Məhkəmə qərarları › İş №2(066)-1449/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1449/2024

23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1449/2024 23.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi və Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi nümayəndəsi Nümayəndə «Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi nümayəndəsi Nümayəndə «Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində anadan olması barədə doğum faktının müəyyən olmasına, atasının X4, anası X2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, qardaşı Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində anadan olmuşdur. Onun atası X4, anası X1r. Ancaq məlum hadisələr ilə əlaqədar olaraq 1988-ci ildə Ermənistan Respublikasından (keçmiş Ermənistan Sovet Sosialist Respublikasından) çıxarılmışlar və Göygöl rayonu Çaykənd kəndində məskunlaşmışlar. Onun adına müvafiq “Doğum haqqında şəhadətnamə” də verilmişdir. Ərizəçi 2004-cü il tarixdə Göygöl rayonu Çaykənd kənd orta məktəbini bitirib, şəhadətnamə almış, 2006-cı il tarixdə hərbi xitmətdə olmuşdur. 2016-cı il tarixdə ona aid olan sənədlər itmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə 19 il 11 ay 28 gün müddətə axadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Buan görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmişdir. Ona görə də, onun doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, özü də Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində anadan olmuşdur. Ərizəçi X9 qonşusudur. Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində anadan olmuşdur. Onun atası X4, anası X1r. Məhkəmə iclasında şahid qismində dindirilən X3 da şahid X6 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Nümayəndə xx xxxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 10 avqust 1955-ci ildə, X2 01 mart 1957-ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamənin” surətindən görünür ki, X4 ilə X2 14 sentyabr 1980-cı ildə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Mülki işə əlavə edilmiş “Əsas Təhsil haqqında” şəhadətnamənin surətindən məlum olur ki, 1988-ci il tarixdə anadan olmuş Ərizəçi 2004-cü ildə Göygöl rayonu Çaykənd kənd orta məktəbində təhsilini bitirmişdir. Mülki işə əlavə edilmiş “Çağırış vərəqəsindən” məlum olur ki, Ərizəçi 11 aprel 2006-cı il tarixdə hərbi xitmətə çağrılmışdır. Mülki işə əlavə edilmiş Göygöl Rayon İH başçısının Çaykənd kənd İƏD üzrə nümayəndəsinin 31 oktyabr 2024-cü il tarixli məktubundan məlum olur ki, Ərizəçi 2016-cı il tarixə kimi Göygöl rayonu Çaykənd kəndində yaşamışdır. Mülki işə əlavə edilmiş Göygöl Rayon PŞ-nin Sarısu PB-nin 10 iyun 2024-cü il tarixli məktubundan məlum olur ki, Ərizəçi “Doğum haqqında şəhadətnaməsinin” və hərbi biletinin tapılması üçün tədbirlər görülür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xitməti 15 saylı CŞM-nin 29 avqust 2024-cü il tarixli məktubundan məlum olur ki, xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının Mehri rayonunda anadan olmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə 19 il 11 ay 28 gün müddətə axadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ərizəçi şəxsiyyət vəsiqəsi ilə təmin olunması qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində anadan omuşdur, onun atası X4 və anası X2 olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsi və hərbi bileti isə itirmişdir. Onun doğum qeydi Ermənistan SSR-də aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində anadan olması, atasının X4 və anasının X2 olması müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində olması, soyadının «Allahverdiyev», atasının adının «X4», anasının adının «X2» olması müəyyən edilsin. Ərizəçi doğum tarixi xx xxxxxx 1988-ci il, doğum yeri Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Mehri rayonun Əldərə kəndində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar