Məhkəmə qərarları › İş №2(066)-1358/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1358/2025

07.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1358/2025 07.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Abdullazadə Rəşad Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan yaşayış evinin dam hissəsinin və eyvanının zəbtdən azad edilməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan yaşayış evinin dam hissəsinin və eyvanının zəbtdən azad edilməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan, Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ev 29, mənzil 02 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış evinin damının, eyni zamanda evin küçəyə tərəf olan pəncərəsinin qarşısındakı eyvanın cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ev 29, mənzil 02 (yeni qaydalarla ünvan 2 ünvanında mülkiyyətində ümumi sahəsi 47.8 kv.m olan yaşayış evi var. Cavabdeh də onunla qonşuluqda yaşayır. Cavabdeh tərəfindən ona məxsus mənzilin damı və eyni zamanda da mənzilin küçəyə tərəf olan pəncərəsinin qarşısındakı ona aid eyvan zəbt olunub və hazırda da o istifadə edir. O, cavabdehdən ona məxsus mülkün zəbtdən azad edilərək özünə qaytarmasını tələb etsə də o bundan imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan, Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ev 29, mənzil 02 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən yaşayış evinin damının ona aid hissəsinin cavabdehin zəbtindən azad edilməsi, eyni zamanda evin küçəyə tərəf olan pəncərəsinin qarşısındakı eyvandan onun istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin qadağan edilməsi və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddianın qanunsuz və əsasız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə ona qarsı öz mülkiyyətində olan yaşayış evinə aid dam örtüyünün və eyvanın zəbtdən azad edilməsi tələbinə dair iddia qaldırmışdır. İddia əsassız olduğundan rədd edilməlidir ona görə ki, iddiaçının mülkiyyətində olan yaşayış evinə aid dam örtüyünün və eyvanı zəbt etməmişdir. Hal-hazırda ona məxsus olan ərazi özünə məxsusdur. İddiaçı məhkəmədə yalan ifadələr vermiş və ona şər böhtan ataraq iddia ərizəsi ilə məkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, güya o onun məzilinin pəncərəsinin qarşısını zəbt etmişdir. Amma o heç bir ərazini zəb etməmiş, əgər bunun araşdırılmasını iddiaçı tələb edirsə har hansı bir görüntü olaraq məhkəməyə təqdim etsin. İddiaçının pəncərəsinin qarşısı hal-hazırda açıq vəziyyətdə olduğu halda iddiaçı müxtəlif yalanlar uyduraraq onunla qərəzli şəkildə ədavət aparır. Onun ədavət aparması onun ərazisində özünə hamam tikmək məqsədi daşıyır. O isə heç bir vaxt həmin ərazidən İddiaçı icazə verməyəcək. Həmin tikinti ona məxsus olan ərazidədir. İddiaçı özü üçün planlar qurur onun qurduğu planlar heç bir vaxt olmayacaqdır ona görə ki, həmin ərazi 11 ildən artıqdır ona məxsusdur. İddiaçı hər dəfə müxtəlif bəhanələrlə ona qarşı ərizə ilə müraciət edir. Onun sübutları və şahidləri var. Onların hər biri məhkəmə zamanı ifadələr verərcəklər. O da sübutlarımı məhkəmə prosesində təqdim edəcək. Bundan başqa məhkəmə araşdırma apararkən iddiaçı göstərdiyi əraziləri yerli baxışıla keçirərsə həmin adı gedən ərazini aydın şəkildə görəcəkdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tam əsasıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 3 ildir ki xüsusiləşmiş ev almışdır. 3 ildə 3 dəfə İcra Hakimiyyətinə müraciət etmişdir ki, qonşu tərəfindən aldığı evin damı zəbt olunub və çölə baxan pəncərənin qarşısında olan eyvanın istifadəsinə maneələr yaradılır. Qeyd olunan zəbtdən azad olunma və maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Onlar qeyd olunan evə köçəndən 6 ay sonra bu hadisələr baş vermişdir. Qeyd olunan ünvana ilk köçəndə oğlu çıxıb dama baxmışdır ki, evin üstü haradı nədi, həmin zaman qarşı tərəf gələrək qapını döyüb sərt şəkildə onun evinin üstünə niyə çıxmasını deyərək iradını bildirmişdir. Oğluda elə başa düşmüşdür ki doğurdanda həmin yer xanımın evinin üstüdü, bu səbəbdən həmin zaman üzr istəmiş və birdə elə bir hərəkət etməməsini bildirmişdir. Onlar sonradan baxıblar və məlum olmuşdur ki, həmin yer onların evinin üstüdü, qarşı tərəf sadəcə oranı zəbt etmişdir. Əlavə olaraq bildirdi ki, onlar qarşı tərəfin evin dam örtüyünü zəbt etməsini 6 aydan sonra bilmişlər. Həmin zaman onlara ev satan xanıma zəng vurmuşdur ki, evin dam örtüyü qonşu tərəfindən zəbt olunmuşdursa, ona niyə məlumat verməmiş və evi bu cür satmış, o bu məsələdən xəbərsizdir. Onlara ev satan şəxs isə demişdir ki, oradan heç bir zaman istifadə olunmadığını, qarşı tərəfə məxsus su çəninin orda öz tərəfində olmasını və yalnız onun su çəninə baxmaq üçün düşüb çıxmasını bildirmişdir. Balkonla bağlı isə bildirir ki, qarşı tərəf onlara “balkondan istifadə edə bilməsizniz, mənə məxsusdur” deyir. Qarşı tərəf balkonda heç bir tikinti aparmamışdır. O evi alarkən balkon kəsik vəziyyətdə olmuş, lakin cavabdeh tərəfindən kəsilməmişdir. Onlar evi alandan sonra, yaxud aldıqları ərəfədə cavabdeh tərəfindən orada hər hansı tikinti aparılmamış, onlar mənzili aldıqda pilləkən kəsilmiş olmuş, belə ki pilləkən yarı kəsik vəziyyətdə ev alınmışdır. Daha sonra bilmişdir ki, evin sahibi ilə cavabdeh arasında problem olmuşdur. Evi aldıqdan sonra qonşu balkondan dama qalxan pilləkən quraşdırmışdır. Onların aldıqları mənzildə onun çıxışı üçün balkona hər hansı qapı və ya pilləkən yoxdur. Onlara mənzili satan adama sənədlərdə evin damı olmaması barədə bildirməmişdir. Belə ki, o elə bir şey heç vaxt yaşamamışdır. Yəni elə bir şey yoxdu ki, ev alasan amma evin damı onun olmasın. Ağlına gəlsə satandan soruşardı ki, evin damı kimindir. Həyatda qarşılaşsa belə hadisə ilə sual verərdi, evi aldıqdan sonra belə hal yaşamışdır. İlk öncə qonşuya demişdir ki, onlar məhkəmələrə düşməsinlər, evin üstünü zəbt eləməsin və bağlamasın. İcra nümayəndələri gəlmişlər və görmüşdülər ki, həmin yerə nə qədər zibilə bənzər əşyalar toplanıb. İndi nə toplanıb, toplanmayıb bilmir çünki bağlıdır. Bir dəfə çıxıb yırtıqdan baxmışdır ki, lazımsız əşyalar yığılmışdır. O narahat olur evinin üstündə kimlərsə daimi gəzir. Gecə-gündüz demirlər, 11-12-1 saatlarda, nə vaxt kefləri istəyirsə çıxırlar, düşürlər və narahatlıq yaranır. Evin damına çıxmaq üçün evin içində heç bir pilləkən nəzərdə tutulmayıb, digər qonşunun qarajında çardaq deyilən bir yer vardır, həmin qonşuda ora darvaza qoymuş, yəni əli yandıda ora çıxıb nəsə qoymaq istəyirsə çıxa bilməz, yalnız qonşu evdə olanda evin damına çıxa bilər. O, evi aldıqda evi satan çardaqdan və digər tərəfdən evin damına çıxa biləcəyini söyləmişdir. Belə bir problemlə 60 yaşı var hələdə üzləşməmişdir. Bu səbəbdən o fikirlər ağlına gəlmirdi ki, bura necə çıxa bilər. Ev aldıqda eyvana necə çıxacağını soruşmuş, evi satan isə demişdir ki, özü o pəncərəni taxta ilə tutmuşdur, göstərdiki bura taxtadır və istəsə çöldən pəncərəni aça bilər, pəncərənin qabağında eyvan var, burada onların ora çıxışı var deyə, hər ikisinin burdan çıxıb düşə biləcəklərini bildirmişdir. Balkona çıxmaq üçün heç bir qapısı yoxdur. O, qonşuya heçnə demir, qonşu açıq-aşkar deyir ki, eyvandan istifadə edə bilməz. Balkona çıxışı yoxdur. Cavabdeh onun pəncərəsinin qarşısını heç bir şəkildə tutmayıb, yalnız icazə vermir. Cavabdehə ora çıxarkən, heç bir maneə göstərməməsinin qadağan edilməsini istəyir. Balkona çıxışını icazə ilə edəcəkdir. Onun mənzilinin balkona və çardağa çıxış yoxdur. Mənzili aldıqdan sonra cavabdeh orada heç bir tikili aparmamış, lakin evinin üstünü bağlamışdır. Onlar evi aldıqdan sonra cavabdeh pilləkəni bərpa etmişdir. Bir daha demək istəyir ki, cavabdeh onun çıxışını qadağan edir, lakin onun evinin bütün üstünü zəbt edib həmin yerə əşyalarını yığır. Cavabdeh onun yerinin olmadığını bildirsə də onun həyətdə özünə tikdiyi 3 otaqlı ev var, həmin əşyaları ora da yığa bilər. Lakin xanım onun evinin üstünü seçibki orada özünə ev düzəltsin. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə icalsında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, 11 ildir həmin evi almışdır və evi necə almışsa həmin qaydada istifadə edir. O evi alan zaman ev sahibindən qapının hara getməsini soruşmuş, o isə bu qapının yuxarı onun evinin üstünə çıxmasını bildirmişdir. O, evi alandan sonra bir müddət orada yaşamamışdır. Bir dəfə gəlib görmüşdür ki, Sevda qapını və pilləkəni kəsmişdir. O səbəbini soruşduqda, həmin vaxt Sevda onun istifadə eləmədiyini, istifadə edirsə elə deyib həmin yeri kəsmişdir. O da gedib bu haqqda Vüqar müəllimə həmin şəxsin pilləkəni kəsməsini demiş, Vüqar müəllim isə “kəsib kəsib də istifadə eləmir, sən nə vaxt istəsən istifadə edərsən” demişdir. Sevda oranı kəsəndən sonra istifadə etmədiyindən ona lazım olmadığından heçnə deməmişdir. Bu yaxınlarda pilləkən uçurdu və yatırdı, belə ki ümumi küçəyə baxan pilləkən olduğundan onlar oranı düzəltmişlər. Qarşı tərəfin evinədə heç bir taxta falan vurulmamışdır. Evi iddiaçıya satan xanım həmin pilləkəni kəsmiş, həmçinin pəncərəni də bağlamışdır ki istifadə eləmir. Həmin qadın nə aynanı nədə pilləkəni istifadə etmədiyini bildirmişdir. Qarşı tərəfin evinin üstünə çıxmağa çardaqdan pilləkən var. Onlar çardaqdan istifadə etmişlər, belə ki divar hasarın o tərəfinə su çəni qoymuşlar, ancaq su çəninə görə həmin yerə çıxmışlar. Əlavə olaraq bildirdi ki, evin əvvəlki sahibinin adını Sevda bilir. İddiaçının evinin üstünə qonşunun çardağından çıxırlar. Çardaqda pilləkən var və iddiaçının evinin üstünə çıxırlar. İddiaçı bağlıdı falan desə də, nə vaxt istəyiblər açarı veriblər və onlar həmin yerə çıxmışlar və düşmüşlər. Gecə saat 9-10 olsa da onlar gedib keçib-baxmışlar qonşunun evindən. Qonşu isə demişdir ki, Sevda xanım öz evinin içindən evin damına yol açmışdı və oradan işlədirdi, sonra oranı təmir etdirib satmış və həmin yolu da bağlamışdır. Evin damına gedən yolu əvvəlki ev sahibinin özü bağlamışdır. Evi satan adam balkondan istifadə eləməmişdir. O, evi 11 ildi almış və evi necə almışsa həmin qaydada da istifadə etmişdir. İddiaçıya məxsus evin əvvəlki sahibi balkondan istifadə etməmiş və ondan da tələb etməmişdir ki, oradan çıxır və ya gəlir İddiaçıya məxsus evin əvvəlki sahibi pilləkəni özü kəsmiş və artıq oradan istifadə etmədiyini bildirmiş, o isə gedib Vüqar müəllimə qonşunun pilləkəni kəsməsini demiş, Vüqar müəllim isə “nə vaxt istifadə etsən, ondada düzəldib istifadə edərsən” demişdir. Son vaxtlar həmin mənzildə giriş-çıxış üçün və ya başqa bir şeylə bağlı nəsə əlavə etməmiş və ya heç bir dəyişiklik etməmişdir. Yalnız çöl tərəf pilləkən çökdüyündən dəmir qoyub qaldırmışlar. Pilləkəndən hər zaman onlar istifadə etmişlər. İddiaçının evinin əvvəlki sahibi pilləkəni kəsmişdir ki istifadə etmir. İddiaçının həmin yerə evindən çıxışı yoxdur. Onlar yalnız çardaqdan istifadə etməlidilər. Çardaqda ümumi pilləkən var, oradan istifadə eləməlidilər. Həmin pilləkən qonşunun nəzarətindədir. Qonşunun çardağında yerləşir və oradan hər kəs istifadə edir. Onun tərəfindən olan qapıdan o istifadə edir, o çardaqda olan çıxışdan istifadə etmir. İki qonşu çardaqdan istifadə edir. Çardaq onların əraziyə düşmür. Digər qonşunun adı Eyyubdu. Həmin qonşu deyir ki, o ora gələndən Sevda evin içindən dama çıxış açmış, oradan işləmişdir. Çardaqda olan pilləkən ayrıdı və məhlənin içərisində yerləşir. Hazırda çöl tərəfdə olan pilləkəndən söhbət gedir. Həmin pilləkənə evinin içindən qalxır. Pilləkəni evi satan şəxs kəsmişdir ki, onun evindən taxta kərən çıxırdı. O, evini alan kimi oranı kəsmişdir. Orda bir yaşlı qadın qalırdı, həmin qadın elə bilirdi ki, ev ona qalacaq oda digər evində arasını açıb qatacaq öz evinə. O, yaşlı qadın vəfat etdikdən sonra uşaqları satandan sonra gəlmişdir ki, pilləkənin taxtası kəsilmişdir. Həmin pilləkəni saxlayan taxta 11 il bundan qabaq olub, o evi aldıqdan sonra kəsilmişdir. İddiaçının evinin əvvəlki sahibi “həmin taxta onun evindən çıxırsa, bunu kəsirəm istifadə eləmirəm” deyib evə birləşdiyi üçün kəsmişdir. Həmin taxtanı qonşuda bir fəhlə var o kəsmişdir. Həmin şəxsin adı Eltundur. Həmin taxtanın yeri kəsildikdən sonra sementlə doldurulmuş və hazırda da yeri bilinir. İddiaçının evinin əvvəlki sahibi çardaqdan çıxırdı, onun evinin üstü ayrıdır deyə və hörgü olduğundan onun evinin üstünə çıxmırdı. Həmin şəxs divarın dibinə, yəni öz evinin üstünə su çəni qoymuşdu. Nazənin xanım evi aldıqdan sonra su çənini söküb aşağı gətirdi. Belə ki, Nazənin divarın dibindən su çənini söküb padvalına qoymuşdur. O zaman deyərdi ki, bunu niyə gətirib qonşunun evinin üstünə qoymusan. Nazəninin öz yaşadığı evin üzərində su çəni olmuş və daha sonra çıxardıb aşağı gətirmişdir. İddiaçı çardaqdan evinin üstünə çıxırdı. Həmin çardağa qalxmaq üçün qonşunun qapısından ümumi pilləkən var. Çardağa qonşunun qapısından çıxılır. Həmin qapı açıqdı, nə vaxt istəsələr açarı götürüb açıb gedirlər. İddiaçının əvvəlki ev sahibinin də və iddiaçının da onun evinin tərəfindən heç bir yol yoxdu. Onlar yalnız çardaqdan istifadə etmişlər. O, 11 ildir orada yaşıyır heç kim onun tərəfdən istifadə etməmişdir. Hər kəs çardaqdan istifadə edib. Balkondan istifadə etməyiblər. Evin üzərini nəzarətsiz qalmaması səbəbindən bağlamışdır. Balkon dövlətindir, qapısı olduğu üçün istifadə edir. Evinin üstünə çıxmağa icazə vermir, iddiaçının öz evinin üzərinə nə qədər düşürsə bölsün çıxsın. Orada onun əşyaları var. İddiaçının padvalı var, lakin o padvaldan istifadə edə bilmir. O, iddiaçının balkona və evin damına keçməsinə icazə vermir. İddiaçı özünə evin içində yol açsın və keçsin. Digər şahidlərin iştirakı olmadan işin yekunlaşdırılmasını istəyir. İddiaçı yalan deyir və ona böhtan atır. O heç nə tikməmiş, hər hansı dəyişiklik etməmiş və heç nə sökməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi X2 göstərdi ki, qeyd olunan mübahisə ilə bağlı aidiyyəti şəxslərin iştirakı ilə yerində baxış keçirilərkən, cavabdehin və iddiaçının aşağıda yerləşən otaqlarının üst tərəfində yerləşən mövcud olan damın çardaq tərəfindən daxil olması üçün qapı bağlı idi. Həmin qapı dəmir darvaza idi, qonşu çağrılmışdır ki, gəlib həmin qapını açsın. Onlar qonşunun məhləsi ilə daxil olaraq yuxarı qalxmışlar. Yuxarıda hər iki tərəfin mənzilinin üzərinə düşən dam örtüyünün iki otağın üzərinə düşdüyü müşahidə etmişlər və oranın qıfıl ilə bağlı olduğunu görmüşlər. Həmin yerə daxil olduqda orada əşyalar olmuş, lakin onlar həmin əşyaların kim tərəfindən yığılmasını və kim tərəfindən bağlanmasını bilmirlər. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə onun evinin yanında olan digər qonşu arasında olan yerdən çardağa çıxmaq üçün qapı yoxdur. Yalnız həmin qonşunun ərazisindən, yəni məhləsindən çardağa çıxmaq üçün qapı vardır. İddiaçının mülkiyyətində olan mənzilin daxilində çardağa qalxmaq üçün hər hansı pilləkən və ya qapı yoxdur. Texniki sənədlərlə balkon mövcud deyil texniki sənədlərlə yalnız cavabdehin evinin qapısı mövcutdur. İddiaçının yalnız balkona daxil olması və istifadə etməsi üçün giriş çöl tərəfdəndir. Onlar müəyyən edə bilmirlər ki, cavabdehin istifadəsində olan, iddiaçının pəncərəsinin qarşısında olan balkonun bağlanması kim tərəfindən həyata keçirilmişdir. Cavabdeh iddiaçıya icazə verməməsini bildirsə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsində qeyd olunmuşdur ki çox məznilli binaların ümumi istifadəsində olan sahələr kimi çardaq, zirzəmi və pilləkən kimi qeyd edilmişdir. Yekun qərarı məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun mənzili olmuş və həmin mənzili 3 il əvvəl İddiaçı satmışdır. Həmin mənzildə 34 il ərzində yaşamışdır. Yaşadığı 34 il müddət ərzində cavabdeh olan evdə cavabdehdən başqa 3 ailə yaşayıb. Həmin ailələrin hamısı evi satmış və çıxmışlar. Evin damı umumi damdır, cavabdehdə oradan istifadə etməmişdir. Sadəcə cavabdehin evinin üstündə su çəni var, su çəni üçün çıxıb və düşmüşlər, onu naraht etməmişlər. Nəinki cavabdeh, cavabdehdən əvvəlki şəxslərdə həmin yerdən istifadə etməmişlər. O, evi satanda evin damını satmamış, evi satmışdır. O, heç kəsə məcbur deməmişdirki evini zorla alsın. Yuxarıda otaq olmasını və istifadəsiz olmasını, heç kəsin oradan istifadə edə bilmədiyini demişdir. Çünki, həmin otağın 3 metri onların yataq otağının üstünə düşür, 1 metri isə cavabdehin evinin üstünə düşür. Orada eni 4 metr olan otaq var. Həmin otaqdan istifadə etməmiş, istifadə etmək üçündə səbəb görməmiş, həmçinin cavabdehdə istifadə etməmişdir. Onu narahat etməmişlər, onu narahat etsəydi yəginki 34 il orada yaşaya bilməzdi. Çünki həmin yerin polu taxtadır yeridikcə tərpənir, əgər onu nəsə narahat etsəydi orda yaşaya bilməzdi, tez satıb çıxardı, lakin o 34 il orada yaşamışdır. Onu nə cavabdeh, nə dəki cavabdehdən əvvəlki ev sahibləri narahat etmişdir. Sadəcə cavabdehin orada su çəni var, onun üçün tez-tez çıxıb düşür. Onu narahat etməmiş, incitməmiş, məhkəməlik heç bir işləri olmamışdır. O, iddiaçıya evini satmış, ümumi camaatın damını satmamışdır. Bu evlər alman evləridi, hamının məhləsində, evində belə bir şərait var. Sadəcə onların özünə aid olduğu üçün səs çıxmır. Orada olan çardağın yarı cavabdehin evinin üstünə düşür, yarısı da iddiaçının. Çoxu onların evinin üstünə düşür, azı cavabdehin evinin üzərinə düşür. Onun vaxtında deməmişdir ki, cavabdehin di o istifadə etsin. Onun həmin yerə səbəbi olmayıb və çıxmamışdır. Cavabdehə evi satan adam evini satmaq üçün deyib ki orada onlarındı. Həmin yerdə pilləkən əvəlcədən olmamış, cavabdehin pilləkənin kəsilməsi ilə əlaqəsi olmamış, cavabdeh həmin evi elə almışdır. 2010-cu ildə yenidənqurma zamanı, baş arxitektrun yanına gedib müraciət edərək balkon tərəfin əvvəldən bağlı olmasını, yenidənqurma zamanı həmin balkon tərəfin açılması səbəbindən onun çöl tərəfə aynası olmasını altına uşaqların yığılmasını, səsdən yatmaq olmadığını bildirmiş, həmin vaxt gəlib baxmışlar və həmin yeri ona bağlamağa icazə vermişlər. Bu səbədən o pilləkəni götürmüşdür. İddiaçı da cavabdehdə gələndə həmin yerdə pilləkən olmamışdır. İddiaçı həmin evi elə almışdır. Cavabdeh evi aldıqda orada pilləkən olmamışdır. Erməninin vaxtında qanunsuz olaraq oradan 1986-1989-cu illərdə qapı açılmış. Onun həmin balkona aynası olmuşdur. Cavabdehin evində həmin vaxt erməni yaşamış, ona görə pilləkən olmuşdur. Erməni qanunsuz olaraq pilləkən qoymuşdur. Ona lazım olmayıb bu səbəbdən balkonu istifadə etməmişdir. Onun satdığı evin balkona heç bir zaman qapısı və pilləkəni olmamışdır. Satan zaman iddiaçıya deməmişdir ki, onun balkona çıxışı var, sadəcə çardaqda bir otaq olmasını və istifadə olunmadığını bildirmişdir. Mətbəxinin üstündə su çəni olmuş və digər qonşunun tərəfindən evin damına çıxmışdır. Pilləkəni ermənilərin yaşayışını ləğv etdikdən sonra balkonu bağladılar, həmçinin pilləkəni də götürdülər. Cavabdeh iddiaçıya balkona çıxmaq üçün heç bir maneə törətmir, hər ikisi həmin yerə çıxa bilər. Belə ki, onların hər ikisinində evinin üstündədir. Qonşu tərəfdəndə həmin yerə çıxmaq olar. Qonşu tərəfdən çardağa pilləkən yoxdu sadəcə onun özü stoyka pilləkən qoymuşdur. O, həmin yerdən istifadə etməmişdir. Onun digər tərəfdən çardaqda su çəni olmuş, həmçinin qonşunun da su çəni olmuşdur. Belə ki həmin yeri ümumi damdır və hamının evinin üstüdü. Cavabdeh xanım pilləkəni özündən düzəldib. Onun balkona pilləkəni heç bir zaman olmamışdır. Ermənidən sonra pilləkən ləğv edilib. Küçəyə baxan balkonda aynası var və oranı heç kim bağlaya bilməz. Onun balkona çıxışı olmayıb. Heç bir zaman çıxışı olmayıb. İddiaçıya evi satan zaman göstərmişdir hər birini, həmin yerin iki evin üstü olmasını demişdir. Amma həmin yerdən o istifadə etməmişdir. Orada yaşayan erməni ailə aynanın altında pilləkən olmuş və onun vasitəsilə çıxıb düşmüşlər. Balkondan çölə pilləkən olmuşdur. Ora açıq olmuş, açıq olan zaman aynası olmuşdur. Küçəyə çıxan pilləkəni bağladılar, aynadan baxanda yolu görürdü, reşotka ilə bağlamışlar. Həmin vaxtdan o pilləkən götürülmüşdür. 2010-cu ildə onun tərəfindən yenidən qurma zamanı qurulmuş pilləkəni sökdürmüş, pilləkəni oradan götürmə səbəbi balkon bağlı olmamışdır. İddiaçı həmin evi almadan əvvəl pilləkən sökülmüşdür. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 Elman qızı göstərdi ki, bundan qabaq Gülarə xanımın yaşadığı evdə 3 nəfər yaşayıb. 1988ci ildən orada yaşıyır, evin damında erməni, sonra Azərbaycanlı yaşamışdır. Səfayəti onlar Sevda kimi tanımışlar və onun yerə həmin heç bir aidiyyatı olmamışdır. Həmin yerdə balkona dəmirdən pilləkən və qapı olmuş Sevda həmin pilləkəni sökdürmüşdür. Əlavə olaraq bildirdi ki, sevda çöl tərəfdən pilləkən qoyurdu və oradan çıxıb-düşürdü. Sevdanın həmin qapıdan ixtiyarı olmamışdır çıxıb-düşməyə. Cavabdehdən əvvəl həmin mənzildə qoca arvad yaşıyırdı, Səfayət həmin pilləkəni cavabdeh evi almamışdan qabaq sökdürmüşdür. Cavabdehin dövründə pilləkən sökülməmişdir. Cavabdeh Gülarə gəldikdən sonra orada heç bir tikili aparmamışdır. Çöldən olan pilləkəni, yəni balkonun içində olan pilləkəni Sevda götürmüşdür. Belə ki Sevda nəmişlik olmasını və gün şüası vurmamasını deyib pilləkəni götürmüşdür. Ümumiyyətlə həmin balkona iddiaçının evindən çıxış olmamış, sadəcə pəncərə olmuşdur. Çardaqda hər kəs su çəni qoymuşdur. Balkona Gülarə tərəfindən qapı və ya pilləkən qoyulmamış nə də götürülməmişdir. Pilləkən əvvəlcə olmuş həmin pilləkəni Sevda götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Göygöl RİHB-nin Göygöl şəhər İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Vətəndaş şəhər nümayəndəliyinə ərizə ilə müraciət etmiş, mənzil-kommunalın nümayəndələri ilə birlikdə gedib yerində araşdırma aparan zaman onlara məlum olmuşdur ki, dama çıxan yol həqiqətən vətəndaş Gülarə xanım tərəfindən bağlanıb. Gülarə xanım tərəfindən çöl tərəf olan hissə bağlanıb. Məlum olduki, məhlədə bir dənə çardaq hissədən də giriş var. Oradan çoxdandı istifadə olunmur, qapı tam bağlıdı. Həmin çıxış çardaqda qalan vətəndaşın çıxışı üçündür. Bir çıxış çöl tərəf balkondan var. Çöl tərəf balkona qapıya taxtalar söykənib istifadə olunmağa icazə verilmir. Həmin yerə çöldəki balkondan qalxmaq olur. Əlavə olaraq bildirdi ki, Balkona bir dənə çıxış var, həmin çıxış Gülarə xanımın çıxışıdır. İddiaçının həmin yerə çıxışı yoxdur. Onlar verdikləri məktubda gördüklərini qeyd etmişlər. Pilləkənin kim tərəfindən kəsilib götürülməsi bilinmir. Yəqin ev yiyəsi kəsib götürüb. Balkonda olan pilləkəni kəsib götürüb. Onu kimin kəsib götürməsini bilmir yəqin ki vətəndaş kəsib götürmüşdür. İddiaçının dediyinə görə Gülarə kəsib götürmüşdür. Pilləkənin olmadığına görə kəsilib götürülməsini xx.xx.2025-ci il tarixli, 5-47-10/1-16-147/2025 saylı məktubda yazmışlar. Gülarə pilləkəni kəsdiyinə görə müdaxilə edilir yazmamışdır. Dam örtüyünün giriş qapısının kəsdiyini görmüşlər. 1 il yarımdı hazırkı vəzifəsində işləyir. 8 il yarımdır Toğana icra nümayəndəliyində müavin işləmişdir. İddiaçı ərizədə zəbt etdiyini yazmışdı. Bu hal öz təsdiqini yalnız kommunaldan verilən ərizə ilə tapa bilər. Pilləkənin Gülarənin kəsdiyini, qapıya maneələr qoyulduğu üçün qeyd olunub. Çöldə olan balaca balkonda salafanın içində butulkalar falan yığılmışdır. Pilləkənin kəsilməyi qeyd olunmayıb, sadəcə qapının bağlı olduğu üçün maneə törətdiyi yazılıb. Onlar gedəndə orada kartof-soğannan birlikdə salafanın içində boş butulkalar var idi məişət tullantıları olduğu üçün qeyd olunub. İddiaçının dama çıxışı bidənə çöldə olan balkonnandır. Balkona Nazəninin çıxışı yoxdur. İddiaçı müraciət edən vaxt köhnə vaxtda orada qapı olduğunu və bağladığını demişdir. Evin çardağına qalxamaq üçün evin balkonundan istifadə etmək lazımdı. Nazənin xanımın balkona çıxış üçün qapısı və pilləkəni yoxdur. Küçədən həmin yerə əvvəllər pilləkən nəzərdə tutulmuş, lakin hazırda yoxdur. Təmir zamanı yəqin ki ləğv olunmuşdur. Damın qapısı bağlı olduğu üçün onlar məktubda maneə törədilməsini yazmışlar. Gülarə Nazəninin yolunu bağlamamışdır. İddiaçının bir çıxışıda çardaqdandı, həmin yol digər qonşunun istifadəsindədir. Digər tərəfi digər qonşu bağlamayıb onun istifadəsindədir. Ümumi istifadə də olunan pilləkəndən qalxanda, pilləkənin qarşısında olan qapı qıfıllanıb bağlanmışdır. Hansı ki yuxarı qalxmaq üçün istifadə olunan pilləkən. Pilləkən bağlanmamış qapını Gülarə xanım özü bağlamışdır. İddiaçının ora yolu, ancaq çöldəki balkonnandır. İddiaçı pəncərədən çöldəki balkona keçə bilər. Gülarə keçidi bağlamamışdır. Nazənin xanıma həmin balkonu istifadə etmək üçün Gülarə xanım tərəfindən heç bir maneə edilməmiş və heç bir yer bağlanmamışdır. Gülarə heç bir yeri zəbt etməmişdir. İddiaçı müraciətində bildirdiklərinə əsasən həmin məzmunda məktubda qeyd etmişdir. Nazənin xanımın evindən balkona çıxışı yoxdur. Pəncərənin qarşısında Gülarə xanım reşotka qoymamışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə andan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə andan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********49-05101-093002 olan çıxarışdan görünür ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 29, mənzil 2 (Yeni qaydalarla: AZ 2500, ünvan 3 ünvanında yerləşən 47.80 kvm mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nin Göygöl şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-47-10/1-16-147/2025 saylı məktubdan görünür ki, onun Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatına ünvanladığı müraciətə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl Şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyində baxılmışdır. Müraciəti ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, onunla eyni həyətdə yaşayan qonşusu Cavabdeh Fəxrəddin qızının yaşadığı mənzilin dam örtüyünə müdaxilə etdiyi, oraya girişin bağlandığı, hansısa əşyaları dam örtüyünə yığdığı, mənzilinin küçəyə tərəf olan pəncərəsinin qarşısındakı eyvanını zəbt edərək oraya məişət tullantılarını topladığı barədə ərizədə yazdıqları öz təsdiqini tapmışdır. Bununla bağlı nəzərinə çatdırılmışdır ki, hər iki mənzil xüsusi olduğu və məsələnin halli məhkəmə predmeti olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməlidir. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********49-05101-093003 olan çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 36.5 kvm mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektoru, Şöbə müdirinin müavini-sektor müdiri (baş memar) Vüqar Hacıyev tərəfindən məhkəməyə ünvanlanmış 6 yanvar 2026-cı il tarixli, 5-47/2-9/2026 nömrəli məktubdan görünür ki, İddiaçı, Cavabdeh Fəxrəddin qızına qarşı “mülkiyyətdə olan yaşayış evinə aid dam örtüyünün və eyvanın zəbtdən azad edilməsi” tələbinə dair mülki işlə bağlı ünvan 8 ünvana baxış keçirilmiş, araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli olan ünvan 8 mənzilin damında (mansarda) yerləşən sahəsi 30.2 kv.m bir otaq, 9.9 kv.m açıq eyvan və birinci mərtəbədə yerləşən 7.1 kv.m açıq eyvan vaxtilə mənzillər özəlləşərkən İddiaçı və Cavabdeh Fəxrəddin qızından əvvəl həmin mənzillərdə yaşayan sakinlərin mülkiyyətinə verilməmiş, həmin sahələr üzrə sənədləşmə işləri aparılmamış və hal-hazırda Cavabdeh Fəxrəddin qızının istifadəsindədir. Bildirilmişdir ki, mənzilin damında (mansarda) yerləşən sahəsi 30.2 kv.m otağın bir hissəsi İddiaçı məxsus 23.6 kv.m-dən ibarət yaşayış otağının, digər hissəsi isə Cavabdeh Fəxrəddin qızına məxsus 28.2 kvm-dən ibarət yaşayış otağının üstünə düşür. Odur ki, mübahisəli olan ünvan 8 mənzilin damında (mansarda) yerləşən sahəsi 30.2 kv.m bir otaq, 9.9 kv.m açıq eyvan və birinci mərtəbədə yerləşən 7.1 kv.m açıq eyvan dövlət mülkiyyətində saxlanılmalı və ya İddiaçı məxsus 23.6 kv.m-dən ibarət yaşayış otağının küçə istiqamətinə olan pəncərəsini qapı ilə əvəzləşdirmək şərti ilə mənzilin damında (mansarda) yerləşən sahəsi 30.2 kv.m otağın bir hissəsi İddiaçı, digər hissəsi isə Cavabdeh Fəxrəddin qızının istifadəsinə, sahəsi, 9.9 kv.m açıq eyvan, birinci mərtəbədə yerləşən 7.1 kv.m açıq eyvan və dama qalxmaq üçün pilləkən hər iki qonşunun ümumi istifadəsinə verilə bilər. İş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektoru, Şöbə müdirinin müavini-sektor müdiri (baş memar) Vüqar Hacıyev tərəfindən məhkəməyə ünvanlanmış 7 yanvar 2026-cı il tarixli, 5-47/2-15/2026 nömrəli məktubdan görünür ki, İddiaçı, Cavabdeh Fəxrəddin qızına qarşı “mülkiyyətdə olan yaşayış evinə aid dam örtüyünün və eyvanın zəbtdən azad edilməsi” tələbinə dair mülki işlə bağlı ünvan 8 ünvana baxış keçirilmiş, Araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli olan ünvan 8 mənzilin damında (mansarda) yerləşən sahəsi 30.2 kv.m bir otaq, 9.9 kv.m açıq eyvan və birinci mərtəbədə yerləşən 7.1 kv.m açıq eyvan vaxtilə mənzillər özəlləşərkən İddiaçı və Cavabdeh Fəxrəddin qızından əvvəl həmin mənzillərdə yaşayan sakinlərin mülkiyyətinə verilməmiş, həmin sahələr üzrə sənədləşmə işləri aparılmamış və dövlət mülkiyyəti kimin saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********49-05101-093002 olan çıxarışdan görünür ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 29, mənzil 2 (Yeni qaydalarla: AZ 2500, ünvan 3 ünvanında yerləşən 47.80 kvm mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********49-05101-093003 olan çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 36.5 kvm mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və həmin mənzillər Almanlardan qalma köhnə tikili olmaqla vətəndaşların adına özəlləşdirilərək verilmişdir. ünvan 8 mənzilin damında (mansarda) yerləşən sahəsi 30.2 kv.m bir otaq, 9.9 kv.m açıq eyvan və birinci mərtəbədə yerləşən 7.1 kv.m açıq eyvan vaxtilə mənzillər özəlləşərkən İddiaçı və Cavabdeh Fəxrəddin qızından əvvəl həmin mənzillərdə yaşayan əvvəlki sakinlərin mülkiyyətinə verilməmiş, həmin sahələr üzrə sənədləşmə işləri aparılmamış və dövlət mülkiyyəti kimin saxlanılmışdır. İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan yaşayış evinin dam hissəsinin və eyvanının zəbtdən azad edilməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan, Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ev 29, mənzil 02 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış evinin damının, eyni zamanda evin küçəyə tərəf olan pəncərəsinin qarşısındakı eyvanın cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan, Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ev 29, mənzil 02 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən yaşayış evinin damının ona aid hissəsinin cavabdehin zəbtindən azad edilməsi, eyni zamanda evin küçəyə tərəf olan pəncərəsinin qarşısındakı eyvandan onun istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin qadağan edilməsi və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı mənzilin dam hissəsindən və eyvanından istifadəsinə Cavabdeh tərəfindən maneə edilməsini bildirərək iddiasının təmin edilməsini xahiş etmiş, cavabdeh isə heç bir tikinti-quraşdırma işləri aparmadığını, iddiaçıya evinin üstünə və eyvana çıxmağa icazə verməməsini və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 172.3-cü maddəsinə görə əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 173.3-cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 560.1-cü maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-cü maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”: 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2-ci bəndində əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıqtikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Azərbaycan Respublikası Mənzi Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4-cü maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Məhkəmə iclasında iddiaçının və cavabdehin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisinin və şahidlərin ifadələri ilə, həmçinin tərəflərin məhkəməyə təqdim etdiyi SD diskdə olan görüntülər ilə müəyyən olundu ki, iddiaçı mülkiyətində olan mənzilin yerləşdiyi tikilinin dam hissəsindən və eyvanından istifadə etməsi üçün mənzilinə qapı və ya pilləkən qoymamış və həmin ərazilərə keçid nəzərdə tutulmamış, binanın həmin ərazilərinə heç kimin hüquqları tanınmamış, həmçinin cavabdeh tərəfindən iddiaçının həmin ərazidən istifadəsinə maneçilik törədilməsi üçün hər hansı bir tikinti-quraşdırma işləri görülməmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin əvvəlki sahibi özünə məxsus mənzilin qarşısında olan eyvandan və həmin eyvanda quraşdırılmış pilləkəndən keçməklə mənzilin üzərində yerləşən çardaqdan istifadə etməmiş və bu səbəbdən küçədən mənzilin qarşısında yerləşən eyvana qalxan pilləkəni sökdürmüşdür. Bu səbəbdən iddiaçı mənzilinin yerləşdiyi tikilinin dam hissəsindən və eyvanından istifadə etməsi mümkün olmamış, iş üzrə tərəflərə məxsus mənzillərin qarşısında olan eyvan və həmin eyvandan keçməklə evin damına qalxan pilləkən cavabdehin istifadəsində qalmışdır və cavabdeh həmin ərazini zəbt etməsi ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Həmçinin müəyyən edilmişdir mənzillərin üzərində olan çardaqdan istifadə etmək üçün digər pilləkən də vardır ki, o da digər qonşunun nəzarətində olan ərazidə yerləşir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh ifadəsində iddiaçıya mənzilin yerləşdiyi tikilinin dam hissəsindən və eyvanından istifadə etməsinə icazə verməyəcəyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı mülkiyyətində olan yaşayış evinin dam hissəsinin və eyvanının cavabdeh tərəfindən zəbt edilməsinə dair tələbini sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya mənzilin yerləşdiyi tikilinin dam hissəsindən və eyvanından istifadə etməsinə icazə verməyəcəyini cavabdeh bildirməklə, iddiaçının həmin ərazidən istifadə etməsinə cavabdehin razılaşmadığı öz təsdiqini tapır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan yaşayış evinin dam hissəsinin və eyvanının zəbtdən azad edilməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin edilməli, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********49-05101-093002 olan çıxarışla İddiaçı mülkiyyətində olan Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 29, mənzil 2 (Yeni qaydalarla: AZ 2500, ünvan 3 ünvanında yerləşən 47.80 kvm mənzilin dam hissəsindən və eyvanından istifadəsinə maneə edilməsi Cavabdeh qadağan edilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi qismən təmin ediliyindən Cavabdeh məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********49-05101-093002 olan çıxarışla İddiaçı mülkiyyətində olan Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 29, mənzil 2 (Yeni qaydalarla: AZ 2500, ünvan 3 ünvanında yerləşən 47.80 kvm mənzilin dam hissəsindən və eyvanından istifadəsinə Cavabdeh tərəfindən maneə edilməsi qadağan edilsin. Cavabdeh məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar