığından işin məhkəmə icraatı mümkün deyildir. Beləliklə, hazırki iddia tələbi məhkəmədə baxılması yol verilməz olduğundan icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261-264-cü maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 Bəhram oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №2(066)-1340/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1340/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver