Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-15/2024 24.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı maneənin aradan qaldırılması, əmlakın qanunsuz sahiblikdən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı maneənin aradan qaldırılması, əmlakın qanunsuz sahiblikdən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyat vəsiqəsi üzrə ona məxsus Göygöl rayonu, Zurnabad kəndi ərazisində 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 22.5 kv.m 1 (bir) otaqdan və iki yardımçı otaqdan ibarət ümumi sahəsi 45 kv.m olan fərdi yaşayış evinin qanunsuz sahiblikdən azad edilməsinə, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsinə və cavabdeh X2 və ailə üzvlərinin ona məxsus mülkdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh X3 qarşı maneənin aradan qaldırılması, əmlakın qanunsuz sahiblikdən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-15/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-15/2024
24.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver