Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1502/2023 30.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikah pozulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü, yəni İddiaçı ilə Cavabdeh arasında Gəncə "ASAN xidmət" X4 xx.xx.2014-cü tarixli, 1684 №-li qeydlə verilmiş AZ-İ№ 978702 nömrəli nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, iddiaçının ona qarşı nikahın pozulması tələbinə dair iddiasını qəbul edir. Barışmaq üçün vaxt verilməsini istəmir. Nikahın pozulmasında fikri qətidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırımışdır ki, iddiaçı Cavabdeh ilə valideynlərinin razılığı ilə el adəti ilə toy edib evlənmişlər. Gəncə "ASAN xidmət" X4 xx.xx.2014-cü tarixli 1684 №-li qeydlə verilmiş AZ-İ №978702 nömrəli nikah haqqında şəhadətnamə ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahları dövründə 2 övladları- xx.xx.2015-ci tarixdə qızları X16 və xx.xx.2018-ci il tarixdə oğulları X17 anadan olmuşdur. Evliliklərinin ilk vaxtlarında mehriban yaşamışlar. Amma bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlamışdır. Cavabdeh tez-tez yerli-yersiz mübahisələr yaradırdı. Amma özü yenə də düşünürdü ki, bunlar ötəri məsələlərdir, yəqin yenə də keçər. Amma sonra aydın oldu ki, bu, artıq onda xasiyyət kimi formalaşıb. Artıq bir ildir ki, onlar faktiki olaraq ər-arvad kimi yaşamırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamalarının və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Bu səbəbdən özü ilə cavabdehin barışmasının bundan sonra qeyri mümkün olduğundan məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ailə Məcəlləsində yeni qanuna görə iddiaçı birinci tərəf İddiaçı ikinci tərəf Cavabdeh qarşı " Nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbləri " ilə əlaqədar ərizə ilə Gəncə 2 X8 müraciət etmişdir. Gəncə 2 X14 tərfindən təyin edilmiş X3 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) ilkin Mediyasiya sessiyasında "Mediyasiya Haqqında" AR Qanunun 23.4.-cü maddəsinə əsasən Mediyasiya Xidmətlərinin göstərilməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023- 00254 nömrəli üçtərəfli Müqavilə bağlamışlar. Mediyasiya xərcinə görə iddiaçı birinci tərəf üçtərəfli müqavilə üçün 100 manat pul iddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa iddiaçı birinci tərəf ilə ikinci tərəf arasında Barışıq Sazişi bağlamışlar. Gəncə 2 X14 tərfindən təyin edilmiş X3 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) "Mediasiya Haqqında" AR Qanununun 33-cü maddəsinə əsasən xx.xx.2023- cü il tarixli, MŞG/MT033/2023-00254 nömrəli "Barışıq Sazişi” bağlamışlar. Həmin "Barışıq Sazişində "qeyd edilmişdir ki;
1. Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh "Nikahın pozulması azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment" tələbləri aşağıdakı qaydada həll etməyə razılaşdılar. 2.Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X3 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M- 00216) iştirakı ilə keçirilən TMS-də bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət" Mərkəzi tərəfindən xx.xx.2014-cü ildə verilmiş, AZ-İ№978702, 1684 saylı nikahın pozulmasına, mediatorun səlahiyyəti olmadığı üçün məhkəməyə müraciət etməyə razılaşdılar.
3. Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X1 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M- 00216) iştirakı ilə keçirilən X11 bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət Mərkəzi tərəfindən xx.xx.2014cü ildə verilmiş, AZ-İ№978702, 1684 saylı nikahdan anadan olmuş xx.xx.2015-ci təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X13 ana İddiaçı himayəsində qalmasına razılıq verdilər.
4. Ata xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X1 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştirakı ilə keçirilən X11 bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət" Mərkəzi tərəfindən xx.xx.2014-cü ildə verilmiş, AZ-İ№978702, 1684 saylı nikahdan anadan olmuş xx.xx.2015-ci təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X13 18 yaşınadək saxlanılması üçün hər bir uşağa 50 (ǝlli) manat olmaqla, ümumilikdə 100 ( bir yüz) manat aliment məbləğini xx.xx.2023-cü ildən etibarən hər ayın 27-dən, növbəti ayın 5-ə kimi ödəməyi öhdəsinə götürdü. 5.Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X1 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştirakı ilə keçirilən X11 bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2014cü ildə verilmiş, AZ-İ № 978702, 1684 saylı nikahdan anadan olmuş xx.xx.2015-ci təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X13 məhdudiyyətsiz ünsiyyətinə razılıq verdi.
6. Bundan sonra tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh Hila oğlu X1 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştirakı ilə keçirilən TMS- zamanı heç bir digər şərt və ya tələb irəli sürmədilər. Bundan başqa Gəncə 2 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş X3 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) “Mediasiya Haqqında” AR Qanununun 32 maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MŞG/MT033/2023-00254 nömrəli Mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında iddianı müdafiə etdiyini, cavabdehlə aralarında olan nikahlarından 2 övladlarının olmasını, özünün boşanmaq istəməsini və fikrində qəti olmasını bildirdi və odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qəbul etməsini, boşanmağa razı olmasını və barışmaq üçün vaxt verilməsini istəməməsini bildirdi və ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20 avqust 2014-cü il tarixdə verilmiş AZ-İ 978702 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 20 avqust 2014-cü il tarixdə 1684 nömrə ilə qeyd edilməklə nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə Bayramov, arvada isə Bayamova soyadları verilmişdir. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 27 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ 632599 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 sentyabr 2015-ci ildə anadan olmuş X9 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 avqust 2018-ci il tarixdə verilmiş AZ-İV 174493 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 2018-ci ildə anadan olmuş X13 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-cı ildə anadan olmuşdur. İşdə olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı ildə Samux rayonunun Sərkar kəndində anadan olmuş və Samux rayonunun Sərkar kəndində qeydiyyatdadır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 11 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatdadır. Nümayəndəliyin inzibati ərazisində yaşamır. İşdə olan 26 sentyabr 2023-cü il tarixli mediasiya xidmətinin göstərilməsi barədə müqavilədən və barışıq sazişindən görünür ki, tərəflər mediasiya təşkilatında iştirak etmişlər və aşağıdakı şərtlərlə razılığa gəlmişlər-
1. Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh "Nikahın pozulması azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment "tələbləri aşağıdakı qaydada həll etməyə razılaşdılar. 2.Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X3 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M- 00216) iştirakı ilə keçirilən TMS-də bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət" Mərkəzi tərəfindən xx.xx.2014-cü ildə verilmiş, AZ-İ№978702, 1684 saylı nikahın pozulmasına, mediatorun səlahiyyəti olmadığı üçün məhkəməyə müraciət etməyə razılaşdılar.
3. Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X1 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M- 00216) iştirakı ilə keçirilən X11 bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət Mərkəzi tərəfindən xx.xx.2014cü ildə verilmiş, AZ-İ№978702, 1684 saylı nikahdan anadan olmuş xx.xx.2015-ci təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X13 ana İddiaçı himayəsində qalmasına razılıq verdilər.
4. Ata xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X1 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştirakı ilə keçirilən X11 bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət" Mərkəzi tərəfindən xx.xx.2014-cü ildə verilmiş, AZ-İ№978702, 1684 saylı nikahdan anadan olmuş xx.xx.2015-ci təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X13 18 yaşınadək saxlanılması üçün hər bir uşağa 50 (ǝlli) manat olmaqla, ümumilikdə 100 ( bir yüz) manat aliment məbləğini xx.xx.2023-cü ildən etibarən hər ayın 27-dən, növbəti ayın 5-ə kimi ödəməyi öhdəsinə götürdü. 5.Tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh X2 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştirakı ilə keçirilən X11 bağlanan barışıq sazişinə əsasən aralarındakı Gəncə "ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2014cü ildə verilmiş, AZ-İ№ 978702, 1684 saylı nikahdan anadan olmuş xx.xx.2015-ci təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X13 məhdudiyyətsiz ünsiyyətinə razılıq verdi.
6. Bundan sonra tərəflər, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh Hila oğlu X1 (Mediyasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştirakı ilə keçirilən TMS- zamanı heç bir digər şərt və ya tələb irəli sürmədilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 20 avqust 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahdan 01 sentyabr 2015-ci il təvəllüdlü X16 və 10 avqust 2018-ci il təvəllüdlü X17 adlı 2 nəfər uşaqları olmuşdur. Tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. İddiaçı və cavabdeh nikahın pozulmasına təkid edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsində deyilir ki, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə ayrı yaşayır, nikahları faktiki olaraq pozulmuş və ailənin bərpa olunması mümkün deyil. Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə görə, nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 20 avqust 2014-cü il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1684 saylı nikah akt qeydi pozulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdi:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 avqust 2014-cü il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1684 saylı nikah qeydi pozulsun. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Qələmdar Abbasov