Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1438/2024 18.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 14 sentyabr 1966-cı il tarixdə Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan olması barədə doğum faktının müəyyən olmasına, atasının X11, anası X8 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, X3 14 sentyabr 1966-cı il tarixdə Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan omuşdur. Onlar 1995-ci ildə faktiki evlənib, 13 mart 1998-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 3 nəfər uşaqları da olmuşdur. X5 01 sentyabr 2024-cü il tarixdə ölmüşdür. Onun atası X11, anası isə X8 olmuşdur. X3 valideyinləri də ölmüşlər. X5 məlum hadisələr ilə əlaqədar olaraq Ermənistan SSR-i tərk etdikdən sonra isə Göygöl rayonunda yaşamışlar. Ona aid olan doğum haqqında şəhadətnamə isə Ermənistan SSR-də qalmışdır. Onun doğum qeydi Ermənistan SSR-də aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmişdir. Ona görə də, onun doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, o, Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan olmaqla, məlum hadisələrə qədər orada yaşamaqla, Ərizəçi X5 ilə həmkəndli olmaqla yaxından tanımışdır. onun qonşusudur. Ərizəçi X3 14 sentyabr 1966-cı il tarixdə Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan omuşdur. Onlar 1995-ci ildə faktiki evlənib, 13 mart 1998-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 3 uşaqları da olmuşdur. X13 01 sentyabr 2024-cü il tarixdə ölmüşdür. Onun atası X11, anası X8 olmaqla onlarda ölmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 və X2 da şahid X12 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxx 1978-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamənin” surətindən məlum olur ki, 14 sentyabr 1966-cı il tarixdə doğulmuş X13 ilə xx xxxx 1978-ci il tarixdə doğulmuş Ərizəçi arasında nikah 13 mart 1998-ci il tarixdə Göygöl rayonu Çaykənd kəndi kənd icra nümayəndəlioyində 06 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən və arayışdan məlum olur ki, X13 01 sentyabr 2024-cü il tarixdə laçın rayonu Hacısanlı kəndində ölmüşdür. Mülki işə əlavə edilmiş Maraqlı şəxs 25 sentyabr 2024-cü il tarixli məktubundan məlum olur ki, Göygöl Rayon Qeydiyyat X1 barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi X5 14 sentyabr 1966-cı il tarixdə Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan omuşdur, onun atası X11 və anası X8 olmuşdur. Ərizəçi X3 doğum haqqında şəhadətnaməsini isə itirmişdir. Onun doğum qeydi Ermənistan SSR-də aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X13 14 sentyabr 1966-cı il tarixdə Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan olması barədə doğulması, atasının X11, anası X8 olması müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 14 sentyabr 1966-cı il tarixdə Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan olması, soyadı «Məmmədov», atasının adı «X11», anasının adının «X8» olması müəyyən edilsin. X7 doğum tarixi 14 sentyabr 1966-cı il, doğum yeri Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-1438/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1438/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver